06 may 22:34idman

Növbəti mövsümdən U-17 də çempionatda oynayacaq

Növbəti mövsümdən U-17 də çempionatda oynayacaq
Yığma sentyabrda DÇ-nin seçmə mərhələsinə qatılacaq
Həndbol üzrə 2017/18 mövsümünə yekun vuruldu. Saleh Məmmədovun federasiya prezidenti seçilməsiylə dirçəliş dövrü yaşandığı dəqiqdi. Elə birinciliyin gedişi də nikbinliyə əsas verdi. Xüsusən də qadınların yarışı gərgin mübarizə şəraitində keçdi. Ötən mövsüm “Nur” çempion olmuşdu. Bu dəfə Mingəçevir təmsilçisi bürünc medalla kifayətləndi. Çempionluq mübarizəsi isə sonadək ABU-nun xələfi “Azəryol” və “Azərsu” arasında getdi. Yalnız son turda “Azərsu” ilk çempionluğunu bayram etdi. Kişilərin yarışında isə “Məhsul”a penalti seriyasında qalib gələn “Bakı” kuboku qazandı. Həm çempionatlar, həm də həndbolumuzla bağlı digər məsələlərlə bağlı AHF-nin idman direktoru İsgəndər Əsgərovla danışdıq: “İlk dəfə belə çempionat keçirdik. Bizdə heç vaxt oyunçulara lisenziya verilməmişdi. Sənədləşmə prosesi və başqa məsələlər Avropa və dünya standartlarına uyğun baş tutdu. Yeniliklərdən biri də hər oyundan əvvəl diktorun həndbolçuları təqdim etməsi və dövlət himninin səsləndirilməsiydi. Qadınların çempionatı 20 tur davam etdi. Ümumilikdə 84 oyun baş tutdu ki, bunların da 10-u Mingəçevirdə keçirildi. Həmişə 4 günə birinci, 4 günə də ikinci dövrəni keçirib, çempionatı başa vururduq. İlk dəfə belə uzunmüddətli birincilik keçirdik. İlk olduğundan çətin idi. Ötən ilin finalını cəmi 17 azarkeş izləmişdi (gülür). Amma bu il kişilərin həlledici qarşılaşmasını 200-250 nəfər izləyirdi. Əslində istəsəydik, idarələrdən insanları dəvət etməklə süni şəkildə tamaşaçıları artıra bilərdik. Amma buna getmədik. Mətbuatda da çempionatımız yetərincə işıqlandırıldı. Hətta Rusiya, Gürcüstan, Belarus və Ukrayna KİV-i də birinciliyimizdən yazdı. Kişilərin və qadınların çempionatını fərqli sistemlə keçirdik. Qadınlarda 4 dövrədən sonra toplanan xallara əsasən medalçılar müəyyənləşdi. Kişilərdə isə 3 dövrədən sonra pley-off sistemi üzrə oyunlar keçirildi. Buna səbəb iştirakçıların sayının azlığıydı. Ümumilikdə çempionatlarımızda təxminən 300 həndbolçu çıxış etdi ki, onların da 50-yə yaxını legioner idi. İndiki zamanda əcnəbilərin burda oynaması qanunauyğundu. Çünki ölkədə həndbolçu yetişdirən cəmi iki məktəb var. Bunlar Nəsimi və Nizamidə yerləşən məktəblərdi. Federasiya uşaq məşqçilərinə pul verir ki, yeniyetmələr arasında seleksiya aparıb, həndbolçu yetişdirsinlər. Vaxtilə minlərlə uşaq bu idman növüylə məşğul olurdu. Ancaq indi yeniyetmələrin sayı çox azdı. Bir-iki ildən sonra legioner limiti tətbiq edə bilərik. Təbii, hər şey plan üzrə getsə. Həndbolun diqqətdən kənarda qaldığı dövrdə itkilərimiz çox oldu. Çempionatımızda 35 yaşdan yuxarı veteranlar və 15 yaşlı yeniyetmələr çıxış edir. Orta nəsil, demək olar ki, yoxdu. Bu üzdən legionerləri dəvət etməli olduq. İlkin mərhələni çətin də olsa, geridə qoyduq. Yeni rəhbərlik çox gözəl işləyir. Növbəti mövsümdən həm kişilərin, həm də qadınların çempionatında U-17 yığmalarımız iştirak edəcək. Yeni mövsümlə bağlı menecerlər, məşqçilər və klub rəhbərləriylə oturub, legioner limitini müzakirə edəcəyik. Məncə, hələ buna ehtiyac yoxdu. Artıq Mingəçevirdə yerli yeniyetmələrlə iş başlayıb. Sadəcə, bir neçə il lazımdı ki, həndbolçularımız yetişsin. Hələ ki “Nur”un heyəti tam legionerlərdən qurulub”.
Təbii ki, klubların çıxışından danışırıqsa, hamı üçün maraqlı mövzu olan avrokuboklara toxunmalıyıq. Əsgərov növbəti mövsüm hansı yarışlarda təmsil olunacağımıza belə aydınlıq gətirdi: “Avropa Həndbol Federasiyası (EHF) bizə 4 yer verir. Hələ çempionatımızın reytinqi aşağı olduğundan Çempionlar Liqasında iştirak edə bilmərik. Ancaq digər kuboklarda 4 komanda ilə təmsil olunmaq hüququna malikik. Yəni ikisi CEV, ikisi “Çağırış” kubokunda oynaya bilər. Ancaq real durumu nəzərə alsaq, böyük ehtimalla, növbəti mövsüm 2 qadın, 1 kişi komandamız avrokuboklarda mübarizə aparacaq. “Azərsu” CEV, “Azəryol” “Çağırış” kubokunda çıxış edəcək. “Bakı” da CEV kubokunda iştirak edə bilər. Çempion avrokuboka qatılmaqdan imtina etsə, vitse-çempion beynəlxalq arenaya çıxacaq. Ancaq “Məhsul” “Çağırış” kubokunda iştirak edə bilər. Çünki reytinqimizə əsasən yalnız çempionlarımız CEV kubokunda oynamaq hüququna malikdi. Onu da nəzərinizə çatdırım ki, növbəti mövsümdən CEV kuboku futboldakı kimi Avroliqa adlanacaq. “Çağırış” kuboku isə olduğu kimi qalacaq”.
İsgəndər bəylə yığmalar haqda da danışdı: “Bildiyiniz kimi, gələn il ölkəmizdə Avropa Olimpiya Gənclər Festivalı keçiriləcək. Bu yarışda 17 yaşadək həndbolçularımız da iştirak edəcək. Qızlar hazırlıq məqsədiylə Bosniya və Hersoqovinada keçiriləcək “Çelenc Trofi” turnirinə qatılacaq. İyulda isə İsveçdə keçiriləcək “European Open” yarışında iştirak edəcəklər. Bu turnirdə ilk 7 yeri tutan komanda Bakıdakı festivala vəsiqə qazanacaq. Millimiz ev sahibi kimi festivalın iştirakçısıdı. Ancaq İsveçə rəqibləri tanımaq üçün yollanacaq. Oğlanlardan ibarət U-17 komandamız isə iyunda Rusiyada keçiriləcək beynəlxalq yarışda qüvvəsini sınayacaq. Əsas yığmalara gəlincə, artıq qadınların sentyabrda start götürəcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcəyi dəqiqdi. Qrupun püşkatması 1 ay sonra keçiriləcək. Kişilərimiz isə zəif komandaların qatıldığı “Emerging Nations Championship”də iştirak edəcək. Həmin yarışda ilk 3 yeri tutanlar Avropa çempionatının təsnifat yarışına vəsiqə qazanacaq. Məsələn, ötən il Farer adaları, Türkiyə və Kosovo bu turnirdə ilk “3-lük”də yer aldı”.
Xəbər verdiyimiz kimi, hakimlərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev qadınlar arasında “Çağırış” kubokunun final seriyasının ikinci – həlledici oyununda ədaləti qoruyacaq. Söhbət Polşanın Lyublin şəhərində baş tutacaq yerli “MKS Perla” ilə İspaniya “Rokasa”sının duelindən gedir. Federasiya rəsmisi bu təyinatı böyük uğur kimi qiymətləndirdi: “Həndbol tariximizdə ilk dəfə belə hadisə yaşanacaq. Mən maksimum avrokubokların yarımfinalına təyinat almışam. Ancaq yetirmələrim finalı idarə edəcək. Bu həm həndbolumuza, həm də ölkəmizə başucalığı gətirir. Ancaq onlar Avropa dərəcəli hakimlər olduğundan yalnız qitəmiqyaslı yarışlarda fit çala bilər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:06 İdmanımızı böhrandan necə xilas edək? Bu gün, 14:04 Rapiddə alınmadı, blitsə bel bağlayır Bu gün, 13:45 Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək Bu gün, 13:44 “Keşlə”ni Nyonda “Neftçi” rəsmisi təmsil edib Bu gün, 13:43 Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu Bu gün, 13:42 “Neftçi” vətəni tərk etdi Bu gün, 13:40 Amil Yunanov “Keşlə”ni Avroliqaya görə seçib Bu gün, 13:36 İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı Bu gün, 13:35 PFL yeni mövsümün start tarixini açıqladı Bu gün, 13:32 Şeydayev gələn həftə “Mattersburq”a qoşulacaq Bu gün, 13:30 “Qarabağ”ın güclü qapıçıya ehtiyacı var Bu gün, 13:29 “Olimpiya” ilə oyunların başlama saatı açıqlandı Bu gün, 13:27 "Sumqayıt"ın yay hazırlıq planı açıqlandı Bu gün, 13:26 "Keşlə" Sohnanı saxladı Bu gün, 13:24 Transfer dosyesi Bu gün, 13:22 VAR-ın müsbət və mənfi yönləri Bu gün, 13:19 "Səbail"də makedoniyalı məşqçi Bu gün, 13:16 Orxan Aydın istirahəti yığmadan üstün tutub Bu gün, 13:15 Səbinə Mikina DÇ-də iştirak edəcək Bu gün, 13:14 Rauf Məmmədov ukraynalı şahmatçıyla nişanlandı Bu gün, 13:13 Millimizdən inamlı start Bu gün, 13:11 Billiat qərarını verdi Bu gün, 13:10 “Kapital Bank Arena”da hədiyyə payladılar Bu gün, 13:06 Argentina “Çaynataun”a yığışanları üzdü Bu gün, 13:03 BOS-da DÇ-nin yalnız bir oyunu göstərilib Bu gün, 13:01 Bakı Futbol Liqasından əla fürsət! Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu Bütün xəbərlər
Ən çox oxunanlar