25 may 13:25idman

Yığma yenə ilk setdən sonra ayıldı

Yığma yenə ilk setdən sonra ayıldı
“Faiq müəllim qışqırdı ki, qızlar ayılsın”
Qızıl Avropa Liqası
A qrupu

AZƏRBAYCAN – Portuqaliya 3:1 (24:26, 25:17, 25:14, 25:17)
Azərbaycan: Yelizaveta Səmədova – 20, Yekaterina Jidkova – 16, Odina Bayramova – 9, Alyona Həsənova – 8, Aynur İmanova – 6, Yana Əzimova – 3, Şəfaqət Alışanova – 1, Yuliya Kərimova (l), Bəyaz Əliyeva (l), Ceyran Əliyeva, Kristina Yaqubova, Kseniya Pavlenko, Marqarita Əzizova, Ayşən Abduləzimova.
Baş məşqçi: Faiq Qarayev.
Portuqaliya: Marta Hurst – 10, İzabel Antunes – 10, Nuriya Lopes – 8, Eduarda Duarte – 7, Yuliya Kavalenka – 4, Mariya Mola – 4, Barbara Qomes – 3, Vanessa Rodriges – 1, Eliana Durao – 1, Fabiola Qomes – 1, Yoana Resende (l), Neusa Neto.
Baş məşqçi: Manuel Almeyda.
Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov.
23 may. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 1000 tamaşaçı.
Oyun vaxtı: 95 dəqiqə (29+22+21+23).
Dünən qadın voleybolçulardan ibarət yığmamız Qızıl Avropa Liqasının A qrupunda ikinci oyununu keçirdi. Bu görüş Ukrayna ilə qarşılaşmaya bənzədi. Belə ki, yenə milli ilk seti əldən verdikdən sonra ayıldı. Halbuki aşkar autsayder gözüylə baxılan Portuqaliyanın rahat və “quru” hesabla məğlub ediləcəyi gözlənilirdi.
Matça keçməzdən öncə tribunalarda gördüklərimizdən 1-2 kəlmə yazaq. Əksər voleybol oyunlarında olduğu kimi, bu dəfə də millət vəkili Fəzail Ağamalı VİP-lojada əyləşmişdi. Faiq Qarayevin qardaşı Fazil Qarayev, sabiq yığma üzvü Yelena Şabovta, “Spartak”ın bədii gimnastika üzrə məşqçiləri Natalya Nərimanova və Nurlana Əlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə, hətta sabiq FİFA referisi Asim Xudiyevlə AZAL-ın sabiq vitse-prezidenti Vaqif Qasımov da oyunu izləyənlər arasında idi.
Görüşə gəlincə, əslində voleybolçularımız ilk setə yaxşı başlamış və 3 xallıq fərqlə önə keçmişdi. Bu yerdə nəzərinizə çatdıraq ki, artıq voleybolda texniki fasilələr ləğv olunub. Belə ki, daha öncə komandalardan biri 8-ci və 16-cı xalı qazandıqda məcburi fasilə olurdu. Artıq yalnız baş məşqçilər set ərzində hərəyə 2 dəfə fasilə götürə bilər, vəssalam. Görünür, bu addım voleybolun dinamikliyini artırmağa hesablanıb. Qayıdaq ilk setə. Setin ortalarında başabaş mübarizə gedirdi. Sonda hadisələr gözlənilməz şəkildə cərəyan etdi. Komandamız 24:22 öndə olsa da, qonaqlar ardıcıl 4 xal qazanaraq ilk seti hesablarına yazdılar.
Bu durum Faiq Qarayevin yetirmələrini ayıltdı. Mütəxəssis ikinci hissənin gedişində Ukrayna ilə qarşılaşmada olduğu kimi libero və toppaylayıcıları dəyişdi. Bəyaz Əliyevanın yerinə Yuliya Kərimova, Şəfaqət Alışanovanın əvəzinə isə Yana Əzimova meydana çıxdı. Qonaqlar mümkün qədər sürətli oynamağa çalışırdı. Yığmamız rəqibin 1-ci temp hücumlarının qarşısını almaqda çətinlik çəkirdi. Ancaq fərdi keyfiyyətləri daha yüksək olan voleybolçulardan qurulmuş millimiz ümumi hesabı bərabərləşdirə bildi. 3-cü setin əvvəllərində Qarayev əməlli-başlı özündən çıxdı. Faiq bəy gah Əzimovaya, gah Yelizaveta Səmədovaya, gah da Yekaterina Jidkovaya kəskin iradlar bildirirdi. Onun qəzəbi sanki komandanın toparlanmasına səbəb oldu. Məhz Səmədova ilə Jidkovanın hücumdakı məhsuldarlığı son 2 seti qazanmağımızda böyük rol oynadı.
Qrupun Sofiyada keçirilən matçında Bolqarıstan Ukraynanı üstələyib – 3:1 (32:34, 25:10, 25:22, 25:21).
1. Bolqarıstan 2 2 0 6-1 6
2. AZƏRBAYCAN 2 2 0 6-2 6
3. Ukrayna 2 0 2 2-6 0
4. Portuqaliya 2 0 2 1-6 0
3-cü turun oyunları: 26 may – Bolqarıstan – AZƏRBAYCAN, 27 may – Portuqaliya – Ukrayna.

Reaksiyalar
Manuel Almeyda: “Azərbaycanı təbrik edirəm. Əvvəlcə daha yaxşı servis atır və topu daha yaxşı qəbul edirdik. Ancaq sonra blok və müdafiədə problemlər yaşadıq. İlk setdəki oyunumuzu növbəti setlərdə nümayiş etdirə bilmədik. Fikrimcə, Bolqarıstan və Azərbaycan eyni gücdədi”.
Famil Ağayev: “Portuqaliya əvvəlki zəif komanda deyil. Rəqib xeyli güclənib. İndi sürətli oynayırlar. Bizim heyət də yenidi. Bu kollektiv çox az oyuna çıxıb. Çünki daha öncə komandada təcrübəli voleybolçular yer alırdı. Hələ komandanın oyunu tam oturuşmayıb. Oyundan-oyuna daha yaxşı çıxış edirik. İlk setdə oyuna girə bilmədik. Sonra komanda yavaş-yavaş açılışdı. Portuqaliyanın çox güclü servisləri var idi. Hətta bu baxımdan rəqibi Hollandiya ilə müqayisə edə bilərəm. Servis qarşılamada problemlər yaşadıq... Faiq Qarayev 3-cü setdə nəyə əsəbləşmişdi? Bilirsiz, bəzən voleybolçular “yatır”. Faiq müəllim də təcrübəli mütəxəssisdi. Nə zaman nə etməli olduğunu çox gözəl bilir. Qışqırdı ki, qızlar ayılsın. Bu da müsbət təsir göstərdi. Kristina Yaqubovanın dizi hələ tam sağalmayıb. Ayşən də hələ formada deyil. Çiynində zədələr var, məşq edir. Ancaq məşqlə oyun eyni deyil. Oyunda güclü zərbəylə çiynini yenidən zədələyə və bütün müalicəni boça verə bilər. Onun tam sağalmasını gözləyirik... Bolqarıstanın heyətində Avropanın müxtəlif klublarında çıxış edən voleybolçular cəmləşib. Ancaq bu o demək deyil ki, rəqibi gözümüzdə böyütməliyik. Bizim voleybolçularımız da güclüdü. Biz Sofiyaya yaxşı oyun göstərməyə gedəcəyik. Yaxşı oyun olarsa, qələbə də olacaq”.
Yekaterina Jidkova: “Oyun gözlədiyimiz kimi keçmədi. Çətinlik çəkmədən qalib gələcəyimizi düşünürdük. Bəlkə də hansısa narahatlığa görə belə oldu. Bu, turnirdə ikinci oyunumuz idi. Bəlkə də əsəblər dözmədi. Əsas odu ki, toparlanıb qələbə qazana bildik. İdman proqnozları sevmir. Biz qrupda maksimum nəticəyə imza atmağa çalışacağıq. Bolqarıstanın bütün oyunçularını tanıyırıq. Onlarla dəfələrlə qarşılaşmışıq. Mübariz komandamız var. Baş məşqçimiz isə elə sözlərlə bizi oyuna kökləyir ki, sanki həyatımızda son matçımıza çıxırıq. Bu üzdən qələbə istəyi hər zaman böyük olur. Bolqarlara da qalib gələcəyimizə ümid edirəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar