03 may 23:26idman

Cüdo yığmamızı əcnəbilərdən xilas etmək lazımdı

Cüdo yığmamızı əcnəbilərdən xilas etmək lazımdı
Rüstəm Orucov nəyi gözləyir?
Ötən həftə cüdo ictimaiyyətinin diqqəti Təl-Əvivə yönəlmişdi. İsrailin paytaxtında keçirilən Avropa çempionatında yığmamızdan uğurlu çıxış gözləyirdik. Zarafat deyil, millinin heyətində 16 (9 kişi, 7 qadın) idmançı var idi. Bunların üçdəbirinin nəticə verməsi bəs edərdi. Amma türklər demişkən, umduğumuzu bulmadıq. Halbuki komandamız heyətinin genişliyinə görə yalnız Fransa, Rusiya və İsraildən geri qalırdı. Bəs coğrafi cəhətdən Asiyada yerləşən ölkədə nə baş verdi? Niyə yeni rəhbərliyin dövründə parlaq çıxış edən cüdoçularımızın budəfəki çıxışı əvvəlki uğurların kölgəsində qaldı?
Bağırovun uğursuz debütü
Ötən il Natiq Bağırov böyük ümidlərlə qadınlardan ibarət komandanın başına gətirildi. Düşünürdük ki, Belarus yığmasında topladığı təcrübəylə zərif cinsin nümayəndələrinə təkan olar. Amma hələ ki işıq ucu görünmür. Düzdü, indidən mütəxəssisi asıb-kəsmək doğru deyil. Lakin komanda Təl-Əvivdə elə rüsvayçı çıxış etdi ki, baş məşqçiyə bəraət yeri qalmadı. Belə çıxır ki, son 6 ayda qadınlarımız vaxtını boşa verib. Nə fiziki, nə psixoloji, nə də taktiki-texniki hazırlıq qaydasındadı. Axı, necə ola bilər ki, 7 cüdoçudan 6-sı elə ilk görüşdə uduzsun? Onsuz da Leyla Əliyeva, Bazarraqçaa Erdenebat (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorloo Munxtsedev və Ülviyyə Rəhimlidən (hər ikisi 57 kq) medal gözləmirdik. Ancaq belə də yox da. Belə biabırçılıqdansa, yalnız kişilərlə AÇ-də təmsil olunmaq daha yaxşıydı. Guya Təl-Əvivdə nə qazandılar ki? Təcrübə? İlk görüşdə uduzmaqla təcrübə qazanmırlar, atam balası.
Elə bilməyin ki, İrina Kindzerskanı (+78 kq) unutdum. Qətiyyən. Qadınların yarışında bütün ümidlər ukraynalı legionerə idi. O da sağ olsun, “üzümüzü ağ etdi”. Ötən il dünya çempionu ol, amma AÇ-də cəmi 1 qələbədən sonra “ağ bayraq qaldır”. Uduzduğu rəqiblər “div” olsa, adamı yandırmaz. Nə ukraynalı Yelizaveta Kalanina, nə də xorvat İvana Maraniç adlı-sanlı cüdoçuydu. Yəni İrina da uğursuzluğa bəhanə gətirə bilməz. Bir sözlə, Bağırovun yığmamızın başındakı ilk AÇ-si fiaskoyla nəticələndi.
Maşurenko da ondan geri qalmır
Təkcə Natiq bəyə yüklənmək fikrimiz yoxdu. Guya Ruslan Maşurenkonun rəhbərlik etdiyi kişilərdən ibarət yığma dağı dağ üstünə qoydu? 9 idmançıdan yalnız ikisi fərqlənibsə, İsraildə himnimiz səslənməyibsə, hansı uğurdan danış olmaq olar? 1993-cü ildə, müharibə şəraitində, ölkədə idmana ayırmağa pulun tapılmadığı vaxtda cüdoçularımız analoji yarışda 1 qızıl, 1 gümüş medal qazanmışdı. Son illərdəki nəticələri isə son göstərici ilə müqayisə etmək belə gülüncdü. Deyək ki, Orxan Səfərov çəkisini dəyişib (66 kq) deyə medalsız qaldı. Bəs ötən il Polşanın paytaxtı Varşavada keçirilən AÇ-də fəxri kürsüdə yer alan Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (100 kq) niyə medala yaxın düşmədi? Yığmanın aparıcı üzvləri heç ilk “5-liy”ə də düşmədi. Vüqar Şirinli (60 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) bizi müsbət mənada təəccübləndirmədi. Ukraynalı mütəxəssis yatıb-durub, gənclərə dua etsin. Hidayət Heydərov (73 kq) gümüş, böyüklər arasında AÇ-də debüt edən Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanmaqla çalışdırıcının çulunu sudan çıxartdı.
Rüstəm Orucov vaxt itirir
Ötən il Hidayət Avropa çempionu olanda bunu təsadüfi uğur kimi qarşılayanlar zaman ötdükcə yanıldıqlarının fərqinə vardılar. 2017-də Rüstəm yalnız dünya çempionatında “gümüş”ü boynundan asmaqla Heydərovdan daha yaxşı nəticə göstərdi. Qalan yarışlarda ya hər ikisi eyni vaxtda “bürünc”ə sevindi, ya da Hidayət daha təcrübəli komanda yoldaşından yuxarı pillədə qərarlaşdı. Üstəlik, şəxsi görüşlərdə də 20 yaşlı cüdoçu Orucova qalib gəldi. Artıq neçə dəfə Rüstəmin çəkisini 81 kq-a qaldırması müzakirə olunub. 26 yaşlı cüdoçu isə bu addımı sanki gənc həmkarına təslim olmaq saydığından, prinsipiallıq göstərir. Halbuki vaxtında yuxarı kateqoriyaya keçsə, həmin çəkiyə uyğunlaşıb, Olimpiadaya lisenziya qazana bilər. Düzdü, hazırda dünya reytinqində komanda yoldaşından öndədi. Ancaq başverənlər göstərir ki, çəkisini dəyişməsə, Rüstəm üçün ip də əldən çıxacaq, it də. Çünki Heydərovun belə yüksəlişi fonunda məşqçilər korpusunun onu qoyub, Olimpiadaya Orucovu aparacağı inandırıcı görünmür. Qısası, zaman Rüstəmin əleyhinə işləyir. Çox keçmədən kateqoriya məsələsini bir daha düşünüb, yekun qərara gəlməlidi. Əks halda gec olacaq.
“Day-day”lı monqollar
Bir neçə il əvvəl Ağayar Axundzadəyə belə sual vermişdim: “Başqa növlərdə legionerlərdən istifadə olunur, bəlkə siz də uğur qazanmaq üçün yığmaya əcnəbi idmançı gətirəsiz”. O zaman təcrübəli mütəxəssis suala sualla cavab vermişdi: “Bu əcnəbilər bizə nə verir axı?”
O zaman Cüdo Federasiyası (ACF) fərqli strategiya üzrə hərəkət edir, başqa federasiyaların asan yoluyla getmirdi. Cəmi bir legioner (Kokauri) var idi, vəssalam. Amma indi beynəlmiləl yığmamız var. Gürcü, ukraynalı, monqol... Necə deyərlər, yığma xalqlar dostluğunun rəmzidi. Xüsusən monqollara münasibətdə bu qədər səbr göstərilməsini anlamaq mümkün deyil. Görəsən, onların hamisi kimdi? Çünki hələ də ölkəmizə 1 medal belə qazandırmayan əcnəbilərin millidə qalmasına izah tapa bilmirik. Bunu ACF-yə irad tutanda da bu qızların gənc olduğunu və zamanla özlərini göstərəcəklərini deyirlər. Başa düşmürəm, yığma xeyriyyə fondudu, yoxsa təcrübə qazandırma mərkəzi? Legioner bizimkiləri bir baş üstələmirsə, cüdoçularımız onları üstələyirsə, onda belə əcnəbi kimə lazımdı? Vüsalə Kərimova kimi böyük perspektiv vəd edən gəncləri indidən belə yarışlarda bərkə-boşa salmaq daha faydalıdı. Bu federasiyaların legioner sevdasını başa düşsəm, başqa dərdim olmaz...
Fərhad Əliyevi yerinə qaytarın!
Maşurenko yığmaya baş məşqçi təyin olunanda ACF-ni tənqid etmişdik. Çünki dəyişikliyə heç bir əsas yox idi. Fərhad Əliyev millidə gül kimi çalışırdı. Nəticələr də ürəkaçan idi. Elə təkcə onun rəhbərliyi altında ötən il AÇ-də 2 qızıl, 3 bürünc medal qazandığımızı xatırlasaq, bəs edər. Beynəlxalq Cüdo Federasiyasının (İJF) tövsiyəsinə (!!!) uyaraq, ukraynalını yığmanın başına gətirmək ən yaxşı halda qeyri-peşəkarlıqdı. Deyilənə görə, Ruslan Aleksandroviç fiziki hazırlığa daha çox önəm verir. Allah bilir, AÇ ərəfəsində cüdoçuları necə ağır məşqlərlə yükləyibsə, İsraildə yorğunluğun qurbanı olublar. Əslində belə olsa, təəccüblənmərik də. Hələ ötən il bu təyinat gerçəkləşəndə yazmışdıq ki, Maşurenko məşqçi kimi heç yerdə uğur qazanmayıb və bu addım böyük riskdi. Heyf, haqlı çıxdıq.
Sentyabrda Bakıda dünya çempionatı keçiriləcək. Mundiala Maşurenkoyla yollanmaq özünəqəsd effekti verə bilər. Məsul yarışa 5 aydan da az qalıb. İndidən yığmanı yenidən Əliyevin sərəncamına vermək lazımdı. Əks halda ölkəmizdəki turnirdə uğursuzluq yaşansa, buna görə məsuliyyəti təkcə Maşurenko yox, həm də ACF daşıyacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar