26 apr 01:16idman

Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir

Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir
“Yağıntı olsa, bu, yarışa şou qatacaq”
Bu həftə “Formula-1” dünyasının gözü Bakıda olacaq. Çünki həftəsonu dünya çempionatının 4-cü mərhələsi ölkəmizdə keçiriləcək. Aprelin 27-dən 29-dək baş tutacaq Azərbaycan “Qran-pri”sinə bu dəfə daha böyük maraq var. Birincisi, ötən mövsüm ən çox ötmə məhz paytaxtımızda qeydə alındı. İkincisi, cari çempionat çox maraqlı start götürüb. Bu dəfə yalnız “Ferrari” yox, “Red Bull” da “Mersedes”ə boy göstərir. Bu da rəqabəti zirvə həddinə çatdırır. Üstəlik, apreldə, adətən, ölkəmizdə qeyri-sabit hava şəraitinin hökm sürdüyünü nəzərə alsaq, yağışın yağma ehtimalı olduğunu söyləyə bilərik. Bu baş versə, mübarizə daha maraqlı və gərgin keçə bilər.
Ötən şənbə “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin media nümayəndələrinin yarışın gedişini işıqlandırması və başqa məsələlərlə bağlı təlimi baş tutdu. Tədbirdən sonra BŞH-nin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ayaqüstü söhbətləşdik.
- Bilet satışı hansı səviyyədədi?
- Bilet satışı çox yaxşı gedir. Demək olar ki, boş yer qalmayıb. Fikrimcə, ötən il olduğu kimi tribunaların 95-98 faizi dolacaq. Şirkətlər, yerli və əcnəbi vətəndaşlar bilet alır. Ümumilikdə Azərbaycan “Qran-pri”sinə maraq çox böyükdü.
- Yenə Rusiya alıcı sayına görə liderlik edir?
- Bəli. Rusiya həmişə xarici ölkələr arasında liderik edir. Çünki böyük bazardı. İkinci yerdə Böyük Britaniyadı. Almaniya, Hollandiya, Gürcüstan və ölkəmizdən də bilet alıcıları çoxluq təşkil edir.
- Hava proqnozu ilə maraqlanmısız? Bazar günü hava necə olacaq?
- Mən hər gün bunu izləyirəm. Düşünürəm ki, hava buludlu ola bilər. Ancaq yağış gözlənilmir. Yağıntı olsa, bu, yarışa şou qatacaq, “Qran-pri”ni daha da maraqlı edəcək. Bildiyiniz kimi, konsert proqramlarımız qapalı məkanda – “Kristal Zal”da təşkil olunacaq. Bulvarda çoxlu əyləncə məkanları istifadəyə veriləcək. Bura üstü açıq və qapalı yerlər daxildi. Paytaxtda yaz havası hökm sürür, sərindi. Tamaşaçılar daha rahat ola bilər. İyunda hava isti olur. Bəzi insanlar 30 dərəcə istidə yarışı izləməkdənsə, sərin havaya üstünlük verir. Buna görə narahat deyil.
- Amma bu müvəqqəti tarixdi, elə deyilmi?
- Bəli. Növbəti mövsümdə Azərbaycan “Qran-pri”sini yenidən iyunda keçirməyi planlaşdırırıq. Bununla bağlı müraciət etmək istəyirik. Çünki Bakı üçün yay havasının daha münasib olduğunu düşünürük. Amma bu, danışıqlardan asılı olacaq.
- Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə müqavilə müddətini uzatmağı düşünürsüz?
- Anlaşmaya əsasən 2019 və 2020-ci illərdə də ölkəmizdə “Formula-1” yarışı keçiriləcək. Müqavilənin uzadılması üçün müraciət olunub-olunmayacağını bilmirəm. Hazırda hər iki tərəf əməkdaşlıqdan razıdı.
- Su İdmanı Sarayının yaxınlığında Bakı Şəhər Kartinq Mərkəzinin açılışı oldu. Burda gələcəkdə yerli pilotların yetişdirilməsi planlaşdırılır. Ancaq bizdə bu sahədə yerli mütəxəssislər yoxdu. Belə çıxır ki, ölkə xaricindən mütəxəssislər dəvət olunacaq?
- Bilirsiz, bu mərkəzin açılması o demək deyil ki, 2 ildən sonra orda pilot yetişəcək. Hansı ölkələrdə ki kartinq var, orda avtoidman yarışlarına həvəs çox olur. Uşaq yaşlarından bu həyəcanı yaşayırlar. Şəxsi fikrimdi ki, bu mərkəzin açılması artıq ölkədə avtoidmanın inkişafı üçün çox ciddi addımdı. İstedadlı gənclərimiz çoxdu. Ancaq istedadlarını göstərəcək bir yer yox idi. Bu baxımdan bu məkanın istifadəyə verilməsi yerinə düşür. Burda yarışlar keçiriləcək. Gələcəkdə yerli pilotlarımız ola bilər. Söhbət təkcə “Formula-1”dən getmir. Müxtəlif avtoidman yarışları var. “Formula-2”, “Formula-3” və başqa bu tip yarışlarda pilotlarımız ola bilər.

Yeri gəlmişkən...
“William Hill” bukmeker kontoru Azərbaycan “Qran-pri”si üçün mərclərin məzənnəsini dərc edib. Əvvəlki üç mərhələdə olduğu kimi, Lüis Hemilton favorit sayılır. Lakin britaniyalı bu il hələ ki heç bir yürüşdə qalib gəlməyib. Çin “Qran-pri”sinin qalibi Daniel Rikkyardo ilə onun komanda yoldaşı Maks Ferstappenin qələbə şansları eynidi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar