Koreyada atıcılıq üzrə Dünya Kuboku başa çatıb. Güllə atıcımız Ruslan Lunyovun uğursuz çıxışının ardından stend atıcılarımız da zəif nəticə göstərib. Skit növündə Nurlana Cəfərova 20-ci, Regina Meftahətdinova 34-cü, Emin Cəfərov 39-cu, Niyaz Ağazadə 64-cü, Fuad Qurbanov isə 76-cı pillədə qərarlaşıb. Trap növündə Əli Hüseynli 60-cı, Aydan Camalova 49-cu yeri tutub. Bu idmançılar qarışıq cütlərin yarışında isə 31-ci olub.