14 fev 15:24idman, manset

Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək

Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək
FIDE ilə isti münasibətlər bəhrə verdi

Norveçli Maqnus Karlsenin (2838) ötən il ardıcıl üçüncü dəfə şahmat tacını özündə saxladığını bilirsiz. Daha öncə iki dəfə Vişvanatan Anandı tac uğrunda mübarizədə məğlub edən Karlsen ötən il Sergey Karyakinə zirvəyə qalxmaq imkanı vermədi. Bu ildən yeni savaş başlayır. Son illər olduğu kimi, tac uğrunda mübarizə “Qran-pri” seriyası ilə start götürür. Yekunda toplanan xallara əsasən ilk iki yeri tutan şahmatçı İddiaçıların Turnirinə vəsiqə qazanır. Həmin yarışın qalibi isə Karlsenlə tac savaşına çıxacaq. Artıq “Qran-pri” seriyasının bütün 24 iştirakçısı müəyyənləşib. Bir müddət öncə ölkəmizin seriyada təmsil olunmamaq riski yaranmışdı. Buna səbəb ilk “onluq”da heç bir şahmatçımızın yer almaması idi. Ancaq narahatlıq üçün əsas yoxdu. Ötən tsikldə olduğu kimi, yenə yığmamızın iki aparıcı üzvü “Qran-pri” seriyasında iştirak edəcək. Bunun müəyyən subyektiv səbəbləri də var. Belə ki, bu yaxınlarda sabiq dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2739) bir müddət öncə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəaliyyətindən narazı qaldığını bildirərək, islahatlar aparılana qədər ali qurumun bayrağı altında keçiriləcək yarışlarda iştirak etməyəcəyini açıqlamışdı. Ondan savayı, daha bir neçə tanınmış qrossmeyster müxtəlif səbəblərdən “Qran-pri”nin iştirakçısı olmayacaq. Bu da reytinqdə 13-cü pillədə qərarlaşan Şəhriyar Məmmədyarova (2766) iştirakçı olmağa imkan verib. Teymur Rəcəbov (2710) isə FİDE və ana sponsor “Aqon” şirkətinin namizədlərindən biri kimi seriyada mübarizə aparmaq şansı əldə edib. Təbii, bunda AŞF ilə FİDE arasındakı isti münasibətlərin də rolu danılmazdı. Şahmatçılarımızın rəqibləri Pyotr Svidler, Aleksandr Qrişuk, Yevgeni Tomaşevski, Dmitri Yakovenko, Ernesto İnarkiyev, Yan Nepomnyaşi, Aleksandr Ryazantsev (hamısı Rusiya), Liren Dinq, Çao Li, Yi Vey (hamısı Çin), Pavel Elyanov (Ukrayna), Aniş Giri (Hollandiya), Hikaru Nakamura (ABŞ), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Pentala Harikrişna (Hindistan), Boris Gelfand (İsrail), Maykl Adams (İngiltərə), Fransisko Valyexo (İspaniya), Salem Saleh (BƏƏ), Yon Ludviq Hammer (Norveç) və Riçard Rapport (Macarıstan) olacaq.
Seriya 4 “Qran-pri”dən ibarətdi. İlk “Qran-pri” fevralın 18-dən 27-dək BƏƏ-nin Şarjah şəhərində keçiriləcək. Mayın 12-21-i aralığında Rusiyanın paytaxtı Moskva analoji yarışı təşkil edəcək. İştirakçılar iyulun 6-dan 15-dək İsveçrənin Cenevrə şəhərində mübarizə aparacaq. Sonuncu yarış isə noyabrın 16-dan 25-dək İspaniyanın Malyorka şəhərində baş tutacaq. Hər “Qran-pri”nin mükafat fondu 130 min avro olacaq. Ümumi seriyanın dəyəri isə 520 min avroya bərabərdi. Hər “Qran-pri”nin qalibi 20 min avro qazanacaq. Sonrakı yerlərə uyğun da pul mükafatı nəzərdə tutulub. Hər yarışdan maksimum 170 xal əldə etmək mümkündü. Hər “Qran-pri”də 18 şahmatçı qüvvəsini sınayacaq. Bu isə o deməkdi ki, hər şahmatçı 4 “Qran-pri”nin üçündə oynamaq imkanı qazanacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar