08 may 14:11idman

Güləşçilər Kaspiyskdə tarix yazdı

Güləşçilər Kaspiyskdə tarix yazdı
Hacı Əliyev dörd ildən sonra Avropa çempionu oldu
Dağıstanın Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb. Əvvəlcə şənbə günü keçirilən medal görüşləri haqda. Təmsilçilərimizin iştirakıyla baş tutan finallar dramatik keçib. Ötən il analoji yarışın qalibi olan Georgi Edişeraşvili (57 kq) çətinliklə də olsa, titulunu qoruyub. Belə ki, son saniyələrdə yerli Zaur Uquyevə qarşı uğurlu fəndi legioner idmançını Avropa çempionu edib – 4:3. Rusiya yığmasına növbəti zərbəni Hacı Əliyev (65 kq) vurub. Üçqat dünya çempionumuz ötən il analoji yarışda 65 kq-da qızıl medal qazanmış İlyas Bekbulatovla ağır görüş keçirib. İlk hissə xalça sahibinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb. Hətta son 30 saniyəyə İlyas 7:2 öndə girib. Ancaq təcrübəsini və əzmkarlığını maksimum nümayiş etdirən Naxçıvan güləş məktəbinin yetirməsi 4 illik fasilədən sonra ikinci dəfə qitənin ən güclüsü olub – 8:7. Bürünc medal uğrunda görüşlərdə də maksimum nəticəyə imza atılıb. Murtuz Müslümov (70 kq) belaruslu Azamat Nurikova (9:2), Cəbrayıl Həsənov (79 kq) türk Muhammet Nuri Kotanoğluna (10:4), Nurməhəmməd Hacıyev (97 kq) isə Makedoniya təmsilçisi Maqomedqadji Nurova (4:0) şans tanımayıb.
İndi isə keçək sərbəst güləş üzrə qalan 5 çəkidə baş tutan mübarizəyə. Yarışa 1/4 finaldan start verən Mircəlal Həsənzadə (61 kq) isveçrəli Rendi Voka (10:0) çox rahat qalib gəlsə də, gürcü Beka Lomtadzeyə müqavimət göstərə bilməyib – 0:12. Həsənzadə “bürünc” savaşında isə rumın İvan Guideaya uduzub – 2:5. ABŞ-da keçirilən Dünya Kubokunda bütün görüşlərini qələbəylə başa vuran Coşqun Əzimov (74 kq) AÇ-də debütdə litvalı Andrius Majeykaya təslim olub - 6:8. Aleksandr Qostiyev (86 kq) finaladək Bolqarıstan türkü Mehmet Remiz Qazi (10:0), almaniyalı Ahmed Dudarov (6:0) və gürcü Sandro Aminaşviliyə (6:0) xal verməyib. Artur Nayfonovla final görüşü o qədər də maraqlı keçməyib. Hakim qeyri-fəal güləşə görə hərəyə 1 cərimə xalı verib. Sonuncu xal yerli pəhləvanın hesabına yazıldığından Qostiyev yenə Avropa çempionu ola bilməyib. Hazırda Aleksandrın AÇ-də 3 gümüş və 1 bürünc medalı var.
Şərif Şərifov bu dəfə 92 kq-da bəxtini sınayıb. Moldovalı Nikolay Çebanla türk Sərdar Bökeni 10:0 hesabıyla üstələyən dünya və olimpiya çempionumuz finalda “bərk qoz”la üz-üzə gəlib. Söhbət 86 kq-da iki dəfə dünya çempionu olmaqla yanaşı, Rio-2016-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Abdulraşid Sadullayevdən gedir. İlk xalı Şərifov qazansa da, Sadullayevin 2 xallıq fəndi həlledici olub – 1:2. Beləliklə, Şərif 8 il əvvəl Bakıda olduğu kimi, Kaspiyskdə də AÇ-nin “gümüş”üylə kifayətlənib.
Cəmaləddin Məhəmmədov (125 kq) startda olimpiya və ikiqat dünya çempionuna 2:4 hesabıyla uduzsa da, belaruslu İbrahim Saydovla (3:2) rusiyalı Muradin Kuşkovu (3:0) yenərək “bürünc”lə təsəlli tapıb.
Firdovsi Umudovun komandası AÇ-də 2 “qızıl”, 2 “gümüş” və 4 “bürünc” əldə edib. Ümumilikdə isə AÇ-də qazancımız 4 “qızıl”, 5 “gümüş” və 9 “bürünc” olub. Medalların əyarına görə ölkəmiz Rusiya (12-7-4) və Türkiyədən (5-0-8), sayına görə isə yalnız Rusiyadan (23) geri qalıb.

Reaksiyalar
Hacı Əliyev: “Bildiyiniz kimi, 65 kq-a yenicə keçmişəm. İlk dəfə Avropa çempionatında bu kateqoriyada güləşdim. Finaldakı rəqibim çox güclü idmançıydı. Neçə ildi bu çəkidə çıxış edir. Daha öncə 70 kq-da da mübarizə aparıb. Görüşün əvvəllərində səhvlərimdən rəqib 5 xal qazandı. Amma ilk hissədən sonra rəqibin yorulduğunu hiss elədim. Ona görə də hücumu bir qədər də gücləndirdim. Şükür Allaha, sonuncu hücum bəhrə verdi. Hesab 2:7 olanda uduzacağımı düşünsəm də, hücumları davam etdirdim. 3-cü xalı alandan sonra qələbəyə inam yarandı. Şükür ki, hər şey yaxşı alındı. Tribunaların İlyasa böyük dəstək verməsindən sonra özümü sanki Bakıda hiss edirdim. Çünki vətəndə güləşəndə mənə də belə dəstək olur. Elə düşündüm ki, Kaspiyskdə də məni dəstəkləyirlər. Bu üzdən azarkeş təzyiqi hiss etmədim. Tamaşaçı dəstəyi 50 faiz güc verir. Hindistanda keçirilən “Pro Liqa”da bu güləşçiyə uduzmuşdum. Ancaq onda intensiv məşqlər keçmədiyimizdən formada deyildim. Ancaq Avropa çempionatı üçün çox yaxşı hazırlıq keçmişdik. Bu məşqlərin bəhrəsini gördük. Bütün medal qazanan güləşçilərimizi təbrik edirəm və bütün məşqçilərimizə təşəkkürümü bildirirəm. Qarşıdakı yarışlarda da belə uğurlu çıxış etməyə çalışacağıq”.
Georgi Edişeraşvili: “Çox yaxşı formada idim. Son saniyələrdə bütün gücümü qoyub, fənd etdim və bu da nəticə verdi. Qələbə üçün sona kimi mübarizə apardım. Mənə dəstək olan bütün insanlara minnətdarlığımı bildirirəm”.
Cəbrayıl Həsənov: “Görüşlər yaxşı keçdi. Əsas rəqiblərim Belarus və Rusiya təmsilçiləri idi. Yarımfinalda yerli güləşçiylə qarşılaşma uğurlu keçmədi. Ona qalib gəlsəydim, Avropa çempionu ola bilərdim. Qismət. Növbəti yarışlara hazırlaşacam. Həmin görüşdə nə çatmadı? 3:0 öndə idim. Bir az arxayınlıq oldu. İkinci hissədə tribunaların səs-küyü məni “tutdu”. Uduzmağımın əsas səbəbi budu. Gələcəkdə məşqçilər hansı yarışda şans versə, əlimdən gələni edəcəm. Bu gün Hacı Əliyev ümumilikdə AÇ-nin ən yaxşı güləşini nümayiş etdirdi. Fikrimcə, dünyada ona əsas rəqib məhz bu yarışın finalında qalib gəldiyi güləşçidi. Dünya çempionatında da Hacıya uğurlar arzulayıram. Daha öncə iki dəfə Avropa çempionu olduğumdan bu nəticə məni o qədər də qane etmədi”.
Zaur Uquyev: “Son saniyədə uduzduğum üçün çox pisəm. Hələ də özümə gəlməmişəm. Final mənim üçün gözlənilməz keçdi. Hardasa arxayınlaşdım, konsentrasiyanı itirdim və nəticədə Azərbaycan güləşçisi son saniyədə 4 xal qazandı. Ötən il də Edişeraşviliyə məğlub olmuşdum. Ancaq onda zədə problemi vardı. Bu dəfə isə belə bəhanə yox idi. Yeganə problem yeni qaydalara əsasən ardıcıl 2 gün eyni çəkidə qalmaq idi. Ən yüngül çəkidə çıxış edən güləşçi üçün 4-5 kq “yandırmaq” çox ağırdı”.
Aslan Ağayev: “İlin əvvəlindən AÇ-nin hazırlığına başlamışdıq. Bir neçə beynəlxalq turnirdə də qüvvəmizi sınamışdıq. Bir dəst medal qazanacağımızı proqnozlaşdırmışdıq. Şükürlər olsun, 5 medal qazandıq. Güləşçilərimizin çıxışından çox razıyam. Daha yüksək nəticə də göstərə bilərdik. Müəyyən səhvlər oldu. Dünya çempionatına kimi həmin səhvləri aradan qaldırmağa çalışacağıq. Mundialda ən azı 1 dəst medal qazansaq, bu, uğurlu nəticə sayılar. Baş məşqçi kimi sevinirəm ki, ilk dəfə AÇ-də 5 medal qazandıq. Alyona Kolesniklə Tatyana Omelçenko finala çıxa bilərdi. Elmira Qəmbərova isə fiziki hazırlığının yetərli olmaması üzündən medalsız qaldı. Təşkilatçılıq ən yüksək səviyyədə idi. Hakimlərin idarəçiliyinə gəlincə, səhvlər ola bilər. Gərək idmançı hakimin onu uduzdurmasına şərait yaratmasın. Qadın güləşində idmançılarımız çox azdı. Maksimum 25-30 qadın güləşçimiz var. Özü də gənclər və yeniyetmələrlə birgə. Hesab edirəm ki, bu çox azdı. Bu uğurumuzun mətbuatda işıqlandırılması reklam effekti verə bilər. Belədə valideynlər qızlarını bu idman növünə gətirər. Mentallığı bəhanə etmək olmaz. Ona qalsa, Türkiyə də müsəlman ölkəsidi. Amma qadın güləşində çox güclüdülər. Onsuz da qadın qadınla güləşir. Bu üzdən mentallığın problem olduğunu düşünmürəm. Sadəcə, valideynlər qızlara qarşı mühafizəkar yanaşır, ora olmaz, bura olmaz və s. Ancaq burda elə də qorxulu bir şey yoxdu. Mariya Stadnik bir daha göstərdi ki, dünyanın ən güclü güləşçilərindən biridi. Onu qorumalı, yarışlara tam hazır vəziyyətdə çıxartmalıyıq ki, uğurları ilə bizi daim sevindirsin”.
<a href="http://raconos.ugu.pl/hemejim/make-bootable-pen-drive-from-iso-file.h
tml#">make bootable pen drive from iso file</a> sanctum first person shooter tower defense hybridization windows sp3 xp vista final lite download
<a href="http://statmiscci.ugu.pl/doryp/lotr-battle-for-middle-earth-1-serial-
key.html#">lotr battle for middle earth 1 serial key</a> movavi video converter v8.0 full activation key x tended terran conflict 1.2 full setup download

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar