25 may 13:36idman

AÇ-yə rekord sayda idmançıyla qatılacağıq

AÇ-yə rekord sayda idmançıyla qatılacağıq
Baş məşqçi nədən narazıdı?
Ötən sayımızda atletika üzrə paytaxt çempionatında Zəkiyyə Həsənovanın 100 metr məsafəyə qaçışda ölkə rekordunu yenilədiyini xəbər vermişdik. 11,69 saniyəyə finişə çatan Zəkiyyə nəticəsini bir qədər də yaxşılaşdırsa, Avropa çempionatına vəsiqə qazana bilər. Bunu qəzetimizə yığmanın baş məşqçisi Bəhruz Salehli bildirdi. Mütəxəssis başqa xəbərlər də verdi: “Bu Zəkiyyənin yay turnirləri arasında ilk yarışı idi. Elə ilk yarışdaca rekordunu yenilədi. Hələ onu çoxlu turnirlər gözləyir. Bura həm ölkə çempionatı, həm də beynəlxalq yarışlar daxildi. İnşallah, normativi doldursa, Avropa çempionatına vəsiqə qazanacaq. Bunun üçün 100 metri 11,50, 200 metri isə 23,50 saniyə daxilində qaçmalıdı. Zəkiyyə artıq kiçik dövlətlər arasında qitə birinciliyinin normativini doldurub. Həmin turnir iyunun 8-9-da keçiriləcək. Avqustun 8-dən 13-dək isə əsas Avropa çempionatı keçiriləcək. Hələ ki üçtəkanla tullanmada Aleksis Kapello, Nazim Babayev, çəkicatmada Anna Skidan, 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov, marafon qaçışında isə Evans Kiplaqat ölkəmizi təmsil edəcək. Heç vaxt qitə birinciliyində bu qədər çox təmsilçimiz olmayıb. Yığmanın AÇ-yə 5 idmançıyla yollanması rekord göstəricidi. Onların sırasına Zəkiyyə və 110 metr səddlərlə qaçışda iştirak edən Rahib Məmmədov da qoşula bilər. Qarşıdakı yarışlarda normativləri doldursalar, qitə birinciliyinə vəsiqə qazanacaqlar. Onu da nəzərinizə çatdırım ki, Türkiyədən yeni qayıdan Nazim Babayevi yenidən qardaş ölkəyə - təlim-məşq toplanışına yollayacağıq. Antalyada “Qloriya”da qalacaq və əlverişli şəraitdə hazırlıq keçəcək. Biz hamıya diqqət ayırırıq. Ancaq Babayev bir nömrəli idmançımız olduğu üçün ona xüsusi qayğı göstəririk. Bütün ölkələrdə belədi. Ən güclülərə daha çox diqqət ayrılır”.
Yeniyetmələr arasında da analoji yarış keçiriləcək. Baş məşqçini dinləyək: “Yeniyetmələrin Avropa çempionatında da 5 idmançıyla təmsil olunacağıq. Bu yarış oktyabrda Argentinada keçiriləcək Olimpiya Oyunlarına lisenziya verəcək. Müxtəlif növlər üzrə ilk 3, 5 və ya 6 yeri tutanlar Olimpiadaya vəsiqə qazanacaq. Ancaq cəmi 1 yarışın lisenziya xarakteri daşıması mənfi haldı. Çünki yeniyetmələr arasında bu sistemi tətbiq etmək doğru deyil. Bir yarışda çox şey rol oynaya bilər. İdmançı həyəcan, xəstəlik və ya zədəyə görə yaxşı çıxış etməyə bilər. Yaxşı olardı ki, Avropa üçün lisenziya yarışları daha çox olsun. Fəxriyyə Tağızadə, Lamiyə Vəliyeva, Yelena Pextireva, Rüstəm Məmmədov və Ələkbər Əzizov iyulda Macarıstanda keçiriləcək AÇ-də mübarizə aparacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar