27 may 12:24idman

Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı

Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı
“Bir dəqiqənin içində uşağın əlindən hər şeyi aldılar”
Ötən həftə Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatının son günündə yaşanan qalmaqaldan xəbərdarsız. Xatırladaq ki, yunan-Roma güləşçimiz Qurban Qurbanov (45 kq) erməni əsilli Bolqarıstan idmançısı Edmond Artur Nazaryanla görüşdə hakimlərin qeyri-obyektiv idarəçiliyi nəticəsində çempion ola bilmədi. Bu yarışda “klassiklər”dən Nihad Quluzadə (48 kq), Həsrət Cəfərov (51 kq), Laçın Vəliyev (92 kq) və Sərxan Məmmədov (110 kq) bürünc medal qazandı. Həm yarışı, həm də Qurbanın görüşündə yaşananları dəyərləndirməsi üçün komandanın böyük məşqçisi Bəhram Mürvətovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis yığmanın çıxışını normal qiymətləndirir: “Komandanın çıxışını müsbət dəyərləndirirəm. 10 idmançımızdan 5-i medal qazandı. Ümumilikdə çıxışımız normaldı. Təəssüf ki, yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazana bilmədik. Burda da bizim günahımız olmadı. Qurban Qurbanov udmuşdu. Görüşü izləyənlərin hamısı deyirdi ki, güləşçiniz qalib gəlib. Başımıza oyun gətirdilər. Qurban finaladək, futbol diliylə desək, təkqapı oynadı. Nihad yığmada yeni olmasına baxmayaraq, yaxşı güləşdi. Hələ gələn il də yeniyetmələr arasında çıxış edə bilər. Həsrət çempion olmalıydı. Yarımfinalda rusiyalı rəqiblə qarşılaşdı. Orda fənd icra etməyə macal verməmiş fiti səsləndirdilər. Bu qərarı da başa düşmədim. Elə bil ki, futbolçu ayağını qaldırıb, qol vurmaq istəyir, hakim fitini səsləndirir ki, top vurma, gələn dəfə vurarsan (gülür). Rusun nəfəsi kəsilmişdi. Cəfərov həmin görüşdə qalib gələ bilərdi. Həmişə deyirik ki, ağır çəkidə problemlərimiz var. Amma bu dəfə həm 92, həm də 110 kq-da medal qazandıq. Düzdü, daha yaxşı çıxış edə bilərdik. Başqa ölkələrdə 1-2 medal olanda toy-bayram edirlər. Ancaq Azərbaycan güləş ölkəsi sayılır. Burda fərdi növlər güclü inkişaf edib. Düzdü, ötən il analoji yarışda qazandığımız 4 medaldan üçü “qızıl” idi. Amma onda indiki kimi gərgin mübarizə getməmişdi. Həm də parter yox idi. Hakimlər məhz parter məsələsində istənilən görüşün nəticəsini dəyişə bilir”.
Böyük məşqçi qalmaqallı finalla bağlı isə bunları dedi: “Avropa Güləş Federasiyasının prezidenti Tseno Tsenov bolqardı. Məhz bu finalı izləmək üçün zala gəlmişdi. Onun “barmağ”ı oldu. Məsələ burasındadı ki, Bolqarıstan nə sərbəst, nə də qadın güləşində lisenziya qazanmışdı. Son ümidləri yunan-Roma güləşində Nazaryana idi. Bilirdilər ki, Qurbana qalib gələ bilməyəcək. Çünki Qurbanov dünya çempionudu. Əslində rəqibə heç parterdə 2 xal da verilməməliydi. Çünki hakimlərin heç biri xal göstərməmişdi. Sonra görüşü saxladılar və hesabı 3:3 etdilər. Sonra deyirlər ki, Azərbaycanda korrupsiya var. Korrupsiya elə Avropadadı da. Heç nədən rəqibə 2 xal verdilər. İdmançımız sona yaxın təmiz fənd elədi. Təmiz 2 xallıq fənd idi. Qayda-qanun var da. Bu qaydalar hamı üçün keçərlidi. Təsəvvür edin, qol vurursan. Yarım saatdan sonra deyirlər ki, qol yox idi. Belə şey olar? Bütün hakimlər 2 xal vermişdi. Qaydalara görə maksimum 5 saniyə ərzində qarşı tərəf etirazını bildirə bilər. Bu müddət tamam olandan sonra etiraz qəbul olunmur. Halbuki bu görüşdə 21 saniyə keçmişdi. Final fitinə 2 saniyə qalmış bolqarlar etirazını bildirdi. Heç xalça hakimi döşəyə atılan etiraz süngərini götürmək istəmirdi. Mən də bu vaxt məsələsinə görə etirazımı bildirdim. Qurbanın fəndinə hardasa 5 dəfə baxdıqdan sonra qərar verdilər ki, guya güləşçimiz ayağından istifadə edib. Halbuki belə şey olmamışdı. Həmin epizoda min dəfə baxmışam. Əslində idmançımız 5:1 hesabıyla qalib gəlməliydi. Görüşü izləyən türklər də dedi ki, bunlar şərəfsizlik elədi. Bu çəkinin ən güclüsü Qurban idi. Arxayın idik ki, Qurbanov çempion olmaqla Olimpiadaya lisenziya qazanacaq. Elə görüşlər var ki, çox gərgin keçir. Axı, rəqib də hazırlaşır. Onlar bu görüşə çoxdan hazırlaşırdılar”.
Mürvətov tribunalardakı çaxnaşmaya da aydınlıq gətirdi: “Tribunada dava düşmədi. Sadəcə, bizim azarkeşlər Qurbana qışqıraraq dəstək verən kimi mühafizəçilər onlara tərəf axışdı. Elə bil bizimkilər oranı söküb-dağıdacaq. Halbuki ermənilərlə bolqarlara bir söz deyən yox idi. Sonda məcbur qalıb bizimkiləri tribunanın lap yuxarısına qaldırdım. Ermənilərlə bolqarlar az qala döşəyə atılırdı. Mühafizəçilər onlara qarşı gözlərini bağlamışdı”.
Hakim görüşü başa vurduqdan sonra güləşçimiz əsəbləşərək süngəri təpiklə uzağa vurdu. Halbuki buna görə onu hətta diskvalifikasiya edib, medalsız da qoya bilərdilər. Bu yaşda belə aqressivlik heç bir idmançıya yaraşmır. Bu həm də peşəkarlığa sığmır. Bəhram bəy yetirməsinin addımının doğru olmadığını etiraf etdi: “Həmin gün axşam iclasda ona sözümü dedim. Belə şeylər etmək olmaz. Onlar səni sıxa bilər. Ancaq sən idmançısan, xalçada işini görməlisən, artıq hərəkət etməməlisən. Bizdə nizam-intizam çox güclüdü. Uşaqlar çox yaxşı bilir ki, bir səhvə görə komandadan qovula bilərlər. Qovulan isə bir də milliyə qayıda bilməz. Ancaq Qurbanı da hardasa başa düşmək olar. Kim istəməz ki, olimpiya çempionu olsun. Bir dəqiqənin içində uşağın əlindən hər şeyi aldılar. Kasıb, yetim uşaqdı. Ümumiyyətlə, bizdə güləşçilər kasıb ailələrdəndi”.
“Yeniyetmələrin yarışında belə haqsızlıqla üzləşməsi Qurbanovda psixoloji zədə yarada bilərmi” sualını məşqçi belə cavabladı: “Yox. Qurbanın elə xasiyyəti var ki, o sına bilməz. Onu bir ay sonra Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatı gözləyir. Ona demişəm ki, get, dünya çempionu ol və sübut elə ki, sən ən yaxşısan. Nazaryanla mundialda da qarşılaşa bilər. Ötən il Qurban dünya çempionu olanda bu güləşçi heç medal qazanmamışdı. Hər zaman hər şeyə hazır olmaq lazımdı. Bu görüşdən əvvəl hakimlər mənə demişdi ki, qarşılaşma alınıb”.
Sonda mütəxəssis onu da bildirdi ki, DÇ-də də eyni heyətə şans verəcək. Yalnız 71 və 80 kq-da başqa güləşçilərin mundialda yarışacağı istisna olunmur.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar