30 apr 13:44idman

Həndbol yığmamız seçmə mərhələdə iştirak etməyəcək

Həndbol yığmamız seçmə mərhələdə iştirak etməyəcək
Uzun fasilədən sonra klubumuz avrokubokda oynayacaq
2016-cı il dekabrın 1-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən Hesabat-seçki Konfransında Həndbol Federasiyasına yeni prezident seçildi. Nəhayət, bu idman növündə Heydər Babayev erasına yekun vuruldu. Onun xələfi “Azəravtoyol” şirkətinin rəhbəri Saleh Məmmədov oldu. Gözlənildiyi kimi, yeni rəhbərlik həndbolda uzun illər davam edən durğunluğa son qoydu. Söhbət təkcə ötən il Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında qazanılan medallardan getmir. Artıq ölkə çempionatının səviyyəsi yüksəlib. Xüsusən də qadınların yarışı. İndi 2-3 klub çempionluq uğrunda gərgin mübarizə aparır. Qadınlarda 7, kişilərdə 4 komanda elitada qüvvəsini sınayır.
Ancaq kişilərdən ibarət yığmamızın növbəti dəfə Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcəyini eşidəndə çox təəccübləndik. Bunun səbəbini millimizin baş məşqçisi Hikmət Abdullayevdən soruşduq: “Avropa Həndbol Federasiyasından (EHF) çağırış olmalıdı. Onu gözləyirik. Aprelin sonunadək dəvət gəlməlidi. Dəvət olsa, qatılmaq istəyirik. Fikirləşirik ki, nə vaxtsa başlamaq lazımdı. Sonuncu dəfə 2005-ci ildə Polşada Avropa çempionatının seçmə mərhələsində iştirak etmişik. Bu dəfə Həndbol Federasiyası hazırdı. Neçə ildi seçmə turnirlərə qatılmamışıq. Bizi ən güclü komandalarla eyni qrupa salacaqlar. Eybi yox, bir yerdən başlamaq lazımdı. AÇ-2020 üçün müraciət etmək artıq mümkün deyil. Çünki bunun üçün 2 il əvvəl EHF-yə məktub göndərmək lazım idi. Hər qitə birinciliyindən 3 il əvvəl sifariş ərizəsini təqdim edib, seçmə mərhələyə başlamalısan. Birinci mərhələdə ən zəif komandalar iştirak edir. Bundan sonra əsas seçmə mərhələ başlayır. Əvvəllər heç olmasa “Çelenc Trofi” turnirinə qatılırdıq. Sonra bu yarışda yaş limiti qoydular. Səhv etmirəmsə, 2011-dən bu limit tətbiq olunur. Sonuncu dəfə Maltada oynamışıq. O vaxt finalda Moldovaya uduzmuşduq. Əvvəl bilirsiz də vəziyyət necə idi. Əvvəlki rəhbərliyin dönəmində həndbola diqqət və qayğı göstərilmədiyindən yığmanın heyətini toparlamaq mümkün olmurdu”.
Abdullayev klub həndbolundan da söz açdı və müjdəli xəbər verdi: “Aprelin 29-da (sabah) final olacaq. Bu il 4 komanda çempionatda iştirak etdi. Növbəti mövsüm 2002 təvəllüdlü həndbolçulardan ibarət yığmamızı da birinciliyə qoşmaq fikrimiz var. İndidən yeniyetmələrin millisini formalaşdırırıq. Komandanın oyun təcrübəsi olmayanda oyunçular “itir”, komanda zəif olur. Bu üzdən qərara gəldik ki, komandalar zəif olsa da, çempionatda iştirak etsinlər. İldən-ilə güclənərlər. Gələcəkdə 2004 və 2006 millilərini də yaratmağı planlaşdırırıq. Gənclərdən ibarət yığmamızı da Avropa və dünya çempionatının seçmə mərhələsinə yollamaq istəyirik. Bu yolla həndbolu inkişaf etdirməyi düşünürük. Alınsa, növbəti mövsümdə kişilərin çempionatında 6 komanda iştirak edəcək. Bu mövsüm 4 iştirakçıdan üçü, demək olar ki, eyni səviyyədədi. Yeni rəhbərlik ilyarımdı fəaliyyət göstərir. Birgə çalışırıq ki, həndbolu qaldıraq. Çempionatın qalibi avrokuboklarda iştirak edəcək. Çox güman, “Çağırış” kubokunda mübarizə aparacaq. Özünüz başa düşürsüz ki, neçə ildi klublarımız avrokuboklarda iştirak etmir. Bu üzdən Avropa səhnəsinə qayıdış ən aşağı turnirlə mümkündü. Çempionumuz bu yarışda nə qədər yaxşı çıxış etsə, bizim üçün bir o qədər müsbətdi. Ola bilər, hətta gümüş medalçı da avrokuboklara qatılsın. Amma bu məsələ dəqiqləşməyib. Onu da qeyd edim ki, çempionatımızda çıxış edən həndbolçuların əksəriyyəti yerlilərdi. Komandalarda 1-2 təcrübəli əcnəbi var ki, gənclərimiz də onlardan təcrübə qazanır”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar