Həndbol üzrə ölkə çempionatının ən sərrast oyunçuları müəyyənləşib. Rəqib qapısına ən çox yol tapan qadın həndbolçu Anna Həmidova olub. “Qarabağ”ın hücumçusu 157 dəqiq zərbənin müəllifidi. “Gənclərbirliyi”nin oyunçusu Kamilla Bayramova 105 qolla bombardirlər siyahısında 2-ci yeri tutub. İlk “3-lüy”ü ADBTİA-nın üzvü Yuliya Deryabina (104) qapayıb.
Kişilərin çempionatında ən sərrast həndbolçu adına “Təhsil”in oyunçusu Dmitri Çaplıgin sahib çıxıb. O, 105 dəfə qapı torunu silkələyib. Komanda yoldaşı Sergey Dubovik 84 qola imza atıbsa, “Bakı”nın üzvü Sabir Nəzərəliyev 78 qola adını yazdırıb.