01 may 00:53idman

Dünya çempionu yenə Şəmkiri “fəth etdi”

Dünya çempionu yenə Şəmkiri “fəth etdi”
“ShamkirChess 2018” superturniri başa çatdı. Şənbə günü sonuncu - 9-cu turun oyunları keçirildi. Son turda 5 görüşdən dördündə qalib müəyyənləşmədi. Rauf Məmmədov (2704) - Şəhriyar Məmmədyarov (2814), David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (2748), Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778) və Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777) qarşılaşması heç-heçə başa çatdı. Yalnız Sergey Karyakin (Rusiya, 2778) ağ fiqurlarla Veselin Topalova (Bolqarıstan, 2749) qalib gəlməklə son anda bürünc medalçı oldu. Halbuki bu partiya da heç-heçə bitsəydi, ilk “3-lüy”ü Məmmədyarov qapayacaqdı. Beləliklə, Karlsen üçüncü cəhddə də Şəmkiri “fəth etdisə”, Liren Maqnusla görüşdə riskə getməyərək gümüş medala razılaşdı. 100 min avro mükafat fonduna malik yarışın qalibi olan Norveç şahmatçısı 25 min avronu hesabına yazdı.
Yekun sıralama: 1. Karlsen – 6, 2. Liren – 5,5, 3. Karyakin – 5, 4. MƏMMƏDYAROV – 4,5, 5. Voytaşek – 4,5, 6. Giri – 4,5, 7. RƏCƏBOV – 4,5, 8. Topalov – 4, 9. MƏMMƏDOV – 4, 10. Navara – 2,5.
Oyunlar başa çatandan sonra Şəmkirdəki Heydər Əliyev Mərkəzində superturnirin bağlanış mərasimi təşkil olunub. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Vüqar Həşimovun xatirə turnirinin iştirakçılarına 10 gün ərzində göstərdikləri əzmkar oyuna görə minnətdarlığını bildirib. Məmmədov Şəmkirin artıq şahmat şəhərinə çevrildiyini və yerli əhalinin ənənəvi turnirə öyrəşdiyini söyləyib: "Biz hər il böyük səbirsizliklə “ShamkirChess” superturnirini gözləyirik. Bu turnir həm də Azərbaycanın böyük oğlu Vüqar Həşimovun xatirəsini yad etməyə kömək edir. Bu günlər ərzində bütün dünyanın diqqəti Şəmkirə yönəldi. Belə mötəbər yarışın Şəmkirdə təşkili şəmkirlilər üçün idman bayramıdı. Bütün iştirakçılara “çox sağ ol” deyirəm. İnanırıq ki, biz yenidən Şəmkirdə görüşəcəyik".
Sonra Vüqar Həşimovun atası Qasım Həşimov çıxış edib. O, təşkilatçılara təşəkkürünü bildirib: "ShamkirChess” artıq 5 yaşını qeyd edir. Bu özünəməxsus tarix deməkdi. Oğlum Vüqarın adına belə mötəbər yarışın təşkili Azərbaycanda şahmata olan diqqətin göstəricisidi. Vüqar həmişə belə yüksək səviyyəli turnirin ölkəmizdə təşkilini arzulayıb. Yarışın təşkilatçılığında yaxından iştirak edən bütün təşkilatlara, xüsuslə SOCAR, “Sinerji Qrup” və Şəmkir rayon İcra Hakimiyyətinin başçısına “çox sağ ol” deyirəm. Ümid edirəm ki, bu turnir ənənəvi olacaq, növbəti illərdə də keçiriləcək".
Nüfuzlu Veyk-An-Zee superturnirinin direktoru Yerun van der Berk çıxış edərək belə mötəbər yarışa dəvət olunduğuna görə təşəkkür edib: "Bu gün Şəmkirdə olduğuma görə çox sevinirəm. 80 yaşlı Veyk-An-Zee superturnirini təmsil edirəm. 5 yaşlı “ShamkirChess”ə uğurlar diləyirəm. Çox istəyirəm ki, bu yarış hər il təşkil olunsun". Berk Qasım bəyə Veyk-An-Zee turnirindən xatirə fotosu da təqdim edib.
Ardınca 10 gün ərzində yarışda baş verən ən maraqlı anları əks etdirən videoçarx nümayiş etdirilib. “Sinerji Qrup” rəsmisi Fərid Hüseynov çıxışında “ShamkirChess” turnirinin yaranmasından danışıb: "2014-cü ildə biz bu yarışın təşkilatçılığını düşünəndə səviyyəli turnir keçirməyi planlaşdırırdıq. Artıq bu yarışın 5 yaşı var. Demək olar ki, kifayət qədər tanınır. Nüfuzlu şahmatçılar bu yarışda iştirak etməyə can atır. “ShamkirChess 2018” əvvəlki illərdə olduğu kimi maraqlı mübarizə şəraitində keçdi. Qalibi təbrik edirəm. Bütün iştirakçılara uğurlar arzulayıram".
AŞF-nin vitse-prezidenti, “ShamkirChess 2018”in direktoru Mahir Məmmədov çıxışında Azərbaycanda şahmata və şahmatçılara dövlət səviyyəsində diqqət göstərildiyini deib: "Biz “ShamkirChess 2018” superturnirinin Təşkilat Komitəsi olaraq Şəmkir rayon İcra Hakimiyyəti, SOCAR, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası, eləcə də “Sinerji Qrup”la birgə yarışın Vüqar Həşimovun adına layiq təşkil olunması üçün çalışdıq. Vüqar Həşimovun xatirəsinə həsr olunan 5-ci superturnirə maraq gözləniləndən çox oldu. FİDE reytinqində lider şahmatçıların, həmçinin dünya çempionunun Şəmkirə gəlməsi yarışa marağı artırdı. Təsadüfi deyil ki, turnirin qalibi yalnız son turda rəsmiləşdi. Bu da yarışdakı yüksək rəqabətin göstəricisi idi. Ölkəmizdə şahmat yarışlarının təşkili artıq ənənə halını alıb. Bildiyiniz kimi, 2015-də Dünya Kuboku, bir il sonra isə Şahmat Olimpiadası Bakıda təşkil olunub. Ölkə idmanına, o cümlədən şahmatın inkişafına dəstək olan SOCAR bu il həm də “ShamkirChess 2018”in əsas sponsoru oldu. Şirkətin prezidenti Rövnəq Abdullayevin tapşırığı sayəsində turnirin yüksək səviyyədə təşkilinə lazımi şərait yaradıldı. Nəticədə SOCAR Vüqar Həşimovun xatirə turnirini ən yüksək təşkilatçılıqla həyata keçirməyə nail oldu".
Superturnirin baş hakimi Faiq Həsənov yarışın yekun nəticələrini açıqladıqdan sonra Mahir Məmmədov çempionluq mükafatını Karlsenə təqdim edib. Bununla da bağlanış mərasiminə yekun vurulub.

Reaksiyalar
Şəhriyar Məmmədyarov: “Topalova məğlubiyəttdən sonra toparlanmaq lazım idi. Şadam ki, Navaraya qalib gəlməklə bunu bacardım. Bu yarışda heç bir oyunda qalib gəlməsəydim, turnir mənim üçün uğursuz sayılacaqdı. Ancaq indi hər şey normaldı. Ümumilikdə pis oynamadım. Veselinə uduzsam da, həmin görüş Şəmkirdə ən yaxşı oynadığım partiya oldu. Navaraya qarşı da yaxşı çıxış etdim. Karyakinlə görüşdə də yaxşı vəziyyətim var idi. Ancaq ümumi nəticəmdən narazıyam... Şahmat Olimpiadası hələ ki bizim yaralı yerimizdi. Dəfələrlə Avropa çempionu olsaq da, Olimpiadada hələ də medal qazana bilməmişik. Bizdə sanki uğur üçün nəsə çatmır. Halbuki Norveçin Tromse şəhərində keçirilən analoji yarışda sona 3 tur qalmış lider idik. Düşünürdük ki, minimum 3-cü yeri tutacağıq. Ancaq Çinə uduzduq və ardınca Rumıniya ilə uğursuz oyun keçirdik. Hansı ki Avropa çempionatında həmişə bu komandaya qalib gəlmişik. Məhz Olimpiadaların sonluğunda hər şey əleyhimizə işləyir. Buna baxmayaraq, payızda Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Olimpiadaya yeni ümidlərlə yollanacağıq. Qonşu ölkədə uğur qazanacağımıza inanırıq. Komandamızda reytinqi 2700-dən yuxarı olan 4 şahmatçı var. Olimpiadada medal qazanmağa layiq komandayıq. Bu dəfə də mükafatçılar sırasında yer almasaq, belə çıxacaq ki, Olimpiadalara ancaq istirahət etməyə yollanırıq” (gülür).
Rauf Məmmədov: “Superturnirdə ən yaxşı oyunumu Navaraya qarşı sərgilədim. Voytaşeki də udmaq şansım vardı. Topalovla görüşüm maraqlı alındı. Ancaq Lirenə uduzduğum qarşılaşma mənim üçün ən dəhşətlisi idi. Bu üzdən həmin gecə çox pis yatdım. Şəhriyarın İddiaçıların Turnirində Dinqə uduzduğu partiyadan sonra istirahət günü olmuşdu. Mənim isə dincəlmək şansım olmadı. Ancaq ümumilikdə turnirdəki çıxışımı pis adlandırmazdım. İnanıram ki, bu yarış gələcəkdə də keçiriləcək”.
Maqnus Karlsen: “Əlbəttə, superturnirin qalibi olduğum üçün xoşbəxtəm. Bununla belə, ümumi çıxışımdan razı qaldığımı söyləyə bilmərəm. Hətta qalib gəldiyim oyunlarda da bundan daha yaxşısını edə bilərdim. Yarış asan keçmədi. Memorialın ilk yarısında şahmatçıların əksəriyyəti 50 faizlik nəticə göstərmişdi. Sözsüz, mənim üçün həlledici an Topalova qalib gəldiyim partiya oldu. Şadam ki, 3-cü dəfə “ShamkirChess”də qalib gəldim. Qələbəyə ümid bəsləməsəydim, bu turnirdə iştirak etməzdim. Qələbələr heç də asan başa gəlmədi. Müqayisə aparsaq, 2014-də qazandığım titul daha çətin reallaşmışdı. Həmin yarışda 2 oyunda uduzsam da, geridönüş edə bilmişdim. Son turda Fabiano Karuanaya qalib gəlməklə çempion oldum. 2015-dəki yarış da asan keçməmişdi. Vişvanatan Anand +3-lük nəticəyə imza atmışdı. Ancaq mən +5-lik göstəriciylə titulumu qorudum. Bu, karyeramın ən yaxşı yarışlarından biri idi. Hər turnir çətin keçir. Ancaq ən çətini 2014-də keçirilən Vüqar Həşimovun ilk Memorialı idi... Azərbaycana və təşkilatçılara qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Hər zaman bu yarışı yüksək səviyyədə keçirirlər. Hələ bir neçə gün Şəmkirdə qalıb istirahət edəcəm. Burdakı dağlar mənə Norveçi xatırladır. Bu üzdən buraları gəzməyi çox istəyirəm... Karuana ilə tac uğrunda mübarizənin hazırlığına nə zaman başlayacağıma qərar verməmişəm. Hələ bunadək çoxlu maraqlı yarışlar var. Tezliklə Norveçdə çox güclü superturnir keçiriləcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar