İyunun 19-20-də Şotlandiyanın paytaxtı Qlazqoda Avropa Həndbol Federasiyasının (EHF) illik konqresi keçiriləcək. Tədbirdə EHF-nin prezidenti və baş katibinin hesabatları dinləniləcək, 2022 və 2024-cü illərdə keçiriləcək kişi və qadınlar arasında Avropa çempionatlarının məkanları müəyyənləşəcək. Konqresdə ölkəmizi Həndbol Federasiyasının (AHF) prezidenti Saleh Məmmədov və qurumun vitse-prezidenti Orxan Abbasov təmsil edəcək.