06 may 14:20idman

İki güləşçimiz AÇ-nin finalında

İki güləşçimiz AÇ-nin finalında
Qadınlar rekorda imza atdı
Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Artıq qadınların yarışına da yekun vurulub. Dünən yığmamızın son iki üzvü həlledici görüşə çıxıb. Alyona Kolesnik (57 kq) belaruslu Zalina Sidakovanı cəmi 36 saniyəyə “tuşe” ilə məğlub edərək bürünc medal qazanıb. Ancaq Elis Manolova (65 kq) finalda finlandiyalı Petra Olliyə 1:3 hesabıyla uduzmaqla “gümüş”lə kifayətlənib. Beləliklə, Aslan Ağayevin baş məşqçi olduğu komandanın qitə birinciliyində qazancı 1 “qızıl”, 1 “gümüş” və 3 “bürünc” olub. Bununla da yığmamız medalların sayına görə rekorda imza atdı. Belə ki, indiyədək qadınlarımız AÇ-də ən yaxşı halda 4 medal (2011-də Almaniyanın Dortmund şəhərində) qazanmışdı.
Yeri gəlmişkən, Kolesnik “bürünc” əldə etdikdən sonra Güləş Federasiyasının saytına açıqlama verib: “Bu, mənim üçün çox vacib yarış idi. Hər il Avropa çempionatında daha yaxşı nəticə qazanmağa çalışıram. Əslində finala çıxmaq istəyirdim, ancaq alınmadı. Bütün rəqiblər güclü idi. Dünən yarımfinalda uduzanda ağlamışdım. Bu gün isə gülürəm. Dünya çempionatında daha yaxşı çıxış etməyə çalışacam. Mənə güvənən məşqçilərə təşəkkürümü bildirirəm”.
Dünən həm də sərbəst güləşçilərin mübarizəsinə start verilib. Georgi Edişeraşvili (57 kq) bolqar Mikyay Salim Naim və erməni Miqran Jaburyanı 10:0 hesabıyla darmadağın etdikdən sonra yarımfinalda belaruslu Vladislav Andreyevi (4:1) də devirərək adını finala yazdırıb. Edişeraşvili titulunu qorumaq üçün bu gün rusiyalı Zavur Uguyevi üstələməlidi. Hacı Əliyev (65 kq) avstriyalı Qabriel Yanatşı 49 saniyəyə (10:0) sıradan çıxardıqdan sonra türk Səlahəddin Kılıçsallayanla (9:2) sloveniyalı Davit Habata (3:0) da eyni aqibəti yaşadıb. Dünya çempionumuz bu gün finalda yerli İlyas Bekbulatovla münasibətləri aydınlaşdıracaq. Murtuz Müslümov (70 kq) almaniyalı Aleksandr Semisorov (9:8) və bolqar Miroslav Kirova (7:2) qalib gəlsə də, yarımfinalda polşalı Maqomedmurad Hacıyevə (2:3) uduzub. Cəbrayıl Həsənov (79 kq) yarımfinaladək ukraynalı Rüstəm Dudayevlə (8:3) erməni Varujyan Kajoyana (6:1) heç bir şans tanımayıb. Finalın biraddımlığında yerli Axmed Qazimaqomedovla bacarmayıb. Əslində Həsənov qələbəyə yaxın olub. İlk hissəni 3:0 öndə bitirən pəhləvan ikinci yarıda üstünlüyü əldən verib – 4:6. Mübarizəyə 1/4 finaldan başlayan Nurməhəmməd Hacıyev (97 kq) debütdə ermənistanlı Georgi Ketoyevi (3:0) mübarizədən kənarlaşdırıb. Hacıyev finala çıxmağa çox yaxın olub. Belaruslu Aleksandr Quştinlə görüşdə 7:0 öndə olan Nurməhəmməd rəqibin əzmkar mübarizəsi qarşısında aciz qalıb – 7:7. Son xalı rəqib qazandığından təmsilçimiz finala çıxa bilməyib. Yarımfinalda məğlub olan yığma üzvləri bu gün “bürünc” uğrunda güləşəcək.
SƏRXAN
<a href="http://tarsaport.ugu.pl/zavykex/barrons-how-to-prepare-for-the-toefl-
ibt-12th-edition-pdf.html#">barrons how to prepare for the toefl ibt 12th edition pdf</a> xilisoft 3d video converter with crack personal finance software freeware
<a href="http://siezazce.ugu.pl/samad/warcraft-iii-frozen-throne-full-free-dow
nload.html#">warcraft iii frozen throne full free download</a> youtube video downloader app for apple windows 7 diamond free download

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar