20 may 22:29idman

Poznyak Rusiyada limitin dəyişməsini istəyir

Poznyak Rusiyada limitin dəyişməsini istəyir
“Natalya Məmmədova həmişə mənim üçün nümunə olub”
Son mövsümü Rusiyada - “Leninqradka”da keçirən Kseniya Poznyak klubun rəsmi saytına müsahibə verib. Sankt-Peterburq təmsilçisinin kapitanı bir çox mövzulara toxunub. 32 yaşlı yığma üzvünün fikirlərini ixtisarla diqqətinizə çatdırırıq.
* Dostlarım razı göründüyümü deyirdi. Mən də son 1 ilin mənim üçün xoşbəxt keçdiyini bildirirdim. Düzdü, voleybol planında qarşımıza qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Daha yüksək yer tutmalıydıq. Amma özümü komandada yaxşı hiss etdim, komanda yoldaşlarım, məşqçilər və rəhbərliklə yaxşı münasibətlərim olduğuna görə şadam. Çempionatın bitməsindən o qədər də çox vaxt keçməyib. Amma indidən darıxmağa başlamışam. Bu mövsüm üçün hamıya təşəkkür edirəm. Hətta bir pis günümü, kiminləsə mübahisə etdiyimi də xatırlamıram. Yalnız kapitan kimi oyunçularımıza iradlarımı bildirmişəm. Komandamızın yaxşı potensialı var idi. Mövsümə də yaxşı başlayıb, “Uraloçka”, “Yenisey” kimi komandalara qalib gəldik. Amma sonda bir az boşluqlar verdik. Məncə, 5-ci və ya 6-cı yerləri tutub avrokuboklara vəsiqə qazana bilərdik. Amma bizdə nəsə çatmadı. Ola bilər ki, gənc oyunçular mənim oynadığım səviyyədə çıxış etməyə öyrəşməyib. Son nöqtəni qoymaqda nəsə çatışmırdı. Bərabər oyun gedirdi, lakin qalib gələ bilmirdik.
* Bu, Rusiya superliqasında ilk mövsümüm idi. Oynadığım Azərbaycan, Türkiyə və İtaliya çempionatları ilə müqayisədə bu tam fərqli voleybol idi. Həm sürəti, həm güclü voleybolçuların çoxluğunu, həm də yaxşı gəncləri qeyd edərdim. Onlara qarşı oynamaq maraqlı idi. Ən çox Kazan və Moskva “Dinamo”sunu fərqləndirərdim. Amma onlarla mübarizə apara bilərdik. Başqaları isə eyni səviyyədədi. İstər “Yenisey” olsun, istər “Uraloçka” və ya “Proton”. Məsələn, Türkiyədə 3-4 komanda var ki, onlar favoritdi və həmişə sabit, yaxşı çıxış edirlər. Başqaları isə 5-6-cı yerlər üçün mübarizə aparır.
* Natalya Məmmədova həmişə mənim üçün nümunə olub. Çox çalışqan oyunçudu, əsl liderdi. Nataşa Qonçarova da çox yaxşı voleybolçudu. Onunla yaxından tanış deyiləm. Amma meydanda öz hədəfinə çatır, qarşıya qoyulan vəzifələri icra edir və komandasını arxasınca aparır.
* Bura gələndə deyirdilər ki, Sankt-Peterburqa mütləq vurulacaqsan. Belə də oldu. Hələ hər şeyi görə bilməmişəm. Oyunlar, məşqlər, ailə... Komanda yoldaşlarımla gəzmişəm. Anamla, qızımla da həmçinin. Hələ digər idman yarışlarına – kişi voleyboluna və basketbola da baxmağa getmişik. Sankt-Peterburqa 2-3 günlük gələn turistlər üçün bu vaxt çox azdı. Komandada 2-3 il oynayan voleybolçular da hətta bu qədər vaxtın azlığını qeyd edir. Gələcək karyeramın necə olacağından asılı olmayaq, mən mütləq bura qayıdacam. Bu şəhər mənə çoxlu dostlar verib. Həm voleybolda, həm də ondan kənarda.
* Gələcəkdə necə olacağını bilmirəm. Agentlərim bu işlə məşğuldu. Burda qalmaq istərdim. Biz Aleksandr Leonidoviçlə danışmışıq, lakin reqlamentə əsasən komandada yalnız iki legioner ola bilər. İstəyirəm ki, Rusiya Voleybol Federasiyasına limiti qaldırması üçün müraciət edim (gülür). Əlbəttə, bu yaxşıdı ki, gənc rusiyalı oyunçular inkişaf edir və özlərini göstərir. Amma bu məhdudiyyət mənim üçün təəccüblüdü. Türkiyədə fərqlidi. Orda limit meydanda tətbiq olunur. Komandada isə daha çox legioner ola bilər.
* Azarkeşlərə təşəkkür edirəm. Onlar həmişə bizimlə olub. Hər oyundan əvvəl mənə yazır, uğurlar arzulayırdılar. Bizim oyunlarımıza, müxtəlif şəhərlərə gəlirdilər. Onların bayram sürprizləri daim xoş olurdu. Elə azarkeşlər vardı ki, məğlubiyyətdən sonra dərhal çevrilib gedirlər. Amma bunlar elə deyildilər. Buna görə onlara təşəkkür edirəm. Daim yanımızda olurdular. Onlara növbəti mövsümdə uğur, komandalarına belə inanmağı, dəstəkləməyi arzulayıram. Kluba da bir daha təşəkkür edirəm ki, özümü burda 1-2 illik müqavilə bağlayıb pul qazanan yox, ailəmdəki kimi hiss edirdim. Mən darıxacam. Bu, karyeramın ən yaxşı mövsümlərindən biri idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar