22 may 16:01idman

Yığma yeni mövsümə qələbəylə başladı

Yığma yeni mövsümə qələbəylə başladı
Faiq Qarayev: “Ukrayna ilə oyun bizim üçün böyük çağırış idi”
Qızıl Avropa Liqası
A qrupu
AZƏRBAYCAN – Ukrayna 3:1 (16:25, 25:19, 25:23, 28:26)

Azərbaycan: Yekaterina Jidkova – 17, Aynur İmanova – 14, Odina Bayramova – 14, Alyona Həsənova – 12, Yelizaveta Səmədova – 9, Marqarita Əzizova – 2, Şəfaqət Alışanova – 1, Yuliya Kərimova (l), Bəyaz Əliyeva (l), Ceyran İmanova, Yana Əzimova, Kristina Yaqubova, Ayşən Abduləzimova, Kseniya Pavlenko.
Baş məşqçi: Faiq Qarayev.
Ukrayna: Anastasiya Krayduba – 26, İrina Truşkina – 15, Nadya Kodola – 12, Anna Stepanyuk – 8, Diana Karpets – 7, Yuliya Gerasimova – 6, Aleksandra Peretyatko – 2, Kristina Nemtsova (l), Anna Kiriçenko, Alla Politanska, Karina Denisova, Lyudmila Osaçuk, Anastasiya Karasova (l), Yekaterina Kalçenko.
Baş məşqçi: Qari Yeqizarov.
Hakimlər: Epaminondas Gerotodoros (Yunanıstan), Eldar Əliyev (Azərbaycan).
19 may. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 1000 tamaşaçı.
Oyunun vaxtı: 94 dəqiqə (22+21+24+27).
Şənbə günü Qızıl Avropa Liqasına start verildi. Yığmamız Dərnəgül Voleybol Mərkəzində Ukraynanı qəbul etdi. Tribunalardan biri boş qalsa da, ümumilikdə dəstək pis deyildi. Oyunu izləyənlər arasında bu turnirdə çıxış etməyən Polina Rəhimova da vardı. Faiq Qarayev əvvəlcə Şəfaqət Alışanova, Odina Bayramova, Yelizaveta Səmədova, Aynur Kərimova, Alyona Həsənova, Yekaterina Jidkova və Bəyaz Əliyevanı ilk dəqiqələrdən meydana buraxmışdı. Ancaq setin ortalarında mütəxəssis dəyişikliklər etməyə məcbur oldu. Çünki rəqib 5 xallıq fərq yaratmışdı. Yığmada debüt edən Bəyaz həyəcanlı görünürdü. Mövsümboyu oyun praktikasının çatışmazlığından əziyyət çəkən Yelizaveta formada deyildi. Şəfaqətin ötürmələrində də səhvlər çox idi. Nəticədə qonaqlar ilk setdə ciddi müqavimətlə üzləşmədi. Qarayev ikinci setin əvvəlindən sonuna qədər libero kimi Yuliya Kərimovanı oynatdı. Artıq Jidkova və Bayramova hücumda fəallaşmışdı. Setin sonlarına doğru millimiz böyük fərqlə öndə idi. Bu, bir az konsentrasiyanı itirməklə nəticələnsə də, ukraynalıların bir neçə xallıq seriyası komandanı ayıltdı. Belədə ümumi hesab bərabərləşdi. Növbəti setlər isə dramatik alındı. 3-cü set boyunca təşəbbüs yığmamızın tərəfindəydi. Ancaq setin sonunda rəqib xal fərqini minimuma endirməyi bacardı. Bununla belə, təcrübə sözünü dedi və millimiz bu seti də hesabına yazdı. 4-cü setdə Yeqizarovun yetirmələri böyük üstünlük əldə etdi. 7 xallıq fərq qarşılaşmanın tay-brekə qədər davam edəcəyinə işarə verirdi. Qarayevin Yana Əzimova və Marqarita Əzizovanı döyüşə atması vəziyyəti dəyişdi. Əzmkarlıq nümayiş etdirən komandamız möhtəşəm geridönüş edərək qələbə sevinci yaşadı. Qələbədə ən böyük pay sahibi isə hesabına 17 xal yazan Jidkova oldu.
Qrupun digər oyununda Bolqarıstan Sofiyada Portuqaliyaya qalib gəldi – 3:0 (25:13, 25:18, 25:19).
Növbəti görüşlər mayın 23-də keçiriləcək: Bolqarıstan – Ukrayna, AZƏRBAYCAN – Portuqaliya.

Reaksiyalar
Faiq Qarayev: “Komandamı təbrik edirəm. Ukrayna ilə oyun bizim üçün böyük çağırış idi. Bu, Sloveniyada gerçəkləşən təlim-məşq toplanışından sonra ilk rəsmi görüşümüz oldu. Voleybolçularımız evdə azarkeşlərimizə qələbə bəxş etdi. İndi növbəti qarşılaşmanın hazırlığına başlayacağıq”.
Qari Yeqizarov: “Matça çox yaxşı başlamışdıq. Ancaq sonra yetirmələrim bacarıqlarını tam nümayiş etdirə bilmədilər. Növbəti oyunlarda qələbə qazanacağımıza ümid edirəm”.
Yelizaveta Səmədova: “Emosiyalar möhtəşəmdi. Çox çətin oyun və əla qələbə oldu. 4-cü set xüsusən çox ağır keçdi. 7 xal geridə olsaq da, geridönüş edə bildik. Növbəti görüşlərdə daha yaxşı oynayacağımızı düşünürəm. Qrup qalibi olmaq istəyirik”.
Anna Stepanyuk: “İlk oyunda uduzduq. Amma bu hələ başlanğıcdı. Qarşılaşmanın müəyyən anlarında yaxşı oynadıq. Ancaq Azərbaycan ümumilikdə daha yaxşı çıxış etdi. Evdə əvəz çıxacağımıza inanırıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar