01 in 00:45idman

Yığma Bolqarıstandan qisasını aldı

Yığma Bolqarıstandan qisasını aldı
Avropa Liqası
A qrupu
4-cü tur
AZƏRBAYCAN – Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Azərbaycan: Yekaterina Jidkova – 20, Yelizaveta Səmədova – 18, Alyona Həsənova – 16, Odna Bayramova – 11, Aynur Kərimova – 5, Yana Əzimova – 3, Ayşən Abduləzimova – 2, Şəfaqət Alışanova – 1, Yuliya Kərimova (l), Bəyaz Əliyeva (l), Ceyran İmanova, Kristina Yaqubova, Marqarita Əzizova, Kseniya Pavlenko.
Baş məşqçi: Faiq Qarayev.
Bolqarıstan: Qerqana Dimitrova – 17, Mariya Karakaşyova – 16, Xristina Ruseva – 12, Silvana Çauşeva – 10, Nasya Dimitrova – 8, Mira Todorova – 4, Lora Kitipova – 3, Petya Barakova – 2, Monika Krastova – 1, Aleksandra Milanova – 1, Jana Todorova (l), Borislava Saykova (l), Kristina Petrova, Veselina Qriqorova.
Baş məşqçi: İvan Petkov.
Hakimlər: Kristian Peter Volf (İsveçrə), Eldar Zülfüqarov.
29 may. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 3200 tamaşaçı.
Oyun vaxtı: 106 dəqiqə (28+26+25+27).
Dünən qadınlardan ibarət voleybol yığmamız Qızıl Avropa Liqasında 4-cü oyununa çıxdı. Bu həm də evdəki son görüş idi. Sevindirici haldı ki, tribunaların böyük əksəriyyəti dolmuşdu. Elə bu məqam özü güclü rəqiblə ağır qarşılaşmadan qalib ayrılmağa çox yardım etdi. Baxmayaraq ki, milli Bolqarıstana qarşı baş məşqçisiz oynadı. Sofiyadakı matçın ilk setinin sonunda təzyiqi qalxan Faiq Qarayev İstanbuldakı “Acıbadem” xəstəxanasında müalicə olunduğundan yenə komandanı meydana köməkçisi Famil Ağayev çıxarmışdı. Bu, gənc mütəxəssisin millinin “sükanı arxasında” ilk qələbəsiydi.
İlk setə komandamız çox yaxşı başladı. Qısa vaxtda 4 xallıq fərq yaradan voleybolçularımız setin ortalarında bu fərqi ikiyə qatladı. Düzdü, qonaqlar toparlanaraq, hesabı 18:21 etdilər. Ancaq seti xilas etmək mümkün olmadı. Beləliklə, Sofiyada olduğu kimi, Bakıda da ilk seti yığmamız qazandı.
İkinci setin əvvəllərində nisbi üstünlüyümüz olsa da, tədricən Bolqarıstan təşəbbüsə yiyələndi. Qerqana Dimitrovayla Mariya Karakaşyovanın məhsuldarlığı fonunda ümumi hesab bərabərləşdi – 1:1.
Növbəti iki set də dramatik alındı. Famil bəy 3-cü setin gedişində libero dəyişikliyinə əl atdı. Beləliklə, son iki setdə Yuliya Kərimovanın yerinə Bəyaz Əliyeva oynadı. Yekaterina Jidkova və Yelizaveta Səmədova gözəl zərbələriylə azarkeşləri coşdururdu. Alyona Həsənova blokda keçilməz idi. Təsadüfi deyil ki, “Telekom”un yetirməsi oyun ərzində blokdan 8 xal qazandı. Ancaq Sofiyada olduğu kimi, Bakıda da Odina Bayramova zəif təsir bağışladı. Qonaqların ciddi cəhdlərinə baxmayaraq, daha istəkli və mübariz oyun sərgiləyən millimiz qisas aldı – 3:1.
Eyni hesab qrupun digər oyununda da qeydə alındı. Ukrayna autsayder Portuqaliyanı üstələdi – 3:1 (25:19, 21:25, 25:22, 25:20).
1. Bolqarıstan 4 3 1 10-5 9
2. AZƏRBAYCAN 4 3 1 10-6 9
3. Ukrayna 4 2 2 8-7 6
4. Portuqaliya 4 0 4 2-12 0
5-ci turun oyunları iyunun 2-də keçiriləcək: Ukrayna – Bolqarıstan, Portuqaliya – AZƏRBAYCAN.

Reaksiyalar
Famil Ağayev: “Komandamızla fəxr edirəm. Ulduzlarımız olmadan oynasaq da, bu gün meydandakı oyunçularımızın hər biri mənim üçün ulduz idi. Faiq Qarayev olmadan mübarizə apardıq. Bu gün qızlar onun üçün döyüşdü. Birinci yer uğrunda mübarizəni davam etdiririk”.
İvan Petkov: “Çox çətin oyun oldu. İlk seti uduzduqdan sonra vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. İkinci seti qazandıqdan sonra qələbə şansımız artdı. Ancaq bədbəxtlikdən biz uduzduq. Bununla belə, liderliyimizi davam etdiririk. Növbəti matça hazırlaşacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar