30 may 23:12idman

Yığmamız Sofiyada uduzdu

Yığmamız Sofiyada uduzdu
Faiq Qarayevin təzyiqi qalxdı
Qızıl Avropa Liqası
A qrupu, 3-cü tur
Bolqarıstan – AZƏRBAYCAN 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Bolqarıstan: Qerqana Dimitrova – 21, Silvana Çauşova – 19, Xristina Ruseva – 13, Mariya Karakaşyova – 9, Nasya Dimitrova – 9, Veselina Qriqorova – 1, Jana Todorova (l), Lora Kitipova, Petya Barakova, Kristiana Petrova, Aleksandra Milanova, Monika Krastova, Borislava Saykova (l), Mira Todorova.
Baş məşqçi: İvan Petkov.
Azərbaycan: Yelizaveta Səmədova – 14, Yekaterina Jidkova – 14, Alyona Həsənova – 12, Odina Bayramova – 7, Aynur İmanova – 6, Marqarita Əzizova – 2, Şəfaqət Alışanova – 1, Yuliya Kərimova (l), Ceyran İmanova, Kristina Yaqubova, Yana Əzimova, Bəyaz Əliyeva (l), Ayşən Abduləzimova, Kseniya Pavlenko.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan).
26 may. Sofiya. “Xristo Botev” İdman Sarayı. 600 tamaşaçı.
Oyun vaxtı: 91 dəqiqə (23+23+20+25).
A qrupunun mərkəzi qarşılaşması Sofiyada keçirildi. Qalib vahid lider olacaqdı. Əvvəlcədən bu matçın yığmamız üçün asan keçməyəcəyi bəlliydi. Elə də oldu. Halbuki oyuna millimiz yaxşı başladı. Ancaq ardıcıl qazanılan 3 xal rəqibi oyatdı. Setin ortalarınadək başabaş mübarizə getdi. Xala-xal prinsipini millimiz pozdu. Yaxşı servislər atan komandamız fərqi 7 xaladək artırdı. Belədə meydan sahiblərinin baş məşqçisi fasilə götürməyə məcbur oldu. Ancaq bolqarların gücü fərqi 4-ə endirməyə çatdı. Libero Yuliya Kərimovanın əzmkar oyunu və hücumdakı məhsuldarlıq fərqin yenidən açılmasına səbəb oldu. Nəticədə qonaqlar ilk seti 8 xal öndə qapadı.
Amma ikinci setə Bolqarıstan çox yaxşı start verdi. Sanki ilk setin əksi yaşandı. Ardıcıl 4 xaldan sonra Faiq Qarayevin götürdüyü fasilə də bir işə yaramadı. Hesabın 3:10 olması həyəcan siqnalı idi. Rəqibin blokları keçilməz təsir bağışlayırdı. Etiraf edək ki, hesabımıza yazılan azsaylı xalların əksəriyyəti rəqibin “hədiyyəsi” idi. Hesab 4:11 olanda yığmamız ikinci taym-autdan istifadə etdi. Ancaq bu dəfə voleybolçularımıza tapşırıqları Faiq Qarayev yox, köməkçisi Famil Ağayevin verməsi diqqətimizi çəkdi. Buna səbəb baş məşqçinin səhhətinin pisləşməsiydi. Sonradan öyrəndik ki, qəfil təzyiqi qalxan mütəxəssisə kənarda tibbi müdaxilə edilib. Baş məşqçi oyunun sonunadək texniki zonaya qayıda bilmədi. Bəlkə də bu üzdən millimizin oyun intizamı tam pozulmuşdu. Servis atmaq üçün meydana çıxan Ceyran İmanovanın topu kənara vurmasını da ruhdan düşməyin göstəricisi saya bilərik. Ağayev vəziyyəti düzəltmək, həm də əsas heyət üzvlərinə istirahət vermək üçün bir neçə dəyişikliyə əl atdı. Setin sonunadək qeyri-adi bir şey baş vermədi və ümumi hesab bərabərləşdi – 1:1.
Üçüncü set qonaqların ən zəif təsir bağışladığı set oldu. Topun qəbulunda səhvlər sıralanmağa başlamışdı. Əslində Alyona Həsənova görüşü yüksək səviyyədə keçirirdi. Rəqib blokçumuzun hücumlarının qarşısını almaqda aciz idi. Ancaq topun qəbulu yaxşı olmadığından Yana Əzimova “Le-Kann”ın üzvünü tez-tez topla təmin edə bilmirdi. Təəssüf ki, Odina Bayramova Sofiyada bərbad çıxış etdi. Hücumlarının əksəriyyəti boşa çıxan kapitanın qəbulu da istənilən səviyyədə deyildi. Hücumdan danışırıqsa, Yekaterina Jidkovanın da Ukrayna ilə matçdakı məhsuldarlığı nümayiş etdirmədiyini söyləməliyik.
Üçüncü seti 11 xal fərqiylə geridə qapayan yığmamız 4-cü setdə daha yaxşı çıxış etdi. Setin ortalarında minimal fərqlə önə keçən millimiz sabit oynamaqda çətinlik çəkdi. Fərdi səhvlər matçı tay-brekə daşımağa imkan vermədi. Beləliklə, millimiz qrupda ilk məğlubiyyətini aldı.
Dünən qrupun digər oyununda Portuqaliya evdə Ukraynaya uduzub – 0:3 (22:25, 14:25, 13:25).
1. Bolqarıstan 3 3 0 9-2 9
2. AZƏRBAYCAN 3 2 1 7-5 6
3. Ukrayna 3 1 2 5-6 3
4. Portuqaliya 3 0 3 1-9 0
4-cü turun matçları mayın 30-da keçiriləcək: AZƏRBAYCAN – Bolqarıstan, Ukrayna – Portuqaliya.

Reaksiyalar
İvan Petkov: “Bu nəticəyə görə çox şadam. Evdə 3 qələbə qazandıq. Qrup mərhələsinin ilk dövrəsində qarşımıza qoyduğumuz məqsədə çatdıq. Növbəti oyunlarımızı səfərdə daha rahat keçirə bilərik. Ümid edirik ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “dördlər finalı”na vəsiqə qazanacağıq”.
Xristina Ruseva: “Qarşımıza qoyduğumuz hədəfə çatdıq: 3 oyun, 3 qələbə. Bu nəticəylə A qrupunda liderik. İndi biz səfər oyunlarına hazırlaşmalıyıq. İlk səfərimiz Azərbaycana olacaq. Əminəm ki, çətin görüş olacaq. Ancaq “dördlər finalı”na yüksəlməyə hazırıq”.
Alyona Həsənova: “Bu oyuna mənəvi bə psixoloji cəhətdən hazır idik. Ancaq bu, səfərdə ilk görüşümüz idi və bəlkə də bu üzdən hisslərimizi cilovlaya bilmədik. İlk setdə həqiqətən çox yaxşı oynadıq. Amma növbəti 3 setdə müdafiədə və blokda uğurlu çıxış etmədik. Bizim əsas problemimiz bunda idi. Nəticədə meydanı məğlub tərk etdik”.
Kristina Yaqubova: “Bu qarşılaşma hər iki komanda üçün çox vacib idi. Topun qəbulunda bəzi səhvlərə yol verdik və uduzduq. Növbəti matçda Bolqarıstanı Bakıda qəbul edəcəyik və daha yaxşı nəticəyə imza atmağa çalışacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar