03 may 23:24idman

Eldəniz Əzizli ilk dəfə Avropa çempionu oldu

Eldəniz Əzizli ilk dəfə Avropa çempionu oldu
Rəsul Çunayev: “Bir-iki ay əvvəl karyeramı bitirmək istəyirdim”
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Artıq yunan-Roma güləşində mübarizə başa çatıb. Ötən sayımızda Eldəniz Əzizlinin (55 kq) finala yüksəldiyini xəbər vermişdik. Həmyerlimiz həlledici görüşdə eston Helari Maeqissaluya (9:0) heç bir şans vermədən ilk dəfə Avropa çempionu olub. Elvin Mürsəliyev (77 kq) gürcü Tornike Camaşvilini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb. Ancaq yarımfinalda haqsızlıqla üzləşən İslam Abbasov (87 kq) fəxri kürsüdən kənarda qalıb. Həmyerlimiz ötən il dünya çempionatının 1/4 finalında uduzduğu alman Denis Kudlaya yenə məğlub olub – 1:3.
Son iki gündə xalça üzərinə çıxanlara gəlincə, Elman Muxtarov (67 kq) nə rus Artyom Surkova (0:9), nə də erməni Karen Aslanyana (3:5) bata bilib. Orxan Nuriyev (97 kq) slovakiyalı Tamaş Susa (8:0) qalib gəldikdən sonra serb Mixail Kayaya qarşısında aciz qalıb – 1:3. İlk təsəlliverici görüşdə bolqar Nikolay Bayrakova (3:1) gücünü göstərən Nuriyev növbəti qarşılaşmada macar Balaş Kisslə bacarmayıb – 1:2.
Rafiq Hüseynov (82 kq) gürcü Zurab Datunaşviliylə (4:3), serb Zarko Dikovu (3:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda belarus Viktor Sasunovskiyə müqavimət göstərə bilməyib – 0:9. Ancaq Hüseynov alman Roland Şvartsı 4:3 hesabıyla yenərək Avropa üçüncüsü olub. Mübarizəyə 1/4 finaldan başlayan Murad Məhəmmədovun (60 kq) böyüklər arasında AÇ-də debütü uğurlu alınıb. Belaruslu Maksim Kayarski (3:0) və italyan Yakopo Sandronu (9:0) məyus edən gənc pəhləvan finalda rus Sergey Emelinə minimal fərqlə (5:6) uduzaraq gümüş medalçı olub. Dünya çempionu Rəsul Çunayev (72 kq) də eyni nəticəyə imza atıb. Türk Murat Dağ (4:1), belaruslu Yuri Konkov (9:0), moldavan Daniel Kataraqa (3:2) və gürcü Yuri Lomadzedən (9:3) güclü olan titullu güləşçi finalda rus Adam Kurakla bacarmayıb – 5:9. “Klassiklər” komanda hesabında 113 xalla Avropa üçüncüsü olub. Yığmamız yalnız Rusiya (169) və Gürcüstandan (127) geri qalıb.
Dünən həm də qadınların mübarizəsinə start verilib. Solmaz Həşimzadə (55 kq) startda türk Bediha Günə (0:4), İrina Netreba (68 kq) isə Türkiyə yığmasının digər üzvü Buse Tosuna (5:8) məğlub olub. Tatyana Omelçenko (59 kq) startda bolqar Mimi Nikolovaya (3:8) uduzub. Ancaq bu çəkidə iştirakçı sayı az olduğundan təmsilçimiz bu gün belaruslu Yekaterina Yanuşkeviçlə “bürünc” uğrunda güləşəcək. Səbirə Əliyeva (76 kq) macar Janett Nemeti (9:6) üstələdikdən sonra yerli Yekaterina Bukinaya yenilib – 0:11. Əliyeva 3-cü yeri tutmaq üçün ukraynalı İrina Paşiçnikdən güclü olmalıdı. Millimizin kapitanı Mariya Stadnik (50 kq) növbəti tituluna doğru gedir. Üçqat olimpiya medalçısı alman Şaşkia Şellin, rus Milana Dadaşova və belarus Kseniya Stankeviçi vaxtından əvvəl – 10:0 hesabıyla devirərək adını finala yazdırıb. 29 yaşlı güləşçi 7-ci dəfə Avropa çempionu olmaq üçün bu gün rumın Emiliya Vuka qalib gəlməlidi.
Bu arada yarışın ilk günündə İslam Abbasovun Rusiya təmsilçisi Bekhan Ozdoyevlə yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı AGF rəhbərliyi Dünya Güləş Birliyinə (DGB) şikayət edib. Belə ki, görüş ərzində yerli idmançı İslamın trikosundan dartaraq müdafiə olunmağa çalışıb, hakimlər isə rəqibə heç bir xəbərdarlıq etməyib. DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin səhvinə görə üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya hakimləri yarışdan birgünlüyə uzaqlaşdırılıb. Xatırladaq ki, güləş qaydalarına əsasən rəqibin geyimindən tutduğuna görə idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Məhz hakimlərin qərəzli yanaşması fonunda Abbasov finala yüksəlmək şansını əldən verdi. Bu yerdə nəzərinizə çatdıraq ki, ölkəmizi AÇ-də hakim kimi Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyev təmsil edir. Ancaq onlar da bu haqsızlığın qarşısını almaqda acizdi.

Reaksiyalar
Eldəniz Əzizli: “Gənclər arasında dünya və Avropa çempionu olsam da, böyüklərdə ən yaxşı halda 3-cü olmuşdum. Çempionluq tam başqa hissdi. İnşallah, davamı dünya çempionatı və Olimpiadada gələr. Eston güləşçiylə ilk dəfə qarşılaşırdım. Ondan çəkinmirdim. Amma ehtiyatlı davranmağı lazım bilirdim. Özümü bu çəkidə hamıdan güclü görürəm. Ancaq bu kateqoriyada güclü yapon və koreyalı güləşçilər var. Onlarla DÇ-də üz-üzə gələcəm. Bu qələbəni qızıma həsr edirəm”.
Rəsul Çunayev: “Finalda dözümlülük çatmadı. Çünki dünən 4 ağır görüş keçirmişdim. Son 1 ildə zədələrə görə tam forma yığa bilmirəm. Ölkə çempionatına və sonrakı yarışlara qatıla bilmədim. Bolqarıstandakı turnirdə qalib gəldikdən sonra məşqçilər korpusu AÇ-də məni sınamaq qərarına gəldi. Finaldakı rəqibə daha öncə DÇ-də qalib gəlmişdim. Növbəti yarışlaradək zədələrimi sağaldıb, formaya düşməyə çalışacam. Əvvəl etdiyim fəndləri icra edə bilmirəm. Çalışıram ki, boynuma və belimə ağırlıq düşməsin. Ağrıkəsici vasitəsi ilə yarışlara qatılıram. Amma o da ağrıları tam aradan qaldırmır. Bir-iki ay əvvəl karyeramı bitirmək istəyirdim. Ancaq Şaban Donat mənə elə psixoloji dəstək verdi ki, yenidən özümə gəldim. Belimdə 3 fərqli zədə var. Tam müalicəyə başlasam, gərək 1 il güləşdən uzaqlaşım. Ötən il komandamız Avropada medal qazanmamışdı. Bu il yığmamız çox gözəl çıxış etdi. Baxmayaraq ki, İslam hakimlərin haqsızlığına görə medalsız qaldı”.
Murad Məmmədov: “Debüt yarışım olduğundan mənim üçün çətin idi. Finalda yerli idmançıyla qarşılaşdım. Azarkeş və doğma xalça amilinə görə rəqib sanki 1:0 öndə başlamışdı. Amma sonra 5 xal fərqlə önə keçdim. Çiynimdəki zədəyə görə rəqib önə keçdi və çempionluğu əldən verdim. Var gücümü qoydum. Əslində hakimlər qeyri-fəal güləşə görə rəqibə cərimə xalı verməliydi. Gənclərdə və yeniyetmələrdə 3 dəfə Avropa və 3 dəfə dünya çempionu olsam da, bu “gümüş” onlardan daha üstündü. 6 aydan sonra Macarıstanda keçiriləcək mundialda “qızıl” üçün mübarizə aparacam”.
Elvin Mürsəliyev: “Avropa çempionatına yaxşı hazırlaşmışdım. Çəkdiyim əziyyət boşa getmədi. Ancaq daha yüksək nəticə gözləyirdim. Sonuncu dəfə 2014-də AÇ-də medal qazanmışdım. Bizdə hər il qaydalar dəyişdiyindən tam uyğunlaşa bilmirsən”.
Rafiq Hüseynov: “Yarımfinalda kefim pozuldu. Çünki hədəf çempionluq idi. Amma belə anda özünü ələ almağı bacarmalısan. Şükürlər olsun ki, medalsız qalmadım və yığmaya xal qazandırdım. Ancaq çempion olmadığımf görə çox sevinə bilmirəm. Yarımfinalda həm yorulmuşdum, həm də rəqibə saymazyana yanaşdım. Rahat udacağımı düşünürdüm. Şaban hocaya minnətdaram ki, bizi yarışa çox yaxşı hazırlaşdırdı. Bizə dəstək olanlara minnətdarlığımı bildirirəm. İnşallah, dünya çempionatında daha yaxşı çıxış edərik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar