25 apr 12:26idman

Şəhriyar qələbəni məğlubiyyətə çevirdi

Şəhriyar qələbəni məğlubiyyətə çevirdi
Karlsen: “Şəmkirdə yerli şahmatçılar sanki toxunulmazdı”
Həftəsonu “ShamkirChess 2018” turnirində daha iki tur geridə qaldı. Şənbə günü 3-cü turun oyunları keçirildi. Maraqlıdı ki, bu turda da bütün oyunlar heç-heçə bitdi. Bəs görüşlər necə keçdi? Şəhriyar Məmmədyarov (2814) İddiaçıların Turnirinin ilk turunda qalib gəldiyi Sergey Karyakinə (Rusiya, 2778) qarşı oynadı. Ağ fiqurlarla çıxış edən yığmamızın lideri 39-cu gedişdə heç-heçənin qaçılmaz olduğunu gördü. Rauf Məmmədov (2704) də “ağlar”la oynadı. Onun rəqibi Maqnus Karlsen (Norveç, 2843) idi. 51 gediş davam edən görüş boyunca tərəflər heç bir səhvə yol vermədiyindən bərabərlik qeydə alındı. Teymur Rəcəbov (2748) isə “qaralar”la Aniş Giriylə (Hollandiya, 2777) mübarizə apardı. 16-cı gedişədək həmyerlimizin nisbi üstünlüyü şəraitində keçən qarşılaşmanın sonrakı məqamında təşəbbüs əldən çıxdı və “sülh” rəsmiləşdi. David Navara (Çexiya, 2745) - Radoslav Voytaşek (Polşa, 2744) partiyası 27-ci, Dinq Liren (Çin, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749) dueli isə 57-ci gedişdə eyni nəticəylə yekunlaşdı.
Dünən 4-cü tur baş tutdu. Məmmədyarov “qaralar”la Topalovla münasibətləri aydınlaşdırdı. Fiqur qurban vermək fonunda böyük üstünlük əldən edən Şəhriyar 34-cü gedişdən sonra bir neçə səhvə yol verdi. 37, 39 və 40-cı gedişdəki səhv addımlar şahmatçımızın təslim olmasını şərtləndirdi. Beləliklə, Veselin cari superturnirdə qələbə qazanan ilk şahmatçı oldu. Rəcəbov – Karlsen dueli çox çəkmədi və 19-cu gedişdə xal bölgüsüylə nəticələndi. Məmmədov “qaralar”la oynasa da, Voytaşeki yenməyə yaxın idi. Endşpildə 1 piyada üstün olan Rauf vəziyyəti rəqib üçün daha da qəlizləşdirə bilmədiyindən 41-ci gedişdə bərabərliyə razılaşdı. Giri – Dinq, Karyakin – Navara görüşləri də xal bölgüsüylə bitdi.
Xal durumu: Topalov – 2,5, Dinq, Giri, RƏCƏBOV, MƏMMƏDOV, Navara, Karlsen, Karyakin, Voytaşek – 2, MƏMMƏDYAROV – 1,5.
Bu gün 5-ci turun qarşılaşmaları keçiriləcək: Liren – RƏCƏBOV, MƏMMƏDOV - Karyakin, Navara – Topalov, MƏMMƏDYAROV - Giri, Karlsen - Voytaşek.
---
Reaksiyalar
Rauf Məmmədov: “Maqnus Karlsen nəticədən narazıdı. Onun mətbuat konfransına gəlməməsinə normal yanaşıram. Maqnus dünya çempionu və FİDE reytinqində lider şahmatçıdı. Mən isə Şəmkirdə reytinqə görə sonuncu iştirakçıyam. Buna qədər ona dəfələrlə uduzmuşam. Bu gün daha diqqətli oynayırdım. Bir-iki gedişi tez oynadım. Sonra fikirləşirdim, sakit, yoxsa prinsipial oynamaq arasında seçim etmək lazım idi. İkinci variantı seçdim. Amma bir məqamda gedişləri unutdum. Maqnus vəziyyəti bərabərləşdirdi, hətta kiçik üstünlük qazana bilərdi.
İlk dəfə klassik şahmatda Karlsenlə heç-heçə etdim. Bu nəticəni qələbə kimi qəbul etmək olmaz. Qələbə tam başqadı... Hər oyunda yaxşı nəticə qazanmağa çalışıram. Belə güclü heyətdə çıxış etmək adama ləzzət edir. Adətən, açıq turnirlərdə mübarizə aparıram. Superturnirlərdə nadir hallarda oynamışam. Ona görə reytinqimi artırmağa çalışacam. Mənə dəstək olan insanlara təşəkkür edirəm. Maqnusla partiyadan əvvəl dostlarım mənə uğurlar arzulamışdı, çoxlu zənglər almışdım. Belə diqqəti görmək xoşdu. Hər gün dünya çempionuna qarşı mübarizə aparmıram. Ona görə “ShamkirChess” turnirini çox bəyənirəm. Qalan 6 turda da yaxşı oynamaq üçün hazırlaşacam. Ötənilki Raufla indikinin fərqi var. Demişdim ki, Şəmkirdə başqa Raufu görəcəksiz. Çünki arıqlamışam. Düz 23 kiloqram çəki atmışam”.
Sergey Karyakin: "Açılışdan sonra üstünlük qazanmaq mümkün olmadı. Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Artıq edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə, Şəhriyar buna imkan vermədi… Şəmkir artıq mənə doğmalaşıb. Martda Berlində keçirilən İddiaçıların Turnirində çoxlu problem var idi. Amma Şəmkirdə belə olmur. Burda zalın tərtibatı, qidalanma, oteldəki şərait çox yaxşıdı. Şəmkirdə, sadəcə, gözəl şahmat mühiti yaradılıb. Ona görə iki turnirin təşkilatçılığını müqayisə etmək istəmirəm. Şəmkir xoşuma gəlməsəydi, beşinci dəfə bura gəlməzdim. Hər il böyük məmnuniyyətlə dəvəti qəbul edirəm… Vüqar hətta uduzanda pozitivliyini itirmirdi. İnsan onunla danışanda müsbət enerji alırdı. Bir çox turnirlərdə üz-üzə gəlmişik. Dostum olsa belə, çalışmışam Vüqara qalib gəlim. Həşimov da mənə qarşı eyni qaydada mübarizə aparırdı. Düzünü deyim ki, dostum üçün darıxmışam. Partiyaları, debütləri həmişə seçilirdi. Bu insan istirahət etməyi sevmirdi. Bütün gün şahmatla məşğul olurdu".
Şəhriyar Məmmədyarov: "Bu dəfə heç-heçələr çoxluq təşkil edir. Lakin şahmatda belə hallara təsadüf olunur. Təəccüblənmək lazım deyil. Karyakinə qarşı ciddi hazırlaşmışdım. Sadəcə, üstünlük qazanmağa imkan olmadı. Bir sıra variantlar üzərində düşündüm, vəziyyətdən çıxış yolu görmədim. Bir-birimizi yaxşı tanıyırıq. Amma bütün sirlərimi bilmir. Biz Sergeylə debütlər üzərində işləməmişik. Ancaq şahmat oynamışıq, çətin vəziyyətlərdən çıxış yolunu müzakirə etmişik. Debütlərimizi bir-birimizə söyləməmişik. 2007-ci ildə Bolqarıstanda turnirdə iştirak edirdim. Çoxlu sayda heç-heçələr qeydə alınmışdı. Təsəvvür edin, son turda axırıncı yerdəki şahmatçı liderdən yarım xal geri qalırdı. Yəni lider uduzsa, autsayder qələbə qazanmaqla yarışın qalibi olurdu. Fikrimcə, Şəmkirdəki partiyalar maraqlıdı. Sadəcə, məhsuldar alınmır. Amma növbəti oyunlarda qələbə və məğlubiyyətlər də olacaq".
David Navara: “Şəmkirdə ən güclülər oynayır. İki güclü şahmatçının oyununda səhv tapmaq çox çətindi. Heç kim uduzmaq istəmir. Bəlkə də şahmatsevərlər üçün belə oyunlar darıxdırıcı olur. Lakin biz uduzmaq istəmirik. Çıxışımı normal sayıram. Hər halda, uduzmamışam. Şəmkir paytaxt Bakıdan kifayət qədər uzaqda yerləşir. Lakin təşkilatçılıq haqda ancaq xoş sözlər oxudum. Ardıcıl beşinci il Vüqar Həşimovun xatirəsinə həsr olunan yüksək səviyyəli yarış keçirilir. Ona görə dəvəti məmnuniyyətlə qəbul etdim. Şəmkirə gözəl oyun nümayiş etdirmək üçün gəlmişəm. İnanın, asan partiyalar olmayacaq. Dünya çempionu özü bu yarışda iştirak edir. Deməli, son turlar daha çətin olacaq. Proqnoz vermək istəməzdim, ancaq reytinqimi itirmək istəmirəm... Güclü şahmatçılarınız çoxdu. Amma Şəhriyara qarşı oynamaq daha çətindi. Sanki rəqibin beynindəki gedişləri oxuyur. Əslində azərbaycanlı şahmatçılarla görüşlərdə çox vaxt məğlub olmuşam. Məmmədyarovun hazırda əla formada olduğunu hamı görür. Şəhriyar son aylar bütün turnirlərdə yüksək yerləri tutur... Burda imkan daxilində parkda gəzirəm. Gün ərzində 3-4 kilometr gəzməyə çalışıram. Ya da sürətlə qaçıram. İstirahət etməyə vaxtım olmur. Şəmkirə özümlə iki kitab gətirmişəm. Ancaq hələ bir səhifə də oxumamışam. Çünki vaxt olmur. Sonuncu dəfə futbol oynayanda məşq zamanı zədə aldım. Təsəvvür edirsiz, oyundan əvvəl məşq edəndə ayağımı zədələdim. Ona görə yəqin Şəmkirdə futbol oynamayacam. Ehtiyatda oturmaqla komandaya daha çox fayda verə bilərəm... Vüqar Həşimovla müxtəlif turnirlərdə 9 görüş keçirmişik. Beş görüşdə Vüqar qələbə qazanıb. Onunla oyunlarımız çox maraqlı gedişlərlə yadda qalıb. Bəzən üstünlük qazandığım vaxtlarda belə partiyada dönüş yaradırdı. Onun üçün ən pis vəziyyət belə son sayılmırdı. Həşimov 5-6 saat şahmat oynamaqdan yorulmurdu. Bu adam şahmatda sona qədər mübarizə aparmaqdan həzz alırdı. Onun vəfatı xəbərinə çox üzüldüm. Dünya şahmatı və idmanı üçün böyük itkidi. Təşkilatçılara belə gözəl turnir keçirdiklərinə görə “çox sağ ol” deyirəm. Vüqarın adına layiq yarışdı”.
Teymur Rəcəbov: "Oyun haqda çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdu. Sonuncu dəfə Londonda keçirilən İddiaçıların Turnirinin startında bu qədər çox heç-heçə qeydə alınmışdı... Dünya çempionu titulu tam başqadı. Çempionluğun üstünlükləri var. Özümlə harasa aşpazla yollanmaq haqda heç vaxt düşünməmişəm. Çünki buna ehtiyac olmayıb. Hazırda yeməyə ciddi diqqət edirəm. Bir qədər artıq çəkim olduğu üçün kalorisi çox olan qidalardan uzaq oluram. Məsələn, kabab və başqa belə qidaları yemirəm. Ümumiyyətlə, qidalanmaya fikir vermək çox vacibdi”.
Maqnus Karlsen: “Açığı, dünən çox yorğum idim. Rauf Məmmədovla partiyamız gec başa çatdı. Mətbuat konfransları çox uzun olur. Üstəlik, suallar veriləndə daha gec başa çatır. Həm də nəticədən razı qalmadım. Belə partiyadan sonra bəzən media qarşısına çıxmaq istəmirsən. Ötən gün mən çox yorğun idim. Dərhal növbəti rəqiblə oyuna hazırlaşmaq haqda düşünürdüm... Heç-heçələri çox vaxt sevmirəm. Amma qaçılmaz oldu. Teymurla oyunda gedişlər təkrarlandı. Ona görə bərabərlik qeydə alındı. Növbəti turda, nəhayət, ilk qələbəni qazanmaq istəyirəm. Ardıcıl 4 partiyada udmamışam. Belə nəticəyə öyrəşən şahmatçı deyiləm. Ən çox ikinci turdakı nəticəyə əsəbləşdim. David Navarayla oyunda üstünlük qazanmaq imkanı var idi. Bu şansı qaçırdım. Çox məyus olmuşdum. Azərbaycan şahmatçılarına qarşı qara fiqurlarla oynamışam. Çox diqqətli çıxış edirlər. Ona görə də onları məğlub etmək mümkün olmur. Şəmkirdə yerli şahmatçılar sanki toxunulmazdı. İstədiyim oyun onlara qarşı alınmır... Təşkilatçılığı yüksək qiymətləndirməliyəm. Artıq Şəmkirə üçüncü səfərimdi. Həmişə özümə qarşı yüksək diqqət görmüşəm. Təqdim olunan yeməklər çox dadlıdı. Sadəcə, aşpazım sevdiyim yemək və içkiləri daha yaxşı tanıyır. Bəzən özəl şəkərsiz içkilər hazırlayır. Pəhriz saxlamıram. Lakin şəkərli içkiləri qəbul etmirəm. Aşpazım istədiyim yeməyi qısa müddətdə hazırlayır”.
Nona Qaprindaşvili: "Şəmkirdə ilk dəfə qonağam. Əslində, açılışdan sonra Gürcüstana qayıtmalıydım. Lakin iştirakçıların adını öyrənəndə bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Çox güclü heyət formalaşıb. Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və başqalarının Şəmkirdə yarışması şahmat bayramıdı. Xüsusilə yarışın Vüqar Həşimovun xatirəsinə həsr olunmasını qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindi. Ona görə belə turnirlərin təşkili çox vacibdi. Artıq 5-ci dəfə keçirilir, deməli, özünəməxsus tarixə malikdi… Şəhriyar son iki ildə möhtəşəm oyun sərgiləyir. Berlindəki yarışda qələbə qazanmağa çox yaxın idi. Bir məğlubiyyət onu geri saldı. Bununla belə, Şəhriyarın potensialını yüksək qiymətləndirirəm. Bu adam dünya çempionu olmağa qadirdi. Ancaq əvvəlcə çempionla görüşə vəsiqə qazanmaq lazımdı. Ümumiyyətlə, Azərbaycanda şahmat inkişafdadı. Daha çox kişi şahmatçıların uğurlarını izləyirik. Məmmədyarov, Rəcəbov, Məmmədov və başqalarının Avropada güclülər sırasında olmasını unutmaq olmaq. Ötən il yığmanız üçüncü dəfə Avropa çempionu oldu. Adi komanda qitə çempionu ola bilməz. Azərbaycanda güclü şahmat və təşkilatçılıq ənənələri var. Sizin Şahmat Olimpiadasını necə keçirməyiniz unudulmayıb. Şahmat yarışlarına xüsusi yanaşması var. Superturnir yüksək səviyyədə təşkil olunub. Heyət çox güclüdü. İlk turda zala daxil olanda köhnə illəri yada saldım. İnanın, “ShamkirChess 2018” kimi turnirdə iştirak etməyi hər şahmatçı arzulayır. Bu heyəti görəndə şahmat oynadığım vaxtlar yadıma düşdü. Bir anlıq mən də bu iştirakçıların yanında olmaq, belə turnirdə qələbə uğrunda yarışmaq istədim".
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar