13 may 13:58idman

Kaspiyskdə yeni rekorda imza atılsa da…

Kaspiyskdə yeni rekorda imza atılsa da…
Namiq Əliyev yenidən AGF-də
Ötən həftə güləş həyəcanını doya-doya yaşadıq. Düzdü, ölkənin iki idman telekanalından heç biri Avropa çempionatını yayınlamadı. Ancaq müasir dövr informasiya zamanıdı. İndi dünyanın o başında başverənlər haqda anında məlumat əldə etmək olur. Dünya Güləş Birliyi (UWW) hər gün görüşləri saytında nümayiş etdirir, nəticələri onlayn qaydada yeniləyirdi. Qısası, Dağıstanın Kaspiysk şəhərində 1 həftə boyunca yaşanan güləş olaylarından yetərincə informasiya topladıq. Təbii ki, bizim üçün əsas məsələ yığmalarımızın nəticələridi. Hə, ümumilikdə qazanılan 4 qızıl, 5 gümüş və 9 bürünc medal gözqamaşdırıcıdı. Hər halda, 18 medalın rekord olduğunu unutmayaq. Yəni kəmiyyətə söz ola bilməz. Bəs keyfiyyət? Həm buna toxunacaq, həm də başının üzərini “qara buludlar almış” idman növünün gələcəyinə işıq tutacağıq.
Avropada səkkizinciyik
Ənənəni pozmadan əvvəlcə qitə birinciliyinin tarixindən bir-iki kəlmə deyək. İlk AÇ 1911-ci ildə Budapeştdə keçirilib. Ancaq həmin yarışda yalnız yunan-Roma güləşçiləri qalibləri müəyyənləşib. Elə növbəti 5 analoji yarışda da ancaq “klassiklər” mübarizə aparıb. İndiyədək 40 ölkə (Rusiya və SSRİ eyni ölkə kimi göstərilib – S.) AÇ-də medal qazanıb. Maraqlıdı ki, bunlar arasında Misir və İran da var. Afrika və Asiya ölkələrinin vaxtilə qitə birinciliyinə hansı əsasla qatıldığını söyləmək çətindi. Azərbaycan Kaspiyskdə əldə etdiyi qənimətlə medallarının sayını 123-ə çatdırdı. Bunların da 42-si “qızıl”, 29-u “gümüş”, 52-si “bürünc”dü. Bu nəticə ölkəmizi Avropada 8-ci pillədə qərarlaşdırıb. SSRİ/Rusiya (444-186-187), Bolqarıstan (134-134-136), Almaniya (88-134-146), Türkiyə (87-76-116), İsveç (81-74-62) və Macarıstan (60-86-104) yaxın gələcək üçün əlçatmazdı. Ancaq tempi qorusaq, 2-3 ilə bizdən cəmi 6 “qızıl” öndə olan Ukraynanı (48-74-93) geridə qoya bilərik.
Medal sayında rekord olsa da…
Yuxarıda da qeyd etdiyimiz kimi, Dağıstanda güləşçilərimiz medal sayında rekorda imza ataraq, yeni tarix yazdı. Bunadək bizim üçün ən məhsuldar AÇ 2011-ə təsadüf etmişdi. Dortmundda 14 təmsilçimiz fəxri kürsüyə qalxmışdısa, Kaspiyskdə bu nəticə daha 4 medal yaxşılaşdırıldı. Ancaq keyfiyyətdən danışırıqsa, bu mənada Qərbi Avropadakı yarış şəksiz liderdi. 7 il əvvəl 6 dəfə himnimiz səslənmişdi. Dortmundda Rusiya da bu qədər “qızıl”ı hesabına yazmışdı. Şimal qonşularımız gümüş medalların hesabına ölkəmizi geridə qoymuşdu. Ancaq Almaniyada medal sayına görə hamını qabaqladığımızı da xatırlatmaq yerinə düşər.
“Sərbəstlər” bir addım öndə
Ümumi medalların əyarına görə son AÇ-də ilk “3-lüy”ü qapadıq. Yalnız Rusiya (12-7-4) və Türkiyədən (5-0-8) geri qaldıq. Yığmaların ayrılıqda nəticələrinə gəlincə, burda xal hesablanmasına əsasən ölkələrin yeri müəyyənləşir. Bu mənada “sərbəstlər” daha uğurlu çıxış etdi. Firdovsi Umudovun yetirmələri 160 xalla 2-ci yeri tutdu. “Klassiklər” 113 xalla 3-cü, qadınlar isə 102 xalla 4-cü oldu.
Son 10 ildə ilk dəfə
İndi gələk əsas məsələyə. Yəni yaralı yerimiz olan legioner probleminə. Son 10 ildə ilk dəfə yunan-Roma güləşi yığmasının heyətində bir əcnəbi belə yox idi. Bu addımı alqışlamağa dəyər. Ümid edək ki, bir daha yığmamızda yadelli pəhləvan görməyəcəyik. Digər yığmalarımızın da “klassiklər”dən örnək götürəcəyinə inanmaq istərdik. Düzdü, qadın güləşində hələ bir müddət əcnəbilərin çoxluq təşkil edəcəyi dəqiqdi. Çünki ölkəmizdə zərif cinsin nümayəndələri ən yaxşı halda cüdoya və taekvondoya axışır. Boks və güləşə o qədər də maraq yoxdu. Hətta Mariya Stadnikin silsilə uğurları da davamçılarının yetişməsinə səbəb olmayıb. Təsadüfi deyil ki, heç vaxt qadınlar arasında ölkə çempionatı keçirilməyib. Çünki ölkədə xanım güləşçilərin sayı 15-20 nəfərdən çox deyil. Ancaq “sərbəstlər”in sayı o qədərdi ki. Artıq Umudov yığmada “təmizlik” əməliyyatına start verməlidi. Hə, Georgi Edişeraşvili ən yüngül çəkidə ardıcıl 2-ci dəfə Avropa çempionu oldu. Amma 30 yaşlı legioner gələcək üçün perspektiv vəd etmir. Bu yaşadək dünya çempionatında uğur qazanmayan əcnəbi idmançının bundan sonra da ciddi nəticə əldə edəcəyi inandırıcı görünmür. Çünki güləşdə 30 yaşdan sonra uğur qazanmaq hər oğulun işi deyil. Unutmayaq ki, Edişeraşvilinin çəkisində Mahir Əmiraslanovla Əfqan Xaşalov kimi gənc və istedadlı güləşçilərimiz var. Ümumiyyətlə, bu komandada yalnız son 4 çəkidə - 86, 92, 97 və 125 kq-da əcnəbilər ola bilər. Tokio Olimpiadasından sonra isə tədricən yuxarı kateqoriyaları da milliləşdirmək lazımdı. Sadəcə, yerlilərə qarşı səbirli davranmaq və üzərlərində yarpaq kimi əsmək lazımdı. Qoy 3-5 yarışda medal qazanmasınlar. Əmin olun, müəyyən müddətdən sonra əldə olunacaq təcrübə onları uğura daşıyacaq. Bax, həmin qələbənin şirinliyi, doğmalığı qiymətsiz olacaq.
AGF-də nə baş verir?
Federasiyanın 1-ci vitse-prezidenti vəzifəsini də daşıyan Firdovsi Umudov son mətbuat konfransında etiraf etdi ki, qurumun maliyyə problemləri var. Əslində indi demək olar ki, bütün idman qurumlarında maddi sıxıntı var. Maaşların ləngiməsi adi hala çevrilib. AGF də bu baxımdan istisna deyil. Vaxtilə təkcə toplanış üçün müxtəlif ölkələrə səfər edən yığmalarımız indi vaxtının çox hissəsini Bakıda keçirir. Ən yaxşı halda yayda Göygölə gedirlər, vəssalam. Fazil Məmmədov nazir postunu təhvil verdikdən sonra mətbuatın təzyiqiylə üzləşir. Bunun kimlərinsə fitvasıyla baş verdiyini güman etmək çətin deyil. Sanki AGF başqanını devirmək istəyirlər. Kim bilir, bəlkə başı səhhətindəki problemlərə qarışmış 54 yaşlı funksioner özü yükdən (oxu: güləş və veloidmandan) azad olmaq istəyir. Sabiq məmurun ən yaxın vaxtda AGF-dən ayrılacağı istisna deyil. Qeyri-müəyyənliyin davam etməsi, maaş və mükafatların ləngiməsi həyəcan siqnalıdı. “Yuxarılar” yaxşı bilir ki, bar verən ağacı kəsmək olmaz. Bu üzdən ən məhsuldar idman növünü yaxın müddətdə ağ günə çıxarmaq haqda düşünməlidilər. Əks halda pusquda duran imkanlı ölkələr güclü pəhləvanlarımızı “oğurlaya” bilər.
Namiq Əliyev əvvəlki postunu qaytardı
Dünən Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında gözlənilməz hadisə baş verib. Belə ki, AGF-nin növbədənkənar seçki konfransı keçirilib. Maraqlıdı ki, federasiya başqanının iştirak etmədiyi konfransa vitse-prezidentlər, yığmanın məşqçiləri və Hakimlər Kollegiyasının sədri qatılıb. Əslində heç buna seçki də demək olmaz. Çünki vitse-prezident vəzifəsinə təyinat baş tutub. Nazir Azad Rəhimov bunları deyib: “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisidi. Növbəti sınaq Argentinada keçiriləcək gənclərin Olimpiya Oyunları olacaq ki, orda da uğurlu nəticələrin qazanılacağına ümid edirik. Namiq Əliyev yenidən federasiyada 1-ci vitse-prezident vəzifəsində çalışacaq. Firdovsi Umudov isə həm “sərbəstlər”in baş məşqçisi, həm də vitse-prezident kimi işini davam etdirəcək. Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına töhfə vermiş insandı. Onun yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan mütəxəssisdi. Əminəm ki, federasiyanın vitse-prezidenti və millinin baş məşqçisi kimi bundan sonra da zəhmətini əsirgəməyəcək”.
Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə keçirilməsi üçün bölgələrdə fəaliyyət göstərən MOİK-dən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA ilə sıx çalışmalarını məsləhət görüb.
Xatırladaq ki, Fazil Məmmədov bir neçə ay əvvəl Namiq Əliyevi postundan azad etmişdi. Görünür, bu addım Məmmədovun neytrallaşdırması prosesinin başlanğıcıdı.
SƏRXAN

Yeri gəlmişkən…
AÇ-də qazandığımız 18 medaldan cəmi 8-i yerlilərin payına düşür ki, bu da 44 faiz edir. Bu isə 2017-ni istisna etsək, 2012-dən bu yana ən aşağı göstəricidi.

Bilin ki...
Bu AÇ-də ilk dəfə bir həmyerlimiz başqa ölkəni təmsil etdi. Daha öncə ölkəmizə analoji yarışda 2 qızıl və 1 gümüş medal qazandıran Elçin Əliyev bu dəfə Türkiyənin adından yarışdı. 60 kq-da çıxış edən 27 yaşlı pəhləvan ilk mərhələdə belarus Maksim Kajarskiyə uduzdu. Daha doğrusu, tərəflər hərəyə bir xal qazandı. Son xalı Maksim aldığından 1/4 finala yüksəldi. Bu mərhələdə isə Kajarskini yunan-Roma güləşçimiz Murad Məmmədov dayandırdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar