05 may 00:08idman

Faiq Qarayev millini Sloveniyaya apardı

Faiq Qarayev millini Sloveniyaya apardı
Ayşən Abduləzimova zədəsini sağaldıb
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasına hazırlığı davam etdirir. Aprelin 15-dən baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Dərnəgül Voleybol Mərkəzində gündə iki dəfə məşq edən yığmamız dünən Sloveniyaya yollanıb. Mariborda baş tutacaq təlim-məşq toplanışı mayın 16-dək davam edəcək. Hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır. Rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya var. Təcrübəli mütəxəssisin Maribora apardığı “14-lük” belədi:
toppaylayıcılar - Şəfaqət Alışanova, Yana Əzimova; blokçular - Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Alyona Həsənova; hücumçular - Odina Bayramova, Yelizaveta Səmədova, Yekaterina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova; liberolar - Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.
Qeyd edək ki, Avroliqa mayın 19-da start götürəcək. Yığmamız A qrupunda Portuqaliya, Bolqarıstan və Ukrayna ilə münasibətləri aydınlaşdıracaq.
Bu arada millinin sabiq kapitanı və toppaylayıcısı Oksana Kurt Voleybol Federasiyasının mətbuat xidmətinə müsahibə verib. Hazırda yığmanın meneceri kimi fəaliyyət göstərən veteran voleybolçu əsas komanda, milli üzvləri və çempionat haqda sualları cavablayıb.
- Son ölkə çempionatını necə dəyərləndirirsən?
- Hamımız üçün kifayət qədər asan keçməyən mövsüm oldu. Avropa çempionatında üzücü, eyni zamanda fəxri 4-cü yeri tutduq. Əlbəttə, medal da qazana bilərdik. Lakin görünür, nəsə çatmadı. Ölkə çempionatına gec başladıq. Amma yarışı yüksək səviyyədə keçirdik. Superliqada əsas müsbət məqam o idi ki, yarışda əsasən gənc oyunçular iştirak etdi. Onlar üçün təcrübə toplamaq və böyüklərə yaxınlaşmaq baxımından yaxşı şans idi.
- Gənclərdən kim müsbət mənada səni təəccübləndirdi?
- Kimisə fərqləndirmək istəməzdim. Bütün oyunçular çox çalışırdı. Tam gənc oyunçulardan ibarət olan “Lokomotiv”in üzvləri də çalışqanlıq nümayiş etdirdilər. Çempionatda sonuncu yeri tutsalar da, onlara “afərin” düşür. Onlar oyun təcrübəsi qazandılar.
- Ölkə xaricində legioner həyatı yaşayan yığma üzvlərinin çıxışı haqda nə deyə bilərsən?
- Daim ölkə xaricində çıxış edən oyunçularımızı diqqət mərkəzində saxlayır, matçlarını izləyirdik. Onların çıxış etdikləri komandalar böyük uğur əldə etməsələr də, voleybolçularımızın hər biri ayrı-ayrılıqda yaxşı oynadılar.
- Zədəli voleybolçularımızın son durumu necədi?
- Təəssüf ki, komandamız uzun müddətdi zədədən əziyyət çəkir. Hazırda Ayşən Abduləzimova əməliyyatdan sonra, demək olar ki, tam bərpa olunub. O hətta əsas komanda ilə toplanışa yollanacaq və məşqlərə orda başlayacaq. Kristina Yaqubova da qrafik üzrə bərpa olunur. Lakin fikrimcə, Qızıl Avropa Liqasına qədər tam hazır vəziyyətə gələ bilməyəcək. Çünki çox vaxt itirib. Oksana Kiselyova isə hələ ayyarım bərpa prosesi keçməlidi.
- Karyeranı bitirdikdən sonra yığmada toppaylayıcı mövqeyində problem yaranıb. Kimi özünə layiqli davamçı sayırsan?
- Bütün qızlar bu mövqe üçün çox çalışır. Təəssüf ki, bəzən zədələr maksimuma nail olmağa mane olur. Amma yenə də ümid edək ki, ilin əsas turnirinə – dünya çempionatına zədələrsiz yollana biləcəyik.
- Avropa Liqasında gənclərlə təcrübəlilərin sintezi olacaq, yoxsa əsas heyət oynayacaq?
- Baş məşqçi Faiq Qarayev hələ heyəti açıqlamayıb. Ancaq Sloveniya toplanışına yollanan heyətə əsasən, demək olar ki, nisbətən yaşlı oyunçulara bərpa üçün çox vaxt veriləcək. Lakin onların həlledici görüşlərdə komandaya qoşulacaqlarını istisna etmirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar