17 may 23:44idman

Baş məşqçi komanda yarışında uğursuzluğun səbəbini açıqladı

Baş məşqçi komanda yarışında uğursuzluğun səbəbini açıqladı
Rafael Ağayev: “Hər çempionluqdan 2-3 gün sonra bu uğuru unuduram”
Dünən Gənclər və İdman Nazirliyinin (AGİN) binasında Serbiyada keçirilən Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında 6-cı yeri tutan karate yığmamızın iştirakıyla mətbuat konfransı baş tutdu. Xatırladaq ki, Novi Sadda Rafael Ağayev (75 kq) çempion olub. Şahin Atamov (+84 kq) və İrina Zaretska (68 kq) yalnız finalda büdrəyibsə, Nuranə Əliyevayla (50 kq) Roman Heydərov (kata) üçüncü yeri tutub. Tədbirdə səslənən fikirləri müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
Fərid Mansurov, AGİN-in İdman şöbəsinin müdiri: “Karateçilərimizi ürəkdən təbrik edirəm. Nəzərə alaq ki, olimpiya proqramına salınandan bu növdə rəqabət artıb. Bu nəticə göstərir ki, federasiya doğru yoldadı. Rafael artıq 11 qat Avropa çempionudu. Hələ qarşıda karateçiləri mötəbər yarışlar gözləyir. Yeniyetmələrin Olimpiadasına bu növdən də lisenziya qazanılacağına inanırıq. Karate daim ölkəmizdə böyük hörmət sahibi olub. Bu uğurlar da həmin dəyərin nəticəsidi. Tokio Olimpiadasında da bunun davamını gətirməyinizi arzulayıram”.
Yaşar Bəşirov, AKF-nin prezidenti: “Gələcəkdə də himnimizi beynəlxalq arenalarda səsləndirməyə çalışacağıq. Rafael kimi idmançımız olduğuna görə fəxr edə bilərik. Noyabrın əvvəllərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək dünya çempionatında da çempion olsa, rekordunu daha da əlçatmaz edəcək. İdmanın zirvəsi olan Olimpiadada da himnimizi səsləndirməsini istərdik. 3 ildi Roman Heydərov AÇ-də bürünc medal qazanır. MDB məkanında kataçılar arasında belə uğura imza atan yoxdu. Kumitedə 3 yox, 5 finalımız ola bilərdi. Yarımfinalda Ayxan Mamayevə qarşı hakim haqsızlığı oldu. Tural Ağalarzadə 3-cü yeri tuta bilərdi. Şahin Atamov son saniyələrdə verdiyi xalla uduzdu. Nuranə əla döyüşdü və “bürünc”ü boynundan asdı. 4 ildən artıq ölkəmizi beynəlxalq turnirlərdə uğurla təmsil edən İrina yenə AÇ-nin finalına çıxdı. 7 ay idi zədədən əziyyət çəkirdi. Həlledici görüşdə uduzmasını da buna bağlayıram. İnanıram ki, dünya çempionatı və Olimpiadada da sözünü deyəcək. Çox güclü komandamız var. Bizə kömək edən hər kəsə minnətdarlığımı bildirirəm. Ümidləri doğrultmağa çalışacağıq. Kumitedə 3, katada 1 olimpiya kateqoriyası var. Yüngül çəki ən zəif kateqoriyamızdı. Amma burda da Firdovsi Fərzəliyev və Tural Ağalarzadə kimi karateçilər lisenziya qazana bilər. 75 kq-da şəksiz favorit Rafael Ağayevdisə, yuxarı çəkidə Ayxan, Şahin və ya Asiman Qurbanlı Olimpiadaya yollana bilər. Qadınlarda 50 və 55 kq birləşdirilib. Burda Nuranə və İlahə Qasımova lisenziyaya iddialıdı. 61 kq-da zəifik. 68 kq-da İrina Zaretska var. Formasını qorusa, Tokio-2020-yə yollanacaq. 3-4 real lisenziya qazanmaq şansımız var. Onların da bir-ikisi Yaponiyada medal əldə edə bilər. 2020-də Bakıda keçiriləcək Avropa çempionatının qalibi olmaqla da lisenziya qazanmaq mümkündü. Reytinq yarışlarına mütləq getmək lazımdı. Bu il yüksək xallar verən yarışlar Çili, Yaponiya, Çin və Almaniyada keçiriləcək... Beynəlxalq Bankın problemlərinə görə 1 ilə yaxın sponsorsuz qaldıq. Artıq ölkə prezidentinin göstərişiylə bu problem aradan qalxıb. Fərid Əsgərov 1-ci vitse-prezident, Mirhəsən Seyidov baş katib seçildi. Onlar da yardımını əsirgəmir. Olimpiya proqramına salındıqdan sonra karate indi dünyada daha çox diqqət mərkəzindədi. Biz də çalışmalıyıq ki, karatemizin səviyyəsi aşağı düşməsin. Sponsor olmayan dönəmdə yeniyetmə və gəncləri yarışlara göndərə bilmirdik. Maliyyə az olduğundan ancaq böyükləri ezam edirdik. Bu üzdən aşağı yaş qruplarında təcrübə çatışmazlığı yarandı. Ona görə də Argentinada keçiriləcək Olimpiadaya lisenziya qazanmaq çətindi. İndi bunu aradan qaldırmağa çalışacağıq. İdmançılarımızı mümkün qədər çox yarışa göndərməyi planlaşdırırıq. Hazırda ölkədə 12-14 min aralığında karateçi var. Bu sayı artırmağı hədəfləmişik. Bölgələrdə də karateni inkişaf etdirməyə çalışacağıq”.
Şahin Xudaverdiyev, kumite üzrə baş məşqçi: “İdmançılarımız çox gözəl çıxış etdi. Baxmayaraq ki, Novi Sada gec getmişdik. 2 gün əvvəl getmək lazım idi. Gec çatmağımız daha yaxşı nəticə göstərməyə imkan vermədi. Çünki yol yorğunluğunun təsiri oldu. Amma buna da şükür. İnşallah, DÇ-də davamını gətirərik. 2014-də kişilər, iki il sonra isə qadınlardan ibarət yığmamız Avropa çempionu olmuşdu. Bu dəfə yorğunluq sözünü dedi. Serbiyaya gec çatmağımız uyğunlaşma problemi yaratdı. Rafael finala çıxarkən böyük güc sərf etmişdi. Yorğun olduğundan komanda yarışında, demək olar ki, döyüşə bilmədi. Bəlkə də hardasa taktiki səhvlərimiz oldu. Həm də fərdi yarışda medal döyüşünə vəsiqə qazananlar bir qədər ehtiyatlı vuruşur ki, zədə almasın. Əsas fərdi uğurdu. Çünki komanda yarışındakı nəticələr reytinqə sayılmır”.
Vahid Ayvazov, kata üzrə baş məşqçi: “Biz döyüşçüyük. Sadəcə, döyüşümüz tatamidə baş tutur. Katada çıxış etmək çətindi. Bir artıq hərəkət səhv sayılır. Roman özünü ələ ala bildi və döyüş keyfiyyəti nümayiş etdirdi. 3-cü dəfə AÇ-də “bürünc” qazandı. Heydərov həm də son İslamiadanın qalibidi. Kata komandamız medal qazanmasa da, yaxşı mübarizə apardı. Katada normal idmançının yetişməsi üçün ən azı 5 il lazımdı. İndi dünyada kata ilə məşğul olanların sayı azalıb. Çox adam kumitedə döyüşməyə üstünlük verir. Kataya idmançı cəlb etmək çətindi”.
Rafael Ağayev: “Bu yalnız karateçilərin yox, bütün xalqımızın qələbəsidi. Qarşıda bizi dünya çempionatı gözləyir. Orda da himnimizi səsləndirməyə çalışacam. Bu qədər çempionluq fonunda motivasiyamı necə qoruyuram? Hər çempionluqdan 2-3 gün sonra bu uğuru unuduram. Sabahdan məşqlərə qaldığım yerdən davam edəcəm. Əsas məqsədim Olimpiadada himnimizi səsləndirməkdi”.
Şahin Atamov: “Çətin yarış keçdi. Finalda ani boşalma oldu. Gələcəkdə qızıl medal qazanmağa çalışacam. İndidən mundialın hazırlığına başlamaq lazımdı. Çünki DÇ Olimpiadaya lisenziya xarakteri daşıyır. Diqqət və qayğısını əsirgəməyən rəhbərliyə təşəkkür edirik”.
Nuranə Əliyeva: “Uğurumuzu işıqlandırdığınız üçün minnətdaram. Üzərimizdə əziyyəti olan məşqçilərə “çox sağ olun” deyirəm. Baş məşqçi Şahin müəllim həm də şəxsi məşqçimdi. Bu, AÇ-də ikinci medalımdı. Gələcəkdə daha böyük uğurlara imza atmağa çalışacam”.
Roman Heydərov: “Gənc idmançı kimi böyüklərin yarışında bürünc medal qazanmağım böyük qələbədi. 3 ildi Avropada yerimi qoruyuram. Yaxın 1-2 ildə finala yüksəlmək istəyirəm. İndi DÇ-nin hazırlığı başlayıb”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar