17 fev 13:22idman

Günay Məmmədzadə vahid lider oldu

Günay Məmmədzadə vahid lider oldu
Qadın şahmatçıların ölkə çempionatı həlledici mərhələyə qədəm qoyub. Gərgin mübarizə şəraitində keçən birincilikdə daha 2 tur geridə qalıb. Fevralın 14-də 6-cı turun oyunları keçirilib. Liderlər heç-heçə edib. Günay Məmmədzadə (2345) Nərmin Məmmədovanın (2230), Zeynəb Məmmədyarova (2322) Xəyalə Abdullanın (2231) müqavimətini qıra bilməyib. Yarışın reytinq favoriti Gülnar Məmmədova (2401) üstün olduğu görüşdə Ülviyyə Fətəliyevaya (2268) uduzub. Son çempion Nərmin Kazımova (2323) adaşı Nərmin Xələfovaya (2250) məğlub olub. Böyük perspektiv vəd edən Xanım Balacayeva (2189) təcrübəli Türkan Məmmədyarovanı (2307) məyus edib. Səbinə İbrahimova (2177) Nərmin Soyunlunu (2031), Ləman Hacıyeva (1816) Aynur Kətanovanı (2109), Ayan Allahverdiyeva (1898) Ləman Hüseynovanı (1645), Aysel Məmmədova (1927) isə Zeynəb İsmayılzadəni (1544) üstələyib. Gövhər Beydullayeva (2095) – Aytac Heydərova (1786) görüşündə qalib müəyyənləşməyib.
Dünən isə 7-ci turun görüşləri baş tutub. Çempionluğa iddialılardan ikisi büdrəyib. Zeynəb Səbinəylə, Ülviyyə Xəyaləylə xalı yarı bölüb. Ancaq Günay Nərmin Xələfovanı yenib. Nəticədə 17 yaşlı şahmatçı vahid lider olub. Xanım bu dəfə Nərmin Məmmədovanı üstələyib. Gülnar gücünü Aytaca göstərib. Ayan Aynura, Aysel Ləman Hüseynovaya qalib gəlib. Hacıyeva – Beydullayeva, T.Məmmədyarova – Kazımova və Soyunlu – İsmayılzadə duelləri “sülh”lə nəticələnib.
Xal durumu: Məmmədzadə - 5,5, Fətəliyeva, Məmmədyarova – 5, Abdulla, Balacayeva – 4,5, Xələfova, G.Məmmədova, İbrahimova, N.Məmmədova – 4, Beydullayeva, Allahverdiyeva, Kazımova, Hacıyeva – 3,5, T.Məmmədyarova, Heydərova, A.Məmmədova – 3, Soyunlu – 2,5, İsmayılzadə - 2, Kətanova, Hüseynova – 1.
Bu gün 8-ci turun partiyaları reallaşacaq: Məmmədzadə - Balacayeva, Z.Məmmədyarova – G.Məmmədova, İbrahimova – Fətəliyeva, Abdulla – Xələfova, Kazımova – N.Məmmədova, Allahverdiyeva – Hacıyeva, Beydullayeva – A.Məmmədova, İsmayılzadə - T.Məmmədyarova, Heydərova – Hüseynova, Soyunlu – Kətanova.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar