16 fev 15:37idman, manset

Karateyə 3 milyon lazımdı

Karateyə 3 milyon lazımdı
Yaşar Bəşirov: “Orda özümüz üçün nə ad günü keçiririk, nə də toy edirik”

Ölkədə yaranmış iqtisadi problemlər, xüsusən dolların kəskin bahalaşması bankları iflic edib. Təbii, illər öncə təməli qoyulmuş maliyyə fırıldaqları da bank sektorunu çıxılmaz vəziyyətə salıb. Mövcud durumdan ən çox əziyyət çəkən banklardan biri Beynəlxanq Bankdı ABB). Qısa müddətdə iki dəfə rəhbəri dəyişən bankın yeni rəhbərliyi qənaət, optimallaşdırma kursu seçib. Faktiki yanvardan etibarən ölkə idmanının maliyyələşdirilməsinə “dur” deyilib. Əvvəlcə ABB-nin “İnter”i maliyyələşdirməkdən imtina etdiyi məlum oldu. Daha sonra Milli Karate Federasiyasının (AMKF) ana sponsorundan məhrum olduğu müəyyənləşdi. Bu idman növünün Olimpiadanın proqramına salındığı bir vaxtda sponsorundan məhrum olması heç yerinə düşmədi. Axı indi daha çox maliyyə ayırmaq tələb olunur. Çünki başqa ölkələr də Tokio-2020-yə yaxşı hazırlaşmaq üçün karateyə qayğını artıracaq. Belə bir vaxtda AMKF-nin dəstəksiz qalması məntiqsizdi. Məsələ ilə bağlı federasiyanın prezidenti Yaşar Bəşirovla danışmağı məqsədəuyğun saydıq.
- Ötən ildən ABB tərəfindən söz verilib, yerinə yetirilməyən öhdəliklər qalıb?
- Onlar bizim sponsorumuz idi. Müəyyən səbəblərə görə bankın rəhbərliyi dəyişdi. Təbii ki, bu durum bizə də təsir göstərir. Çünki karatenin sponsoru ABB idi. Onlar bizə rəsmi surətdə sponsorluq etməyəcəklərini deməyiblər. Ancaq bu il müqavilə bağlanmayıb. Hər ilin əvvəlində müqavilə bağlayırdıq, illik büdcəmiz müəyyənləşirdi. Həmin vəsait əsasında yarışlara gedirdik. Gənclər və idman naziri Azad Rəhimovla görüşmüşük. Hələ ki bizə o yardım edir. Hələ maaş problemiylə üzləşməmişik. Bununla bağlı şikayətimiz yoxdu. Ancaq bizi qarşıda yarışlar gözləyir. Məsələn, qarşıdan Bolqarıstanda keçiriləcək Avropa çempionatı gəlir. Ora səfəri nazirlik (AGİN) maliyyələşdirəcək. Başqa maliyyə mənbəyimiz yoxdu. Hələ ki ABB-dən səs-səmir çıxmır. Maliyyə dəstəyi veriləcək, ya yox, bilinmir. Bizə rəsmi şəkildə bir söz deyilməyib. Onlara müraciət etmişəm. Ancaq hələ cavab almamışam. Ola bilər, başları qarışıb daxili işlərinə. Strukturda edilən dəyişikliklərdən sonra müəyyən problemlərin üzə çıxması mümkündü. Amma bu bizlik deyil.
- Belə başa düşdük ki, yarışlara səfərləri AGİN öhdəsinə götürür. Ancaq idmançılar maaş da almalıdı axı. Bu problemi kim həll edəcək?
- Nazirlik dəstək verir. Bir söz deyim. 10 aydı güləşçilər maaş almır. Bizdə heç vaxt belə problem olmayıb. Ölkədə maliyyə problemləri yaşanır. Bunu hamı bilir. Maaşlarda bir ay gecikmə ola bilər. Ancaq hələ belə problemlə üzləşməmişik. Bu haqda Azad müəllimlə də söhbətimiz oldu. “Yox” cavabı almadıq. Sponsor olana qədər AGİN bu məsələdə yardım edəcək.
- Yeni sponsor axtarışları gedir?
- Bu məsələyə biz baxmırıq. AGİN və MOK bu işi görəcək. Çünki karate artıq olimpiya növüdü. Bu il İslam Həmrəyliyi Oyunlarında, gələn il yeniyetmələrin Olimpiadasında və Tokio-2020-də təmsil olunacağıq. Reytinqimiz yaxşıdı. Nəticə verən federasiyayıq. Həmişə işimiz göz önündə olub.
- Bir il üçün AMKF-nin maliyyələşməsinə nə qədər vəsait lazımdı?
- Minimum 3 milyon manat olmalıdı. Bu vəsait hesabına müəyyən yarışlara gedə və maaşları ödəyə bilərik. Ancaq vəziyyətə görə smetanı azaltmaq da mümkündü. Durum lap ağır olarsa, yarışa 15-20 idmançıyla yox, bundan iki dəfə az karateçiylə yollanarıq. İndi müəyyən müddətlik çətinlik yaranıb. Vaxt olub ki, biz, ümumiyyətlə, pul almamışıq. Sponsora deyə bilmərik ki, bizə bu qədər yox, filan qədər pul verməlisən. Vəziyyətə, şəraitə baxacağıq.
- AMKF-nin təlim-məşq bazası “İnter Arena”da yerləşir?
- Bəli.
- ABB-nin sizinlə əməkdaşlığı dayandırmasından sonra orda hazırlıq keçməyinizlə bağlı hansısa problem yaranmayacaq?
- Qardaş, biz ayrı dövlətdən deyilik ki. Mən düşünürəm ki, yalnız düşmən nəticə verən idmançıları kənara atar. Dünyanın bir nömrəli karateçisi yığmamızda çıxış edir. Millimiz İndoneziyada keçirilmiş 3-cü İslam Həmrəyliyi Oyunlarının qalibidi. İndi də Bakıda təşkil olunacaq analoji yarışa hazırlaşırıq. Bu üzdən həmin məkandan çıxarılacağımızı düşünmürəm. Bunun üçün bir əsas da görmürəm. Orda özümüz üçün nə ad günü keçiririk, nə də toy edirik. Sadəcə, məşq edib, beynəlxalq turnirlərdə dövlətimizin bayrağını yüksəyə qaldırırıq. AGİN və MOK da razı olmaz ki, bizim xətrimizə dəysinlər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar