23 may 12:21idman

Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar

Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar
AGF Dünya Güləş Birliyinə şikayət edib
Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatı qalmaqalla yekunlaşdı. Bu haqda ötən sayımızda bir cümlə yazmışdıq. Söhbət yunan-Roma güləşi üzrə 45 kq-da final görüşündə yaşananlardan gedir. Qurban Qurbanov finalda Edmond Armen Nazaryanla qarşılaşdı. Görüş boyunca təmsilçimiz hücum edən, fənd işlətməyə çalışan tərəf idi. Əvvəlcə yığmamızın üzvü 3:0 önə keçir. Daha sonra Bolqarıstanı təmsil edən erməni hesabı bərabərləşdirir – 3:3. Sonuncu xalı rəqib qazandığından Qurbanov hücum etməyə məcbur idi. Qurbanın fəndi uğurlu alınır və 2 xalla qiymətləndirilir. Rəqib isə həmin fəndin yekununda güləşçimizin arxasına keçdiyindən hesabına 1 xal yazır. Beləliklə, yığma üzvü 5:4 önə keçir. Qarşılaşmanın bitiminə 2 saniyə qalmış bolqarlar son çarə kimi etiraza baş vurur. Bu zaman xalçadan kənarda oturan hakimlər 19 saniyə əvvəl baş vermiş Qurbanovun fəndini incələyir və qəribə qərar verir: bu fənddə heç bir tərəfə xal yoxdu. Belədə 3:3 hesabı saxlanılır. Qurbanın və yığmamızın böyük məşqçisi Bəhram Mürvətovun etirazlarına isə məhəl qoyan tapılmır. Bu zaman tribunalarda çaxnaşma düşür. Çox güman, azərbaycanlılarla bolqarlar arasında dava düşür. Qısamüddətli münaqişədə ermənilərin yer aldığını də istisna etmək olmaz. Çünki Nazaryana təkcə bolqarlar yox, zaldakı bütün ermənilər dəstək verirdi. Bu da səbəbsiz deyil. Çünki Edmond Armen Nazaryanın atası Armen Nazaryan Ermənistan güləşinin “mirvarisi” sayılır. Söhbət 1996-2003-cü illərdə 2 qat olimpiya, 3 qat dünya və 6 qat Avropa çempionu olan güləşçidən gedir. Onu da qeyd edək ki, Nazaryan 2012-dən Bolqarıstan yığmasının baş məşqçisidi. Hətta bir il sonra bu ölkədə ilin məşqçisi də seçilib. İndi gəlirik mətləb üstünə. Gəzən söz-söhbətə görə, qitə birinciliyindəki hakimlər məhz ata Nazaryanın güləşdəki nüfuzuna görə oğluna qələbə bağışlayıblar. Başqa sözlə, Qurbanovun haqqını göz görə-görə, insafsızcasına yeyiblər.
Dünən onu da öyrəndik ki, Güləş Federasiyası (AGF) Dünya Güləş Birliyinə (UWW) şikayət edib. Ancaq bu şikayət ən yaxşı halda xalça və xalçadan kənarda oturan hakimlərin cəzalanmasıyla yekunlaşacaq. Finalın nəticəsinin güləşçimizin xeyrinə dəyişəcəyinə ümid etməyə dəyməz.
Sonda qeyd edək ki, yığmamız dünən axşam saatlarında vətənə qayıdıb. Növbəti sayımızda Bəhram bəyin rüsvayçı olayla bağlı fikirlərini öyrənməyə çalışacağıq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar