01 may 00:29idman

Hemilton Bakıdakı ilk qələbəsiylə liderliyə yüksəldi

Hemilton Bakıdakı ilk qələbəsiylə liderliyə yüksəldi
Başa vurduğumuz həftədə ölkənin gündəmini “Formula-1” zəbt etmişdi. Ötən il Bakının mərkəzi küçələrində bol ötmələrin qeydə alınması Azərbaycan “Qran-pri”sinə marağı xeyli artırmışdı. Bu üzdən turistlərin sayında da xeyli artım müşahidə olunurdu. Dənizkənarı bulvarda heç vaxt olmadığı qədər qələbəlik yaşanırdı. Əcnəbilər arasında Rusiya və Böyük Britaniya vətəndaşları çoxluq təşkil edirdi. Üzlərindən səfərdən razı qaldıqları hiss olunurdu. Bulvar boyunca fəaliyyət göstərən əyləncə zonaları istirahəti mənalı keçirməyə imkan verirdi. Süni qazon üzərinə salınan döşəklər parkı bir az gəzdikdən sonra istirahət üçün əla vasitə idi. Simulyatorla maşın sürmək, təkər dəyişmək yarışları, “Formula-1” komandalarına məxsus köynəklərə sahib olmaq imkanı, müxtəlif rəqqasların ifasından zövq almaq fürsəti və s. Təbii, bütün bunlara az vəsait xərclənməyib. Ölkəni maksimum tanıtmaq və gələcək üçün daha çox turist cəlb etmək cəhdlərinin nə dərəcədə faydalı olduğunu zaman göstərəcək.
İndi isə keçək Bakı Şəhər Halqasında yaşananlara. Əvvəlcə “Formula-2”dən başlayaq. Şənbə günü baş tutan yarışda “Dams”ın pilotu Aleksander Albon birinci, “ART Grand Prix”in sürücüsü Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko isə üçüncü yeri tutdu. Dünən “ART Grand Prix”in digər pilotu Corc Rassel hamısını qabaqladı. “Carlin”in sürücüsü Serjio Sette Kamara finiş xəttinə ikinci çatdısa, Nik De Vries (Pertamina Prema Theodore Racing) ilk “3-lüy”ü qapadı.
Gəlib çatdıq “Formula-1”ə. Sıralama turunda qeyri-adi bir şey vermədi. İlk 6 yeri favorit komandaların təmsilçiləri tutdu. Fettelin mövsümdə 3-cü dəfə “pol-pozişn”ı ələ keçirdiyini də nəzərinizə çatdıraq. Dünən baş tutan əsas yarışda isə o qədər gözlənilməz şeylər baş verdi ki...
Elə ilk dövrədə aləm bir-birinə dəydi. Arxa sıralarda bir neçə təmas yaşandı və nəticədə Sirotkinlə Okon sıradan çıxdı. Raykkonen, Alonso və daha bir neçə pilot isə pitə getmək məcburiyyətində qaldı. Bu dəqiqələrdə təhlükəsizlik maşını traasda idi. Buna səbəb yola bolidlərin qırıntılarının səpələnməsiydi. Restartdan sonra Fettel fərqi açmağa başladı. Əsas diqqət isə “Reno” və “Red Bull” pilotlarının mübarizəsinə yönəlmişdi. Gözlənilmədən “Reno”nun üzvləri həmkarlarını geridə qoymağı bacardı. Ancaq Holkenberq təkər probleminə görə yarışı erkən başa vurdu. Artıq 20 dövrənin yekununda ilk “3-lük” – Fettel, Hemilton və Bottas digər pilotlarla böyük fərq açmışdı. Britaniyalı pilot ardıcıl sürətli dövrələr vurmaqla liderlə fərqi qismən qapamışdı ki, 22-ci dövrədə təkərləri bloklandığından Fetteldən xeyli geri düşdü. Belədə pitə getməli oldu.
Uzun müddət trekdə demək olar ki, ötmə müşahidə etmədik. Etiraf edək ki, ötənilki rəngarənglik, gərgin mübarizəni görmürdük. Ancaq sən saydığını say, gör Ferstappen nə sayır. “Formula-1”in dəlisov pilotu, “Red Bull”un ərköyün üzvü yenə yanlış hərəkəti ilə tənqidləri üzərinə çəkdi. Holland sürücü ötən mövsüm Azərbaycan “Qran-pri”sinin qalibi olmuş komanda yoldaşı Rikkyardonu ötmək istəyərkən səhvə yol verdi və ona çırpıldı. Nəticədə hər iki pilot yarışdan kənarda qaldı. Bu isə təhlükəsizlik maşınının ikinci dəfə traasa çıxmasını labüd etdi. Az sonra “Formula-1”də nadir görünən hadisə yaşandı. Qrojan təkərləri isti saxlamaq üçün sağ-sol manevrlər edərkən divara çırpıldı və onun üçün də yarış başa çatdı. Belədə təhlükəsizlik maşını daha çox traasda qaldı. Son 5 dövrədə başverənlər isə indidən Azərbaycan “Qran-pri”sini mövsümün ən maraqlı yarışlarından biri etdi deyə bilərik. Restartdan sonra Fettel start-finiş xəttinin sonunda riskə gedib, əyləci gec basmaqla Bottası keçmək istəsə də, təkərləri blokladı. Belədə 4-cü yerə kimi gerilədi. Yarışı çox yaxşı keçirən Valtteri isə bəxtsizliyin qurbanı oldu. Trassda hansısa boliddən qopmuş hissəciyin üstündən keçdi və sağ arxa təkəri partladı. Nəticədə liderliyə yüksələn Hemilton ilk dəfə Bakıda finişi birinci keçdi. Bu, Lüisin 6 yarışdan sonra qazandığı qələbəydi. Britaniyalı pilot həm də mövsümdə ilk dəfə ümumi təsnifatda liderliyi ələ keçirdi. İlk “3-lüy”ü qapayan Peres rekorda imza atdı. Serxio yeganə pilotdu ki, Bakıdakı hər üç “Qran-pri”də fəxri kürsüyə qalxıb.
Təsnifat mərhələsi
1. Sebastyan Fettel Ferrari 1.41,498
2. Lüis Hemilton Mersedes 1.41,677
3. Valtteri Bottas Mersedes 1.41,837
4. Daniel Rikkyardo Red Bull 1.41,911
5. Maks Ferstappen Red Bull 1.41,994
6. Kimi Raykkonen Ferrari 1.42,490
7. Esteban Okon Fors-İndia 1.42,523
8. Serxio Peres Fors-İndia 1.42,547
9. Niko Holkenberq Reno 1.43,066
10. Karlos Sayns Reno 1.43,351
İkinci cəhddən sonra mübarizəni dayandıranlar
11. Lans Stroll Uilyams 1.43,585
12. Sergey Sirotkin Uilyams 1.43,886
13. Fernando Alonso Maklaren 1.44,019
14. Çarlz Lekler Zauber 1.44,074
15. Kevin Maqnussen Haas 1.44,759
İlk cəhddən sonra mübarizəni dayandıranlar
16. Stoffel Vandorn Maklaren 1.44,489
17. Pyer Qasli Toro Rosso 1.44,496
18. Markus Eriksson Zauber 1.45,541
19. Brendon Hartli Toro Rosso 1.57,354
20. Roman Qrojan Haas DNF
Həlledici mərhələ
1. Lüis Hemilton Mersedes 1:43.44,291
2. Kimi Raykkonen Ferrari +2,460
3. Serxio Peres Fors-İndia +4,024
4. Sebastyan Fettel Ferrari +5,329
5. Karlos Sayns Reno +7,515
6. Çarls Lekler Zauber +9,158
7. Fernando Alonso Maklaren +10,931
8. Lans Stroll Uilyams +12,546
9. Stoffel Vandorn Maklaren +14,152
10. Brendon Hartli Toro Rosso +18,030
11. Markus Eriksson Zauber +18,512
12. Pyer Qasli Toro Rosso +24,720
13. Kevin Maqnussen Haas +30,663
14. Valtteri Bottas Mersedes finişə çatmayıb
15. Roman Qrojan Haas finişə çatmayıb
16. Maks Ferstappen Red Bull finişə çatmayıb
17. Daniel Rikkyardo Red Bull finişə çatmayıb
18. Niko Holkenberq Reno finişə çatmayıb
19. Esteban Okon Fors-İndia finişə çatmayıb
20. Sergey Sirotkin Uilyams finişə çatmayıb
Şəxsi birincilik
1. Lüis Hemilton 70
2. Sebastyan Fettel 66
3. Kimi Raykkonen 48
4. Valtteri Bottas 40
5. Daniel Rikkyardo 37
6. Fernando Alonso 28
7. Niko Holkenberq 22
8. Maks Ferstappen 18
9. Serxio Peres 15
10. Karlos Sayns 13
11. Pyer Qasli 12
12. Kevin Maqnussen 11
13. Çarls Lekler 8
14. Stoffel Vandorn 8
15. Lans Stroll 4
16. Markus Eriksson 2
17. Esteban Okon 1
18. Brendon Hartli 1
Mühəndislər kuboku
1. Ferrari 114
2. Mersedes 110
3. Red Bull 55
4. Maklaren 36
5. Reno 35
6. Fors-İndia 16
7. Toro Rosso 13
8. Haas 11
9. Zauber 10
10. Uilyams 4
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar