10 may 20:01idman

Firdovsi Umudov AGF-də maliyyə problemlərini danmadı

Firdovsi Umudov AGF-də maliyyə problemlərini danmadı
“Oğul ona deyirəm ki, çətin zamanlarda özünü doğrultsun”
Dünən Güləş Federasiyasının (AGF) inzibati binasında mətbuat konfransı keçirildi. Avropa çempionu Hacı Əliyev və qurumun 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin önünə çıxdı. Təbii ki, əsas mövzu Dağıstanın Kaspiysk şəhərində keçirilən qitə birinciliyindəki çıxış idi. Əvvəlcə sərbəst güləş üzrə yığmanın da baş məşqçisi olan Umudov bunları dedi: “Güləşçilərimiz möhtəşəm qələbə qazandı. Ümumilikdə 18 medal əldə etdik. Bu, bütün Azərbaycanın qələbəsidi. Bayrağımız qalxanda, himnimiz səslənəndə özümüzü dünyanın ən xoşbəxt insanı sayırıq. Dövlətimiz tərəfindən diqqət və qayğı, etimad görürük. Biz də əlimizdən gələni edirik ki, ölkəmizi hər zaman olduğu kimi, layiqincə təmsil edək və hər zaman Azərbaycanın idman ölkəsi olduğunu sübut edək. ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kubokunda sərbəst güləş yığmamız uğur qazandı. Daha sonra Avropa çempionatında uğurlu çıxış etməyə çalışdıq. Bütün komanda sağ olsun. Qarşıya qoyulan məqsədə nail olduq və rekord sayda medal qazandıq. Rusiyada – güləşin məskənində idmançılarımız əzmkarlıq göstərdi”.
Daha sonra söz Kaspiyskdə finalda möhtəşəm geridönüş edən 3 qat dünya çempionumuz bir neçə kəlmə söylədi: “AÇ ənənəvi yarışlardan biridi. Sərbəst güləşdə 2 qızıl medalımız oldu. Daha çox da ola bilərdi. Amma bu nəticə də yaxşıdı. Komandanın çıxışından razıyam. Məşqçilər korpusuna minnətdaram. İnşallah, növbəti yarışlarda da yaxşı çıxış edərik”.
- Rusiyalı güləşçi mükafatlandırma mərasiminə qatılmadı? Buna münasibətini bilmək istərdik.
- H.Ə.: İkinci hissədə ona çox hücum etdim. Rəqib də bu təzyiqə dözə bilmədi. Görüşdən sonra ona sistem qoşdular. Səhhətində problem var idi. Hardasa 1 saat ayağa dura bilmədi. Ona görə təltifetməyə qatıla bilmədi.
- Bəzi idmançıların fiziki hazırlıq səviyyəsi qənaətbəxş deyildi. Bu xüsusən də güləşçilərimizin hesabda öndə olduqları görüşlərdə uduzmalarında özünü biruzə verdi. Bunun səbəbini nədə görürsüz?
- F.U.: Bu, hər üç növdə oldu. Yunan-Roma güləşində Murad Məmmədov 5 xal öndə olduğu halda uduzdu. Bunu daha çox onun təcrübəsizliyinə bağlayıram. Psixoloji amillər sözünü dedi. Rəsul Çunayevin isə zədələri var. Hətta Bolqarıstandakı yarışa getməmək ehtimalı var idi. Hazırlıq prosesini yaxşı keçirmişdilər. Bütün məşqçi heyəti ilə görüşüb, videogörüntülərə baxıb səhvləri təhlil edəcəyik. Bunlar Olimpiya Oyunlarında, dünya çempionatında bağışlanılası səhvlər deyil. Məşq prosesi hər kəs üçün eyni qaydada olur. Nurməhəmməd Hacıyev ikinci hissədə taktikanı düzgün qurmadı. Hesabda 7:0 öndə olduğu halda səhv etdi. Gəncdi və gələcəkdə belə səhvlər etməməlidi. Tatyana Omelçenko və Alyona Kolesnik də səhvlərə yol verdi. Məşqçilərlə ümumi təhlil edib, səhvləri gələcəkdə aradan qaldıracağıq.
- Rəsul Çunayevin belində yırtıq var və hətta buna görə bir ara karyerasını bitirməyi də düşünüb. Onun hərbçilər arasında keçiriləcək dünya çempionatına yollanacağı deyilir. Bu nə dərəcədə doğrudu?
- F.U.: Sözsüz, həmin yarışda iştirak etməsini istəməzdim. Bunu özünə də demişəm. Cəbrayıl Həsənovun və başqa yığma üzvlərinin həmin mundialda iştirakı nəzərdə tutulub. Lakin yüklənmə düzgün deyil. Dünya Kuboku ilə AÇ arasında bərpa üçün vaxt var idi. Üstəlik, Ayovada çıxış edənlərin əksəriyyəti qitə birinciliyində yaxşı təsir bağışladı. Nurməhəmməd də ABŞ-a yollansaydı, bunun effektini AÇ-də görə bilərdi. Bir həftə, 10 günlük interval olanda yüklənmə gedir. Çunayevə görə etirazımı bildirmişəm. Yəqin ki, onun yerinə hərbçilərin turnirinə başqa idmançı gedəcək. Zədələrinə görə psixoloji cəhətdən sıxılırdı. Onunla söhbət etdik. Bu qələbələr birgə işin nəticəsidi. Biz bir ailəyik. Mehribanlıq olan yerdə hər zaman ruzi-bərəkət olur. Zədə və başqa problemlərə baxmayaraq, idmançılarımız özlərini yaxşı tərəfdən göstərdilər. Ancaq hamısına demişəm ki, bu qələbə keçmişdə qaldı. Biz irəli baxmalıyıq. Qarşıdan dünya çempionatı gəlir. AÇ-də buraxdığımız səhvlərin üzərində işləməliyik.
- Dünya Kubokunda 70 kq-da uğurlu çıxış edən Coşqun Əzimov AÇ-də 74 kq-da mübarizə apardı. Kateqoriyasını dəyişməsi, yoxsa təcrübəsizlik uğursuzluqla üzləşməsinə səbəb oldu?
- F.U.: Təcrübəsizliklə bağlı olduğunu düşünürəm. 6:2 öndə olduğu görüşdə uduzdu. O da müəyyənləşdirdiyimiz taktikanı düzgün icra etmədi. Məşqçi güləşçinin səhvini daha yaxşı görür. Hacı Əliyev, Şərif Şərifov kimi güləşçilər məşqçi tərəfindən verilən tapşırıqları döşəkdə yerinə yetirə bilir. Bu da nəticəyə təsir edir. Coşqun rəqibdən bir baş üstün olmağı qarşısına məqsəd qoymuşdu. Əzimov bu yarışda 3-cü yeri tutan Belarus idmançısına hərbçilərin dünya çempionatında qalib gəlmişdi. Coşqun da medal qazanmağa layiq idi. Ümumiyyətlə, sərbəst güləşdə bütün yığma üzvləri medal qazanmaq gücündəydi.
- Güclü güləşçilərdən sayılan Aslanbek Alborovu niyə AÇ-yə aparmadıız?
- F.U.: Ölkə çempionatında Nurməhəmməd onu bir baş üstələdiyindən bu yarışa Hacıyevi apardıq. Belə nüfuzlu yarışlarda çempionlara üstünlük veririk. Amma digər məsələ də var. Çempionatda 74 kq-da Hacımurad Ömərov Əzimova qalib gəlmişdi. Dünya Kubokunda Coşqun daha yaxşı çıxış etdiyindən AÇ-də ona şans verdik.
- Federasiyanın maddi problemlərinin olduğu deyilir. Bu qurumun gələcəyi necə olacaq?
- F.U.: Bunun üzərində iş gedir. Yaxınlarda Dünya Güləş Birliyinin (UWW) başqanı Nenad Laloviç Bakıda oldu və cənab prezidentlə, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşdü. Bilirsiz ki, UWW-nin Icraiyyə Komitəsinin 16 üzvündən biri azərbaycanlıdı. Namiq Əliyevlə də müzakirələr aparılıb. Bəzi məsələlər var ki, gələcəkdə həllini tapacaq. İstənilən çətinliyə baxmayaraq, hədəfimiz dəyişməz qalır: Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək. Oğul ona deyirəm ki, çətin zamanlarda özünü doğrultsun. Şükür Allaha, AGF-də işlər qaydasında gedir.
- AGF-də ciddi dəyişikliklərin olacağı, hətta sizin vəzifədən azad ediləcəyiniz deyilir...
- F.U.: Bu, problem deyil. Nə qərar verilərsə, onunla razılaşmağı özümüzə borc bilirik. Əsas odu ki, nəticə, ölkəmiz, millətimiz üçün xeyirli olsun. Necə məsləhət olsa, elə də edərik.
- Laloviç Kaspiyskdə keçirdiyi mətbuat konfransında AGF-nin işindən razı olduğunu və güləşçilərimizin AÇ-yə rəng qatdığını söylədi. Həmçinin gələcəkdə ölkəmizdə dünya çempionatının təşkilinin mümkün olduğunu dedi. Bu istiqamətdə addım atılacaq?
- F.U.: Bu mövzuda danışdıq. Ola bilər ki, gələcəkdə Olimiya Oyunlarına lisenziya xarakterli turnirlərdən biri Bakıda təşkil edilsin. Yaxın vaxtlarda buna qərar veriləcək.
- Maliyyə problemləri güləşçilərə mənfi təsir göstərir?
- F.U.: Sözsüz, hər məşqçinin, hər idmançının ailəsi var. Onlar üçün çalışıb-vuruşur. Maliyyə problemləri oldu-olmadı, işimizə davam edirik. Nəticələr də gördüyümüz işin göstəricisidi.
- Namiq Əliyevin yenidən AGF-yə dönəcəyi xəbəri düzdü?
- F.U.: Namiq Əliyev UWW-də büro üzvüdü. 10 ildə qurulan sistem öz işini davam etdirir. İlin əvvəlində 1-ci vitse-prezident vəzifəsinə təyin olundum. İşimizi elə qurmuşuq ki, intizam və nəticələr olsun. Bəzi maliyyə problemləri var ki, onlar da həllini tapmalıdı. Bir neçə gün öncə Azad Rəhimovla görüşümüz oldu. O da dəstəyini əsirgəmir. Namiq müəllimlə də söhbətlər oldu. Vəzifədən getmək və ya qalmaq önəmli deyil. Təki hər şey ümumi işin yaxşılığına doğru olsun.
- Fazil Məmmədov AGF-nin prezidenti postundan gedəcək?
- F.U.: Bu qərarı mən vermirəm. Mən mütəxəssis kimi iş aparıram.
- Avropa çempionatındakı uğurlu çıxışa görə mükafat olacaq?
- F.U.: Bunun da qərarını mən vermirəm (gülür).
- Zədəli güləşçilərin müalicəsi böyük vəsait tələb edir. Bunları federasiya qarşılaya bilir?
- F.U.: Kimdə nə problem olsa, onları yuxarı səviyyədə qaldırmaq mənim borcumdu. Çalışırıq ki, belə məsələlər həll olunsun. Hacıya heç sual vermədiz.
- 3 aydı maaş almayan güləşçiyə nə sual verək?
- F.U.: Yox, 2 ay maaş alıb (gülür). Elə federasiyalar var ki, heç orda aylarla maaş yoxdu. Hər şey pulla ölçülmür ki. Elə idman qurumları var ki, çoxlu vəsait xərcləyir, amma ortada nəticə yoxdu. AGF qədər son 10 ildə AÇ, DÇ və Olimpiadada nəticə verən federasiya var? Çalışırıq ki, bütün problemləri ailə daxilində həll edək. Nəticə varsa, deməli, iş qaydasında gedir. Vitse-prezident seçiləndə iki işi necə birgə görəcəyimi soruşdular. Şükürlər olsun ki, çatdırırıq. Kim məndən yaxşı iş görər, dövlətə, bayrağa sadiq olar, problem yoxdu, gəlsin. Mən də ona dəstək verərəm. Təki bayrağımız qalxsın, himnimiz səslənsin. Biz də baxaq, sevinək. Bütün uğurları birgə qazanmışıq. Hacı Avropa çempionu olandan sonra başqa ölkələrin mütəxəssisləri onun haqda elə xoş sözlər söylədi ki, sadə bir azərbaycanlı kimi qürur duydum.
- Fazil Məmmədov Avropa çempionatındakı uğurlu çıxışa görə güləşçiləri təbrik edib?
- F.U.: Bəli, zəng vurub. Azad Rəhimov da təbrik edib. Hacının qələbəsindən sonra mənimlə telefonda danışdılar. Mariya Stadnikə də zəng edib, təbrik etdilər. Bu suallarla qalmaqal yaratmaq, əks-səda doğurmaq istəyirsiz (gülür). Ancaq biz qalmaqaldan uzağıq. Avropa çempionatında 18 medal qazanmışıq. Amma elə təəssürat yaradırsız ki...
- Dünya çempionatında limi özünə əsas rəqib görürsən?
- H.Ə.: Güclü rəqiblər çoxdu. Hindistanda İlyas Bekbulatova uduzmuşdum. Mundialda əsas rəqiblərdən biri bu güləşçi olacaq. Amma DÇ-də bu çəkidə başqa rusiyalı güləşçi çıxış edə bilər. Çünki onlarda dəyişiklik tez-tez olur.
- 2016-da Vladimir Xinceqaşviliyə həm AÇ-də, həm də Olimpiadada uduzdun. Bu DÇ-də ondan qisas almaq istərdin?
- H.Ə.: Son DÇ və AÇ-də mən çempion olmuşam, o isə bürünc medal qazanıb. Bu iki yarışda ondan yuxarıda yer tutmağım elə qisasa bərabərdi. Sözsüz, gürcüyə qalib gəlmək istəyirəm. Bunun da vaxtı var.
- Finaldan sonra səhhətində nə baş verdi? Stressdən pis oldun?
- H.Ə.: Yox, stresslə bağlı deyildi. Sadəcə, qələbəyə o qədər can atdım ki, böyük güc sərf etdim. Fikirləşmədim ki, ürəyim dayanar və s. Yalnız qələbəni düşünürdüm. Görüşdən sonra ürəyimin aşağı tərəfində ağrı hiss etdim. Özümə gələndən sonra insanların başıma toplaşdığını gördüm.
SƏRXAN
<a href="http://clasinchrys.ugu.pl/jozuj/traduggo-e-narrao-pt-br-fifa-08.html#
">tradução e narrao pt br fifa 08</a> play age of empires 2 the conquerors online for free woodville chronicles deluxe download full version
<a href="http://ogavor.ugu.pl/wilybibib/windows-7-todas-versiones-espagol-32-6
4-bits-iso.html#">windows 7 todas versiones espaГ±ol 32 64 bits iso</a> audrain county missouri aerial photography on cdl vmware workstation 4 x for linux without xbox live

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar