22 may 15:48idman

Gəncədə idman paradı keçirildi

Gəncədə idman paradı keçirildi
Milli finala vəsiqə qazanan komandalar müəyyənləşdi
Şənbə günü Gəncənin əsas meydanında təntənəli idman paradı keçirildi. Parad şəhərin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsi münasibəti ilə təşkil olunmuşdu. Gəncə şəhər İcra Hakimiyyətiylə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində reallaşan idman bayramı Heydər Əliyev prospektindən başladı. Hərbi orkestrin müşayiəti ilə 5 mindən artıq parad iştirakçısı şəhərin baş meydanına doğru yürüş etdi. Olimpiya, paralimpiya, Avropa və dünya çempionları, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, uşaq, yeniyetmə və gənc idmançılar, orta məktəb “Şahin”ləri, YAP Gəncə şəhər Təşkilatının fəal gəncləri, həmçinin tələbələr parada qoşulmuşdu. Ümumşəhər tədbirində “Kəpəz”in rəhbərliyi, əsas və əvəzedici heyəti də iştirak edirdi. Gəncənin mərkəzi meydanına gələn parad iştirakçılarını tədbiri izləyən şəhər əhalisi alqışlarla qarşıladı.Parad idmançıların nümunəvi çıxışları ilə davam etdi. Xatırladaq ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə MDB ölkələrinin Mədəniyyət Paytaxtı seçilib.
Paradın ardından “Neymar Jr’s Five” futbol turnirinin Gəncə seçim mərhələsinə start verildi. Yeri gəlmişkən, onu da bildirək ki, artıq üçüncü dəfədi sözügedən yarış ölkəmizdə baş tutur. Gəncə seçimlərinə 41 komanda qatılmışdı ki, onlardan biri də türkiyəli tələbələrdən qurulmuş “Alkatras” idi. Turnirin qaydalarına əsasən Gəncə seçimlərindən milli finala iki komanda vəsiqə qazana bilərdi. Təxminən 6 saata yaxın davam edən gərgin oyunlardan sonra “Topaz” və “Tərəqqi” komandaları arzuladıqları biletə sahib çıxdılar. Yarışlar başa çatandan sonra “Tərəqqi”nin kapitanı Şərif Həsənov turnirlə bağlı fikirlərini bölüşdü: “Mayın 19-da Gəncədə belə bir yarışın keçiriləcəyi haqda xəbər tutduqdan sonra dostlarımla bir araya gəlib, turnirdə iştirak etmək qərarını verdik. 10 gün müxtəlif zallarda məşq etdik. İnanırdım ki, nəticə qazana biləcəyik. Şükürlər olsun ki, milli finala vəsiqə qazana bildik. Bakıya gedib uğur qazanmağa çalışacıq”.
Söhbət əsanasında məlum oldu ki, “Tərəqqi”nin heyətində çıxış edən bir neçə oyunçu ötən il təşkil olunan milli finalın iştirakçıları olublar.
Sonda xatırladaq ki, AFFA-nın dəstəyi ilə keçiriləcək növbəti seçim mayın 26-da Lənkəranda, iyunun 1-3-ü aralığında Bakıda olacaq. Milli final mərhələsi isə paytaxtda iyunun17-də keçiriləcək.
“Neymar Jr’s Five” (beşin beşə) qlobal futbol turniridi, dünyanın hər bir tərəfindən, ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ildə Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən 100 mindən artıq oyunçu Braziliyada təşkil olunan final mərhələsində iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, iyulun 21-də Praya-Qrande şəhərində üçüncü dəfə keçiriləcək “Projecto Neymar Jr” turnirinin final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Yarışda altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş aralığında, digər ikisi isə 25 yaşdan böyük ola bilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar