27 apr 00:35idman

“Klassiklər”in heyətində legioner yoxdu

“Klassiklər”in heyətində legioner yoxdu
Şaban Donat: “Bütün çəkilərdə medallara iddialıyıq”
Aprelin 24-də Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün yunan-Roma güləşi millimizin heyəti açıqlandı. Açıq məşqdən əvvəl məlum oldu ki, baş məşqçi Şaban Donatın rəhbərliyi altında qitə birinciliyində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubov (130 kq) güləşəcək. Beləliklə, son illərdə ilk dəfə hər hansı güləş yığmamızın heyəti tam yerli pəhləvanlardan qurulub.
Şaban Donat məşqin gedişində suallarımızı cavabladı:
- Bu Avropa çempionatından nə gözləyirsiz? Hədəf nədi?
- Qarşıdakı Avropa çempionatı yeni qaydalarla keçiriləcək. Yarışa yaxşı hazırlıq dövrü keçmişik. Çempionat ərəfəsində Ukrayna və İranda iştirak etdiyimiz turnirlərdə uğurlu nəticələr göstərmişik. Məşqçilər heyətində dəyişiklik baş verib. Rövşən Bayramov bilik və təcrübəsini artıq gənc güləşçilərlə bölüşür. Onunla birgə Emin Əhmədov da məşqçi kimi çalışır. Hesab edirəm ki, yığmaya yeni qan gəlib. Bütün çəkilərdə iddialı olacağıq. Avropa çempionatında Azərbaycanı ən yaxşı səviyyədə təmsil edəcək, ölkənin bayrağını ucaltmağa çalışacağıq. Təbii ki, güclü rəqiblərimiz var. Amma biz də güclüyük.
- Daha çox hansı çəkilərdə qızıl medal gözləmək olar?
- Heyətimizdə Rəsul Çunayev kimi təcrübəli ad var. Biz kiminsə üzərinə yük qoymaq istəmirik. Çünki bu, fərdi mübarizə olduğundan hər kəs özünə cavabdehlik daşıyır. Azərbaycan güləşdə iddialı ölkədi. Bütün çəkilərdə medallara iddialıyıq. Əyarını isə bilmək olmaz. Uda da, uduza da bilərik. Yəni hamı qızıl medala namizəd deyil.
- 130 kq-da dəyişiklik nə ilə bağlıdı?
- Ukraynadakı turnirdə zədələndiyi üçün Sabah Şəriətini Türmən Eyyubovla dəyişdik. Əslində Eyyubov 97 kq-da güləşir. O da bu mövsüm yaxşı irəliləyişə nail olub. İranda keçirilən turnirdə bürünc medal qazanıb. Gənc olmasına baxmayaraq, hazırkı formasına əsasən Türmənin 130 kq-da çıxış etməsini qərara aldıq.
- Eyyubov bu çəkidə müvəqqətidi?
- Bəli, daha sonra 97 kq-a qayıdacaq. Özünü göstərə bilsə, əsas heyətin daimi üzvünə çevriləcək.
- Olimpiya Oyunlarında mübarizə 6 çəkidə gedəcək. Həmin çəkilərə xüsusi diqqət yetirilir?
- Təbii ki, bu çəkilər daha çox diqqət mərkəzindədi. Rio-2016-dan sonra bütün çəkilərdə dəyişikliklər baş verib. Olimpiya çəkilərində Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev kimi gənc güləşçilərimiz var. Gələn il Rəsul Çunayevin də olimpiya çəkisinə keçməsinə baxacağıq. Komandaya yeni cəlb olunan güləşçilərlə davam etməyi düşünürük. 2020 üçün adlı-sanlı, döyüşkən, qızıl medala namizəd yunan-Roma güləşçiləri hazırlayırıq. Tokioda ən azı bir olimpiya çempionumuz olacaq. Bu istiqamətdə yeni köməkçilərimin də təcrübəsindən yararlanacağıq.
7 il əvvəl Almaniyanın Dortmund şəhərində keçirilən analoji yarışda 74 kq-da Avropa çempionu olan Rafiq Hüseynov bu dəfə 82 kq-da eyni uğura imza atmağa çalışacaq. 30 yaşlı pəhləvan məsul yarış ərəfəsində bunları dedi: “Peşəkar idmanda zədələr qaçılmazdı. Güləşdə bu, daha çox və ağır olur. Komanda yoldaşlarımız bu yolu keçib, hamısı bilirlər. Ötən yay dünya çempionatı ərəfəsində zədələndim və topuğumdan əməliyyat olundum. Bundan sonra həkimlər 4 ay müddətində müalicə keçməyi məsləhət gördülər. Artıq yaxşı formadayam. Yığmada əhval-ruhiyyə yüksək səviyyədədi. Çəkimdə Avropa çempionatında 16 nəfər iştirak edəcək. Onlardan 8-9-u dünya səviyyəsində tanınmış idmançılardı. Rusiya və Türkiyə ilə birgə Ermənistandan olan dünya çempionu çıxış edəcək. Həmçinin rəqiblərim arasında Gürcüstan və Albaniyadan Avropa çempionları var. Yarış güləşin sevildiyi ölkədə keçiriləcək. Bu, əlavə stimuldu. İdmançılar zalda oturan azarkeşlərin səsindən enerji alır”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar