28 apr 12:52idman

Məşqçisi Günay Məmmədzadənin uğurundan danışdı

Məşqçisi Günay Məmmədzadənin uğurundan danışdı
“Aprel ayı üçün açıqlanacaq reytinq elə onun gücünü əks etdirir”
Slovakiyada keçirilən qadın şahmatçıların fərdi Avropa çempionatı bizim üçün əlamətdar oldu. Bunadək yalnız İlahə Qədimova qitə birinciliyində ilk “14-lük”də yer alıb, dünya çempionatında iştirak hüququ qazanmışdısa, Günay Məmmədzadə 12 ildən sonra onun uğurunu təkrarladı. Maraqlıdı ki, 17 yaşlı şahmatçımız Qədimova kimi AÇ-ni 7,5 xalla bitirdi. Ancaq artıq karyerasını başa vuran İlahə Türkiyədə keçirilən analoji yarışda 8-ci yeri tutmuşdusa, Məmmədzadə ilk “10-luğ”u qapadı. Əvəzində Günay əmsalını təxminən 50 vahid yaxşılaşdırdı. Bu isə o deməkdi ki, aprelin 30-da açıqlanacaq yeni reytinq siyahısında zəka sahibinin əmsalı 2440 civarında olacaq. Bu da illərdi Qədimovaya məxsus reytinq rekordunun (2420) qırılması deməkdi. Bu nəticə həm də Məmmədzadənin kişilər arasında beynəlxalq usta normativini yerinə yetirməsi deməkdi. Xatırladaq ki, buna qədər qadın şahmatçılarımızdan yalnız Gülnar Məmmədova kişilərin beynəlxalq usta dərəcəsini alıb.
Bəs görəsən, Məmmədzadənin AÇ-dəki uğurlu çıxışı haqda şəxsi məşqçisi Rəsul İbrahimov nə düşünür? Gənc mütəxəssis bu nəticəni gözlədiyini söylədi: “Doğrusu, Günaydan belə nəticə gözləyirdim. Çünki yarışdan əvvəl hiss edirdim ki, yaxşı formadadı. Hazırlıq pis olmamışdı. Amma məsələ təkcə bunda deyil. Bəzən hansısa turnirə yüksək səviyyədə hazırlıq olsa da, şahmatçı tam gücünü göstərə bilmir. Məşğələlərdə onunla rapid oynayanda irəliləyiş olduğunu görürdüm. Buna kimi qadınların Avropa çempionatında yalnız İlahə Qədimova belə uğur qazanmışdı. 2006-da qitə birinciliyində bundan 2 il sonra baş tutan dünya çempionatına vəsiqə qazanmışdı. Günayın Gürcüstan təmsilçilərinə qarşı oyunları daha yaddaqalan oldu. Nino Batsiaşvili və Bela Xotenaşvili ilə keçirdiyi görüşləri qeyd edə bilərəm. Gürcüstan yığmasının hər iki üzvünə qalib gəldi. Turnirdəki yeganə məğlubiyyətini isə qonşu ölkənin ən güclü qadın şahmatçısı Nana Caqnidzedən aldı. Maraqlıdı ki, gürcülərlə görüşləri ardıcıl 3 turda baş tutdu. Təbii ki, son qarşılaşmanı da qeyd edə bilərəm. Rus Yelena Semyonova ilə görüş çox emosional alındı. Partiya qarşılıqlı səhvlərlə zəngin idi. Son səhvi rəqib etdiyindən Günay qələbə qazandı. Məmmədzadə artıq yeni mərhələyə qədim qoyub. Yetirməm konkret nədə “artırıb”, deyə bilmərəm. Bu, şahmat sirridi. Az öncə qeyd etdiyim kimi, rapid oyunlarından “artırdığını” görürdüm. Bircə qalırdı yarışdakı əhval-ruhiyyəsinin yaxşı olması. Burda idman xoşbəxtliyi də lazımdı. Püşk yaxşı olmalıdı. Bəzən bu yarışı lotereya adlandıranlar da var. Çünki bir çox güclü şahmatçılar DÇ-yə vəsiqə verən ilk “14-lük”də yer almır. Günay əmsalına görə 36-cı şahmatçı idi. 2500 əmsalı olan bir neçə şahmatçı mundiala yollana bilmədi. Hazırlıq, idman xoşbəxtliyi və emosional durum vəhdət təşkil edəndə nəticə də uğurlu olur. Günay 2020-də baş tutacaq və 64 şahmatçının olimpiya sistemi üzrə mübarizə aparacağı DÇ-yə vəsiqə qazanıb. Onun reytinqinin artımı gözlənilən idi. Neçə ildi əmsalı 2300-dən yuxarıdı. Artıq 2400-ün astanasında idi. Sadəcə, nəsə gətirmirdi ki, 2400 səddini aşsın. Aprel ayı üçün açıqlanacaq reytinq elə onun gücünü əks etdirir. Əmsalı itirməkdən qorxmuruq. Əksinə, bir az da işləyib, Günayın reytinqini bir qədər də artırmaq fikrindəyik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar