06 may 22:35idman

Səmədova praktika azlığına görə narahat deyil

Səmədova praktika azlığına görə narahat deyil
Qadınlardan ibarət voleybol yığmamızın Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçdiyini bilirsiz. Baş məşqçi Faiq Qarayev bir neçə təcrübəli voleybolçuya – Valeriya Məmmədova, Yana Kulan, Natalya Məmmədova və Polina Rəhimovaya istirahət verib. Çox güman, onlar Qızıl Avropa Liqasında çıxış etməyəcək. Belədə hücumda əsas yük Odina Bayramovayla Yelizaveta Səmədovanın üzərinə düşəcək. Hərçənd geridə qalan mövsümdə “Skandiççi”nin heyətində cəmi 1 oyuna çıxan Səmədovanın milliyə nə dərəcədə fayda verəcəyini söyləmək çətindi. Yelizaveta oyun praktikasından əziyyət çəkir. Ancaq Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən hücumçu narahatlıq üçün əsas görmür: “Bakıdakı təlim-məşq toplanışı uzun çəkdi. Baş məşqçi bəzi oyunçulara mövsümdən sonra istirahət vermişdi, bəziləri isə ümumiyyətlə, Bakıya gəlməmişdi. Artıq Sloveniyaya yollanmışıq. Hazırlığın əsas mərhələsi də burda başlayır. İtaliyada, A seriyasında həqiqətən də meydanda az vaxt keçirdim. Amma bunun oyun formamı itirməyimə səbəb olduğunu düşünmürəm. Onsuz da millinin toplanışında intensiv məşqlər keçiriləcək. Hər oyunçu, o cümlədən mən hazırlıq prosesində nəyin üzərində xüsusi çalışmalı olduğumuzu bilirik. Qızıl Avropa Liqasında hədəflərimiz yüksəkdi. Yalnız çempionluq uğrunda mübarizə aparacağıq”.
***
Rüstəm İmanzadə üçüncü dəfə əməliyyat olunacaq
“Ayağımda əzələ kütləni artırsaq, yeriməyim üçün əngəl qalmayacaq”

2014-cü il ağır atletikamız üçün ağır keçdi. Dopinq qalmaqalları, baş məşqçi dəyişikliyi, mətbuatın sərt təzyiqi, sonradan olimpiya çempionu olan Nicat Rəhimovun ölkəni tərk etməsi və s. Bütün bunlar azmış kimi, ilin sonunda üzücü olay yaşandı. Cənubi Kiprdə keçirilən Avropa çempionatında Rüstəm İmanzadə ağır zədə aldı. Əslində hər şey qaydasında gedirdi. 62 kq-da çıxış edən “Zirvə”nin yetirməsi birdənqaldırmada 122 kq-ın öhdəsindən gəldi. Təkanlaqaldırmayla ilk cəhdində 143 kq-ı ram edən atlet ikinci yanaşmasında 148-i sifariş verdi. Ancaq ağırlığı qaldırarkən sağ qolu arxaya getdi və müvazinətini itirdi. Nəticədə ağırlıq əlindən çıxdı və belinin üstünə düşdü. Bu isə onun ayaqlarını iflic etdi.
Böyük perspektiv vəd edən idmançı 3 ildən çoxdu müalicə olunur. Rüstəm ən son Qazaxıstanda bərpa kursu keçib. Son durumu öyrənmək üçün özü ilə əlaqə saxladıq: “Mayın 15-də Vyanaya yollanacam. İki gün sonra əməliyyat olunacam. Bu, orda ikinci əməliyyatım olacaq. Ümumilikdə isə 3-cü dəfə cərrah masasına uzanacam. İlk dəfə isə elə Cənubi Kiprdə - yarışda zədələndikdən sonra əməliyyat olunmuşdum. Bu yaxınlarda Qazaxıstandan qayıtmışam. Orda 3 ay qaldım. Bütün xərclərimi Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov ödəyib. Uşaqlıqdan dost olduğum, olimpiya çempionu Nicat Rəhimovun da köməyi çox oldu. Ordakı həkimlərlə məni Nicat tanış etdi. Reabilitasiya xərclərim pulsuz idi. Yalnız qalma xərclərimi Tofiq müəllim qarşıladı. İcarəyə ev tutulmuşdu. Orda fizioterapiya və masajdan istifadə edirdim. Həmçinin fitnes klubunda çalışırdım. Trenajor alətləriylə işləyirdim. Mütəxəssislər mənimlə fərdi qaydada məşğul olurdu. Əsas məqsəd ayağımda əzələ kütləsini artırmaqdı. Çünki yeriməyimə əngəl olan məhz ayaqda əzələ kütləsinin azlığıdı. Bu kütləni artırsaq, demək olar ki, yeriməyim üçün əngəl qalmayacaq. Qidalanmağımla bağlı heç bir problem yoxdu. Hər şey əladı. Avstriyadakı əməliyyatda orqanizmimə kök hüceyrə köçürüləcək. Bundan sonra sağalmaq ehtimalım 90 faiz artacaq. Ölkəmizdə də bərpa prosesi keçirəm. “AAAF Park”dakı fitnes zalında velosiped sürürəm, müxtəlif trenajor alətlərində ayağımı işlədirəm. Artıq demək olar ki, ağrılar geridə qalıb. Vyanada əməliyyatdan sonra maksimum bir həftə qalacam. 10 gün ərzində heç nə etməyəcəm. Bundan sonra yenidən müalicə prosesi, reablitasiya başlayacaq. 4-cü əməliyyata ehtiyac olub-olmadığını zaman göstərəcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar