03 in 11:56idman

Nurullayev daha çox təyinat alacağına ümid edir

Nurullayev daha çox təyinat alacağına ümid edir
“Kateqoriyamın dəyişməsində sonuncu seminarın da rolu oldu”
Geridə qoyduğumuz həftənin əsas xəbərlərindən biri FİFA referisi Əliyar Ağayevin birinci kateqoriyaya adlaması oldu. Eyni gündə Elçin Səmədlinin geriləməsi, Yusif Nurullayevin isə ikinci kateqoriyaya yüksəlməsi ilə bağlı xəbər yayılsa da, futzalçı hakimlər həmkarlarının kölgəsində qalmışdı. Dünən Nurullayevlə əlaqə saxlayıb 4 il “yerində saymağın” ardından karyerasında baş verən son dəyişikliklə bağlı söhbətləşdik.
- İkinci kateqoriyaya yüksəldiyin üçün təbrik edirik. Bunun üçün Səmədlinin birinci kateqoriyadan çıxarılması lazım idi?
- Təbrik üçün sağ olun. Fürsətdən istifadə edib mən də Əliyarı təbrik edir, ona uğurlar arzulayıram. FİFA hakimi adı almağımdan 4 il ötüb, artıq 5-ci ildi. Bu az müddət deyil. Həm də Səmədli birincidə idi, qalan üç nəfər üçüncü kateqoriyada. Yəni ikinci qrup boş idi. Odu ki, dəyişiklik məntiqli görünməlidi. Əslində kateqoriyamdakı dəyişiklik bir-iki il əvvəl baş verməliydi. Çünki beynəlxalq oyunlardakı qiymətlərim yüksək idi. Bununla belə, dəyişiklik ani baş verdi və açığı, gözləmirdim.
- Hətta bədbinliyə qapılmışdın və “irəliləmək üçün FİFA-da, UEFA-da “day-day”ın olmalıdı” deyirdin...
- (gülür) “Day-day” hər yerdə lazımdı. Zarafat bir yana, beynəlxalq qurumun hakimlər komitəsində dəstək vacibdi. Bu tək Yusifə yox, bütün hakimlərə lazımdı.
- Göründüyü kimi, istedadlı hakimə “day-day” lazım deyilmiş.
- Düzdü, ilk növbədə idarəçiliyin yüksək səviyyədə olmalıdı. Fikrimcə, kateqoriyamın dəyişməsində sonuncu seminarın da rolu oldu. Yadınızdadısa, ötən il qışda Bakıda futzal hakimləri üçün seminar keçirilmişdi. Belçikadan nümayəndə göndərmişdilər. Belçikalı Peri Qatiya həm FİFA-da instruktordu, həm də oyunlara inspektor gedir. Beynəlxalq qurumda çəkisi olan şəxsdi. Bəlkə onun da rolu olub. Burda video-testlər götürmüşdü bizdən və ən yaxşı mən cavablamışdım sualları.
- Elçin Səmədli niyə gerilədi?
- Açığı, dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, kimlər Avropa çempionatından əvvəlki seminarda iştirak edibsə, onları saxlayıblar. Bir nəfər istisna olmaqla. Ukraynalı Oleq İvanov karyerasını bitirdiyinə görə, ümumiyyətlə, siyahıda yoxdu. Səmədli isə AÇ-dən qabaq şəxsi problemlərinə görə seminara gedə bilməmişdi. Mənim ehtimalım budu, dəqiqini isə ordakılar bilir.
- İkinci kateqoriya sənə nə verəcək?
- Üçüncü kateqoriya elə yerdi ki, ordakılar ancaq təsnifat oyunlarına təyinat alır. Əsas və elit mərhələdə əsasən birinci-ikinci kateqoriyalılar olur. Elit hakimlərə isə “dördlər finalı”, həmçinin qitə və dünya çempionatlarının final mərhələlərini etibar edirlər. Təbii ki, istisnalar da var. Məsələn, əsas raundda bəzən bir elit hakim də olur. 2018-də, ümumiyyətlə, az qala son bir ildə mənə oyun gəlmədi. Sonuncu dəfə Tiflisdə olmuşam. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan, İsrail, İsveçrə və Şotlandiya yığmalarının mübarizə apardığı qrupun iki oyununu baş hakim kimi idarə etdim, birində isə ikinci oldum. Daha bir görüşdə texniki zonaya nəzarət etməyi tapşırdılar, yəni üçüncü idim. Belə götürsək, FİFA referisi kimi 4 turnirə dəvət almışam və hərəsində 3-4 oyun idarə etmişəm. Amma etiraf edim ki, təyinat sayı ürəyimcə deyil. Ümid edirəm ki, ikinci kateqoriyaya yüksələndən sonra daha çox təyinat gələcək.
- Son bir neçə ildə ikinci kateqoriyada hakimimiz yox idisə, indi birinci boşdu. Sənin ora düşməyin üçün daha 4 il gözləməliyik?
- Sözsüz ki, hədəfim irəliləməkdi. Bu, ilk növbədə özümdən, sonra da UEFA-dan asılıdı. Çalışacam ki, etimadı doğruldum. Xaqani müəllim (Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu nəzərdə tutur – M.) də çalışır ki, hamımız inkişaf edək. Daxili yarışlardakı oyunlarımıza gəlir, əlaqələrindən istifadə edib beynəlxalq oyunlardakı idarəçiliyimizlə bağlı məlumat toplayır, arxayınlaşmağımıza imkan vermir.
- Razılaşırsan ki, yüksək liqada hakimlik baxımından rəqabətsizlik hökm sürür? Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov və Hikmət Qafarlını görməkdən gözümüz yağır olub. Belədə cəzasızlıq mühiti də yaranır, çünki kimsə səhvinə görə bir-iki tur kənarlaşdırılsa, hakim çatışmazlığı yaranacaq.
- Əvvəla onu deyim ki, yüksək liqanın son mövsümü gərgin və maraqlı keçdi. Növbəti mövsümün bundan da ağır keçəcəyi ehtimal olunur. Mən hələ birinci və ikinci liqaları demirəm. İnanın, orda da maraqlı oyunlar olur. Biz hakimlər də buna hazır olmalıyıq. Yüksək liqada oyun sayı az olduğuna görə hakim də azdı. Siz 4 hakimin adını saydız, ancaq Elçin Məmmədov, Ramiz Məhərrəmov, Azər Əsgərov, Əli Cəbrayılov, Kənan Məlikov, Azad Hüseynovu da əlavə etmək olar.
- Elçin Məmmədov aydın məsələdi, Azər Əsgərov sonuncu dəfə nə vaxt oyun idarə etdiyini özü belə xatırlamır, Azad Hüseynov “ağsaqqaldı”, bu gün-sabah karyerasını bitirəcək, Ramiz futbol, Əli çimərlik hakimidi.
- Komitə də çalışır ki, gənc hakimlərin sayını artırsın. O fikrinizlə razıyam ki, futzalda sırf futzal hakimi olmalıdı. Çimərlik hakimi fikrini öz sahəsinə yönəltməlidi, futbol hakimi öz sahəsinə, hərə öz yolu ilə irəliləməlidi.
- Sonuncu sualım: ikinci liqanın təyinatlarını sən həyata keçirirsən?
- Olur ki, Xaqani müəllim ikinci liqa ilə bağlı nəsə soruşur, mərkəzi oyunlar üçün lazımdısa, yüksək liqa hakimlərindən kiməsə ehtiyac olub-olmadığını dəqiqləşdirir. Amma son söz sədrə məxsusdu, təyinatları da o təsdiqləyir. Mən, sadəcə, ona kömək edirəm.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar