14 fev 15:04idman

Fransadan üç medalla

Fransadan üç medalla
Həftəsonu Fransada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Yığma üzvləri şənbə günü qənaətbəxş çıxış edib. Orxan Səfərov (60 kq) koreyalı İn Hyuk Çoy, qazax Qusman Kırqızbayev və fransız Vinsent Limareyə qalib gələrək yarımfinala yüksəlib. Finalın biraddımlığında yapon Naohişa Takatoya uduzan Səfərov braziliyalı Erik Takabatakeni üstələyərək bürünc medal qazanıb. Nicat Şıxəlizadə (66 kq) çinli Daqa Qinq ilə belçikalı Van Qansbekeni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Anzaur Ardanovla bacarmayıb. Ancaq israilli Tal Fliker və kanadalı Antoni Buşardı məyus edən təcrübəli cüdoçumuz fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 73 kq-da Azərbaycan dueli yaşanıb. Millimizin lideri Rüstəm Orucov qazax Yeldos Jumakanov, portuqaliyalı Xorxe Fernandes və çinli Qala Saiyinjiriyə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə onun finala yolunu koreyalı Çanqrim An bağlayıb. Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov Honkonq cüdoçusu Kvok Vinq Li və rusiyalı Vəli Kurjevdən güclü olub. 1/4 finalda yapon Soiçi Haşimoto qarşısında aciz qalan gənc cüdoçumuz təsəlliverici görüşdə fransız Loik Korvalı üstələyərək komanda yoldaşına rəqib olub. “Bürünc” uğrunda görüşdə qalib əlavə vaxtda müəyyənləşib. Gənclər arasında Avropa çempionu gözlənilmədən Rio-2016-nın gümüş medalçısını uğurla fəndə salaraq qızıl xalı hesabına yazıb. Bu da Heydərovun 3-cü yeri tutmasını şərtləndirib.
Ancaq dünən tatamiyə çıxan cüdoçularımız ümidləri doğrultmayıb. Elmar Qasımov (100 kq) debütdə portuqaliyalı Xorxe Fonsekaya, onun çəki yoldaşı Elxan Məmmədov yapon Kentaro İidaya, Uşanqi Kokauri (+100 kq) isə koreyalı Kyeonqtae Kimə məğlub olaraq, mübarizəni erkən başa vurub.
Bu arada “Böyük dəbilqə” turniri ərəfəsində Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının (İJF) təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirin əsas məqsədi beynəlxalq turnir ərəfəsində dünya cüdo ailəsinin üzvlərini bir araya gətirmək olub. İJF-nin prezidenti Marius Vizer çıxış edərək iştirakçıları salamlayıb, SOCAR-a, Azərbaycan Cüdo Federasiyasına (ACF) dəstəyə görə təşəkkür edib. O həmçinin Fransa Cüdo Federasiyasına beynəlxalq turnirin təşkilinə görə minnətdarlığını bildirib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb. Ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. İdmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün ACF üzvləri həmkarları ilə birlikdə olmaqdan məmnundu. SOCAR hər zaman cüdo ailəsinin yanında olacaq və onu dəstəkləyəcək. Abdullayev idmana dəstəyin gələcəyə, gənclərə böyük dəstək olduğunu qeyd edib. Fransadakı səfirliyimizin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfir Elçin Əmirbəyovun adından çıxış edərək, tədbir iştirakçılarını salamlayıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar