10 may 19:45idman

Mahir Məmmədov şahmatçılarımızdan narazıdı

Mahir Məmmədov şahmatçılarımızdan narazıdı
“Nəyə görə onlar açıq mübarizə aparmamalıdı?”
Şahmat Federasiyasının vitse-prezidenti, “ShamkirChess 2018” superturnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib.
- Əvvəlcə ardıcıl 5-ci dəfə təşkil edilən yarışla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu il Vüqar Həşimovun Memorialının təşkili dövlət tərəfindən SOCAR-a həvalə edildi. Bu, bizim üçün böyük məsuliyyət idi. Bildiyiniz kimi, Dövlət Neft Şirkəti ölkədə iki böyük federasiyaya sponsorluq edir - futbol və cüdo. SOCAR Bakıda keçirilən Şahmat Olimpiadasının keçirilməsində də iştirak edib. Eyni zamanda, bu il Gürcüstanın Batumi şəhərində baş tutacaq Olimpiadaya dəstək olur. SOCAR hər zaman şahmatın inkişafına kömək olub. Digər tərəfdən, “ShamkirChess 2018”in əsas təşkilatçılığını etmək heç də çətin deyildi. Çünki bunadək yarışın ardıcıl dörd dəfə keçirildiyini qeyd etməliyik. Bu, beşinci yubiley turniri idi. “Sinerji Qrup” 4 il ərzində bu yarışın təşkilində böyük işlər görüb. Həm də Şəmkir yarışı Dünya Kuboku və Şahmat Olimpiadası kimi kütləvi turnirlərlə müqayisə oluna bilməz. Vüqar Həşimov Memorialında cəmi 10 iştirakçı 9 tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq, turnirin ölkə idmanının nüfuzuna uyğun, yüksək standartlara layiqli səviyyədə keçirilməsi üçün bütün işləri həyata keçirdik. Sevindirici haldı ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldı. Mütəmadi olaraq superturnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi.
- Yarışın təşkili zamanı hansı çətinliklərlə qarşılaşdız?
- Çətinlik ondan ibarətdi ki, superturnir adlandırılan yarışda ən yüksək səviyyəli şahmatçılar iştirak edir və bu yarış Bakıdan kənarda təşkil olunur. Şəmkirin gözəl, səfalı məkan, qonaqpərvər olması hamıya məlumdu. Amma şahmatçı üçün paytaxtdan 400 km məsafədə olan məkana yollanmaq mənəvi cəhətdən asan deyil. Yarış İddiaçıların Turnirindən sonraya təsadüf etdi. Ən güclülər Almaniyanın paytaxtı Berlində mübarizəyə qoşulmuşdu. Çox istəyərdik ki, Şəmkirdə əsasən FİDE reytinqində ilk “onluq”da qərarlaşan şahmatçılar mübarizə aparsın. Amma belə ideal heyət çox çətin idi. Çünki əksər yüksək səviyyəli şahmatçılar bir il öncədən iştirak edəcəyi yarışları dəqiqləşdirir. Azərbaycanın yüksək təşkilatçılıq bacarığı həmişə nümunə sayılıb. Bu mənada ilk iki yarışda iştirak edən Karlsenin yenidən Şəmkirə gəlməyə razılıq verməsi xüsusi qeyd olunmalıdı. Dünya şahmat tacı uğrunda matça hazırlaşan Maqnusun çox sıx yarış qrafiki var. Üstəlik, dünya çempionu bütün dəvətlərə müsbət cavab vermir. Adətən, ona 7-8 ay əvvəldən dəvət göndərirlər. Şəmkir turnirinin keçiriləcəyi ilə bağlı son qərar fevralda verildi. Demək olar ki, Vüqar Həşimov Memorialıyla bağlı 3 ay əvvəl norveçli şahmatçıya müraciət olundu. Bununla bağlı Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov mütəmadi olaraq Maqnusla danışıqlar aparıb, onunla əlaqədə olub. Ölkəmizin idman aləmində yüksək nüfuzu və təşkilatçılıq bacarığı dünya çempionunun Şəmkirə gəlməsində mühüm rol oynayıb.
- Şahmatçılarımızın yarışda iştirakını necə dəyərləndirirsiz?
- Onlar həmişə Şəmkir turnirində böyük həvəslə iştirak edir. Şəhriyar Məmmədyarov yorğun olmasına baxmayaraq, mötəbər yarışdan kənarda qalmadı. Az sayda yarışlarda iştirak edən Teymur Rəcəbov Şəmkir superturniriylə bağlı dəvəti böyük sevinc və məsuliyyətlə qəbul etdi. Rauf Məmmədov üçün Şəmkir turniri böyük etimad oldu. Nəticələrə gəlincə, Şəhriyar üçün yarış çox çətin keçdi. Berlindəki əzmkar mübarizədən sonra yorğunluğunu nəzərə alsaq, Məmmədyarovun çıxışını normal qəbul etmək olar. Teymurla Raufda qeyri-adi çıxış müşahidə olunmadı. Reytinqlərinə uyğun nəticə göstərdilər. Karlsenin qələbəsini qanunauyğun hesab edirəm. Maqnus ən yaxşı formada olmadığı turnirdə belə hamıdan güclüdü. İştirak etdiyi bütün yarışlarda maksimum nəticə uğrunda yarışan qrossmeyster Şəmkirdə də yüksək bacarığını və səviyyəsini sübut etdi.
- Şahmatçılarımız bir-biriylə heç-heçə etdi. Hiss olundu ki, mübarizə aparmadan bərabərlik qeydə alındı. Ümumiyyətlə, belə superturnirlərdə şahmatçılarımızın heç-heçə oynamasına necə münasibət bəsləyirsiz?
- Belə olmasını istəmirəm. Şahmatçılarımız yarışa həmyerliləriylə xalı yarı bölmək fikriylə yollanmamalıdı. Təəssüflər olsun ki, biz bu halı görürük. Karlsen bütün partiyalarda qələbə qazanmağa çalışır, məhsuldar oyun istəyir. Amma bizimkilər cəmi 7 partiyada mübarizə aparmaq haqda düşünür. Digər iki oyunda isə əvvəldən heç-heçəyə razılaşırlar. Bu hal turnir zamanı təşkilatçıları ciddi şəkildə narahat etdi. Şahmatçılarımızın aralarında heç-heçə etməsi turnirə marağı azaldır, yarışın nüfuzuna zərbə olur. Nəyə görə onlar açıq mübarizə aparmamalıdı? Hamıya maraqlıdı ki, Məmmədyarov - Rəcəbov, Məmmədyarov - Məmmədov və ya Rəcəbov - Məmmədov partiyaları hansı hesabla başa çatacaq. Bütün partiyalar rəsmi saytda canlı yayınlanır. Yüz minlərlə insan səbirsizliklə bu oyunları gözləyir. Belə heç-heçələr düzgün deyil. Şahmat həvəskarları iki güclü şahmatçının mübarizəsini izləmək istəyir. Bunlar isə qısa zamanda heç-heçə edərək tamaşaçının arzuladığı oyunu göstərmir. Millidə komanda yoldaşı olmaq superturnirdə açıq mübarizəyə mane olmamalıdı. Superturnirlərdə mütləq rəqib sayılırlar. Ona görə mübarizə aparmaq lazımdı.
<a href="http://orissau.ugu.pl/mykyr/amigaos-the-company-update-41.html#"
>amigaos the company update 4.1</a> portalprotect maintenance 50 user manual magic iso maker v5.5.261 new working cracked
<a href="http://bangrorus.ugu.pl/dohoqolo/grand-theft-auto-san-andreas-cheats-
playstation-2-fast-cars.html#">grand theft auto san andreas cheats playstation 2 fast cars</a> scanner driver epson l210 ww windows 7 64 bit internet download manager idm version 6.18 build 7 crack incl crack rar

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar