31 may 21:22idman

Şəhriyar “sülh”lə davam edir

Şəhriyar “sülh”lə davam edir
Norveçin Stavanqer şəhərində şahmat üzrə “Norway Open” superturniri start götürüb. İlk turda Şəhriyar Məmmədyarov (2808) ağ fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa, 2789) heç-heçə edib. Hikaru Nakamura (ABŞ, 2769) – Dinq Liren (Çin, 2791), Uesli So (ABŞ, 2778) – Sergey Karyakin (Rusiya, 2782) və Vişvanatan Anand (Hindistan, 2760) – Levon Aronyan (Ermənistan, 2764) görüşlərində də eyni hesab qeydə alınıb. Maqnus Karlsen (Norveç, 2843) isə Fabiano Karuanaya (ABŞ, 2822) qalib gəlib.
2-ci turda Məmmədyarov “qaralar”la Karuanayla “sülh bağlayıb”. Liren – Vaşye-Laqrav, Aronyan – So, Karyakin – Karlsen və Nakamura – Anand duelində də qalib müəyyənləşməyib.
Dünən baş tutan 3-cü turda isə Şəhriyar “ağlar”la Karyakinlə xal bölgüsünə razılaşıb. Vaşye-Laqrav – Karuana, Anand – Liren və So – Nakamura qarşılaşmalarında da bərabərlik qeydə alınıb. Aronyanı məğlub edən Karlsen liderliyini bir qədər də möhkəmləndirib.
Xal durumu: Karlsen – 2,5, Karyakin, Liren, Nakamura, MƏMMƏDYAROV, Vaşye-Laqrav, So, Anand – 1,5, Karuana, Aronyan – 1.
Bu gün yarışda ilk istirahət günüdü. 4-cü turun partiyaları sabah reallaşacaq: Liren – Karuana, Karyakin – Vaşye-Laqrav, Aronyan – MƏMMƏDYAROV, Nakamura – Karlsen, Anand – So.
Bu arada Vaşye-Laqravla oyundan sonra Məmmədyarov üzləşdiyi problemi dilə gətirib: “Norveçə gəldiyim ilk gündə problemlərim yarandı. Hətta fikirləşirdim ki, evə də qayıdım. Dişim ağrıyırdı. Blits turnirindən öncə həkimə getdim. O da müayinə etdikdən sonra oynamamağı məsləhət gördü. Dişimdəki problemi konkret tibbi terminlə deyə bilməyəcəm. Yalnız bakteriya olduğu haqda məlumatlıyam. Həkim də azı üç dəfə yanına gəlməli olduğumu dedi. İlk turdan öncə də ordaydım. Təxminən 2 saat vaxtım getdi. Həkimin yanına getdikdən sonra ağrı bir qədər səngiyib. Bu üzdən ilk turun gedişində güclü ağrılar hiss etmədim. Çətinlik olmasına baxmayaraq, turniri yaxşı keçirmək istəyirəm. Dərman kimi keyidicidən istifadə edirəm. Bu dərman da insana bir qədər yuxu verir, yorğunluq hiss edirsən”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar