10 fev 00:04idman, manset

İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq

İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-da satışa çıxarılacaq
Ruslan Abışov da səfir oldu

Dünən İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimini keçirmək məqsədi ilə Oyunların idmançı və ulduz səfirlərini bir araya gətirib. Tədbirdə AİHOƏK-in korporativ direktoru Elçin Səfərov və başqa rəsmilər iştirak edib. Səfərov bunları deyib: “4-cü İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviləşməsində, icitmaiyyətin Oyunlara daha böyük maraq göstərməsində önəmli rol oynayacaq. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridi. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq”.
İslam Həmrəyliyi Oyunlarının səfiri kimi seçilmiş ulduz və idmançılar Oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı, geriyəsayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə pərəstişkarlar arasında Oyunların təbliğinə dəstəyi təmin edəcəklər. AİHOƏK rəsmilərinin çıxışından sonra tədbirin aparıcısı idmançı və ulduz səfirləri ictimaiyyətə təqdim edib. Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb. Bakı-2017-də idmançı səfirlər isə Rəsul Çunayev (yunan-roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) olacaq.
Təqdimatdan sonra səfirlər İHO-nun mesajı olan “birlik”, “sülh”, “hörmət” və “mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürmək, üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd edib.
“Grassroots” proqramı çərçivəsində proqrama yerli atletlərlə yanaşı, əcnəbi ftletlər də qoşulub. Bu günə olan əcnəbi atletlərin təsdiqlənmiş sayı 16 idmançıdan ibarətdi. Tədbirdə İHO-nun başqa ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş olunub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq üzrə dünya və Asiya çempionu Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum beynəlxalq idmançı səfirlər sırasındadı. O videomüraciətində bunları deyib: “İHO-da mübarizə aparacaq hər idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdı”.
Yeri gəlmişkən, İHO-nun biletləri martın 19-da satışa çıxarılacaq. Ən ucuz biletin qiyməti 2 manat olacaq. 20 idman növü üzrə 500 mindən artıq biletin satışa çıxarılması nəzərdə tutulur. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcək. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə “Park Bulvar”, “Gənclik Mall” və “28 Mall” daxildi. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq. Bütün 190 idman oyunları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat civarında dəyişəcək. Bakı-2017 Təşkilat Komitəsi 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında keçirilən sessiyalar üçün güzəştli biletlərdən yararlanmağa səsləyir. 2-16 yaş aralığında uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna biletlərin qiyməti 1 manat olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat civarında olacaqsa, bağlanış mərasimi üçün 10-100 manat aralığında dəyişəcək.
Gənclər və idman naziri Azad Rəhimov biletlərlə bağlı bunları deyib: “Şəhərimizin, demək olar ki, hər yerində bilet satışının təşkili əhalinin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli amillərdən biri əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə yanaşı, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudu”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar