Macarıstanın Kişkunfeledxaza şəhərində qadınlar arasında idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yeniyetmələrin proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib. Belə ki, gimnastımız dayaqla tullanma proqramında 12,450 xal toplayaraq bürünc medalı boynundan asıb. Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.