14 may 00:48idman

AAAF yeniyetmələrin Olimpiadasına daha bir lisenziya qazanmaq istəyir

AAAF yeniyetmələrin Olimpiadasına daha bir lisenziya qazanmaq istəyir
“Çalışırıq ki, ən yaxın zamanda atletlərimiz yarışlara qatılmaq hüququ əldə etsin”
Mayın 4-dən 6-dək Moskvada Rusiya Ağır Atletika Federasiyasının (RAAF) təşkilatçılığı ilə Beynəlxalq Anti-Dopinq Seminarı keçirilib. Tədbirdə bir sıra vacib məsələlər müzakirə olunub. Seminara dəvət alanlar arasında Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) da olub. Tədbirdə iştirak edən AAAF-ın baş katibi Rizvan Rəsulov federasiyanın saytına müsahibə verib.
– Əvvəlcə seminar haqda ətraflı məlumat verməyinizi istərdik. Moskvada nələr müzakirə olundu, hansı məsələlər gündəmə gətirildi?
– Seminarda 11 ölkənin nümayəndəsi iştirak etdi. Elmi simpozium səviyyəsində keçirilən tədbirə Rusiya Milli Olimpiya Komitəsinin, Rusiya Anti-Dopinq Agentliyinin (RUSADA), Rusiya Ağır Atletika Federasiyasının, Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF), həmçinin Ümumdünya (WADA) və Kanada Anti-Dopinq Agentliyinin nümayəndələri də qatılmışdı. Seminar RAAF-ın təşəbbüsü ilə keçirilirdi. Bu seminarın olduqca səmərəli keçdiyini deyə bilərəm. Əsas məqsəd ağır atletikada yaranan dopinq problemlərindən qaçmaq və gələcəkdə təmiz idman rəqabəti mühitinin yaradılması üçün səmərəli vasitə və metodların tətbiqi idi. Çox sayda mühazirələr oldu: anti-dopinq nəzarəti sistemində milli federasiyaların yeri, yüksək təsnifatlı idmançıların hazırlanmasında tibbi-bioloji təminatın əhəmiyyəti, idmançıların texniki və fiziki hazırlıqlarına nəzarət etmək üçün biomexaniki tibbi-aparat proqramının tətbiqi və s. Burda 11 ölkə ilə yanaşı, Rusiyanın 72 regionunun da idman rəhbərləri, məşqçilər və mütəxəssisləri iştirak edirdi. Çox maraqlı seminar oldu. Kanada ADA və WADA-nın nümayəndələri də çox maraqlı layihələrlə çıxış etdilər. Bu seminarda xeyli məsələlər müzakirə olundu.
– AAAF-ın fəaliyyəti ilə bağlı hansısa müzakirələr oldumu, fikirlər səsləndirildimi?
– Dopinq ümumi problemdi. Xüsusilə də müvəqqəti cəza almış ölkələr üçün bu daha böyük əhəmiyyət daşıyır. Tətbiq olunan cəzanın aradan qaldırılması üçün verilən qərarlar var. Bu qərarların icrasını tam yerinə yetirən ölkələr də var, çətinlik çəkənlər, pozuntulara yol verənlər də. AAAF üzərinə götürdüyü öhdəliklərə, qərarlarda göstərilən bütün bəndlərə tam riayət edir. Bunu orda da qeyd etdilər. Çalışırıq ki, ən yaxın zamanda yeniyetmələrimiz, sonra isə gənclərimiz və böyüklərimiz yarışlara qatılmaq hüququ əldə edə bilsin.
– Seminarların davam etdirilməsi ilə bağlı hər hansı qərar qəbul olundumu?
– İyulun 7-nə qədər ölkədaxili seminarlar təşkil edəcəyik. Buna qədər AMADA ilə birgə belə tədbirlər keçirmişik. Bu prosesi davam etdirəcəyik.
– Moskvada dopinqlə mübarizənin əsas tezisləri nə oldu?
– Orda həm seminar idi, həm də Rusiyanın elmi potensialını, yüksək səviyyəli idmançıların gələcək yarışlara dopinqsiz hazırlaşması istiqamətində yaxın gələcəyə qoyulan güc nümayişi idi. Rusiya bu seminarda ən müasir idman mərkəzlərini, reabilitasiya ilə bağlı maddi-texniki imkanlarını nümayiş etdirdi. Hansı ki, bizim ölkədə bu imkanlar var, lakin bundan daha səmərəli istifadə etməliyik. SSRİ dönəmində idmanın gözəl ənənələri, gözəl sistemi vardı ki, o da davam və inkişaf etdirilməli idi. Burda yalnız elmi potensial və müasir texnoloji vasitələrin tətbiqi kifayət edirdi. Elmi əsaslar unudulduğuna görə də dopinq belə rahat və sürətlə özünə yer aldı. İndi geri dönmək üçün kompleks tədbirlər həyata keçirilməlidi. Əks halda, aparılan işlər heçə enə bilər. Bu gün yalnız ağır atletika yox, bütün dünya idmanı böhrandadı. İstər kommersiyalaşma, istər dopinq məsələlələri… Bütün bunlar idmanın inkişafına mənfi təsir göstərir. Ola bilsin ki, bəzi müsbət məqamlar var. Ancaq dopinq idmanda ədalətin, haqqın qarşısını alan ciddi maneədi. Bu gün istər Beynəlxalq Olimpiya Komitəsi, istər WADA, istərsə də federasiyalar bu istiqamətdə mübarizə aparır. Biz də bu hərəkata qoşulmuşuq.
– Qarşıda bizi böyük yarışlar gözləyir. Bu il Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunları, iki il sonra isə Tokioda əsas Olimpiada təşkil ediləcək. Bu yarışlarda iştirak və layiqli çıxış əsas hədəfdi. Bu istiqamətdə hansı addımlar atılır?
– Bəzi işlər var ki, onlar sağa-sola çəkilməməli, müəyyən olunan plan üzrə davam etdirilməlidi. Götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirməyə çalışırıq. Nə qədər nail olduğumuzu zaman göstərəcək. İlk növbədə kütləviliyə nail olunması istiqamətində addımlar atmışıq. Əsas da yenitetmələrin yaxşı hazırlıq prosesi keçməsi, onların müəyyən bir nöqtəyə çıxması üçün daha çox işlər aparılır. Çünki dopinqin qarşısının alınması, birdəfəlik yox edilməsi üçün kiçik yaşlardan aparılan işlər xüsusi önəm daşıyır. İyunda cəzamızın 8 ayı bitir. Milanda keçiriləcək 15 və 17 yaşlı atletlərin Avropa birinciliyində iştirak etmək istəyirik. Çünki orda 17 yaşlı qızlar arasında yarış bizim üçün böyük önəm daşıyır. Həmin turnirdən yeniyetmələrin Olimpiya Oyunlarına daha bir lisenziya əldə edə bilərik. Tokio Olimpiadası ilə bağlı durum isə fərqlidi. Çünki lisenziya əldə edilməsi sistemi dəyişib. Əvvəllər Olimpiadaya komanda şəklində toplanılan xallar hesabına vəsiqə qazanılırdısa, indi konkret fərdlər bu hüququ əldə edəcək. Bunun üçün onlar şəxsi reytinqlərini yüksəltməli və 2018-20-ci illərdə keçirilən lisenziya yarışlarında iştirak edərək mümkün qədər çox xal toplamalıdı. Bu dövr üçün idmançının iştirak edəcəyi 6 yarışdan 4-də göstərdiyi ən yaxşı nəticə qeydə alınacaq. Bu ilin noyabrında Türkmənistanda dünya çempionatı keçiriləcək. İlk lisenziya xalları da elə bu yarışda qazanılmağa başlayacaq. Ona görə mundial xüsusi önəm kəsb edəcək. Əlavə edək ki, BOK-un qərarına görə 2008-dən bu yana 20-dən çox dopinq hadisəsi qeydə alınan federasiyalar – bura Azərbaycan da daxildi – Tokioda cəmi 2 ağır atletlə təmsil oluna biləcək: 1 kişi, 1 qadın.
– Hazırda ağır atletikanın inkişafı yönündə hansı konkret addımlar atılır?
– Maddi-texniki bazanın zənginləşdirilməsi və idman növümüzün coğrafiyasının genişləndirilməsi istiqamətində ciddi islahatlara start verilib. İxtiyarımızda olan ağır atletika avadanlıqlarının yerlərə paylanmasını təşkil edirik, tabeçilik yönümündən asılı olmayaraq idman zallarını təmir edir, yeni ağır atletika zallarını istifadəyə veririk. Ötən ilin dekabrından fasiləsiz təlim-məşq toplanışlarına start vermişik. Düzgün qidalanma, tibbi-bioloji təminat və əsasən də texniki, fiziki və psixoloji hazırlığı əsas hədəf seçmişik. Sıralarımıza daha çox yeniyetmə idmançıları dəvət etmişik. Milli üçün ehtiyat qüvvələri hazırlamaq istiqamətində kompleks tədbirləri həyata keçiririk.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar