20 apr 01:18idman

Karlsen Məmmədyarovu əsas rəqib sayır

Karlsen Məmmədyarovu əsas rəqib sayır
“Bunu ingiliscəyə tərcümə etməyin”
“ShamkirChess” superturnirinin açılış mərasimi başa çatandan sonra qrossmeysterlərin iştirakıyla mətbuat konfransı keçirildi. Yalnız tədbirə gecikən Dinq Lirenə heç kim sual vermədi. Mətbuat konfransı maraqlı və gülməli anlarla zəngin oldu.
Teymur Rəcəbov: “Bir qayda olaraq superturnirlərdə oynayıram. Bu üzdən başqa yarışlarda çıxış etmirəm. Şəmkirə də superturnir olduğu üçün gəlmişəm. Mövsümün ikinci yarısında daha çox yarışda iştirak edəcəm. Bəlkə iyundan sonra iki dəfə oynadım. Şəhriyarla çox vaxt heç-heçə edirik? Burda da eyni nəticə qeydə alına bilər. Amma bunu əminliklə söyləmək olmaz. Şəhriyar getdikcə oyununu gücləndirir”.
Şəhriyar Məmmədyarov: “Bura asudə vaxtda əylənmək üçün nərd gətirmişəm. Bu yarışa Vladimir Feodeseyevlə hazırlaşmışam. Ancaq onunla nə vaxtdan işlədiyimi deyə bilmərəm. Bu biznes sirridi. Karlsen dünyanın ən güclü şahmatçısı olduğunu dəfələrlə sübut edib. İki dəfə Şəmkirdə qalib gəlib. Mən isə onun iştirak etmədiyi yarışlarda 2 titula yiyələnmişəm. Təəssüf ki, bu dəfə gəlib. Bunu ingiliscəyə tərcümə etməyin (gülür). Onu burda yenidən görmək xoşdu. Əsas favorit sözsüz ki, Maqnusdu. İddiaçıların Turnirində çıxış edərkən Azərbaycandan inanılmaz dəstək gördüm. Sosial şəbəkələrdə yazırdılar, dəstək verirdilər. Fikirləşirəm ki, ordakı çıxışım ölkədə şahmatın populyarlaşmasına daha da kömək oldu. Yalnız Almaniyada yaşayan soydaşlarımdan yetərincə dəstək almadım. Narazılığım, sadəcə, bundan idi. Dinq Lirenə uduzduğum üçün ona acıqlı deyiləm. Ona qalsa, gərək burdakı bütün şahmatçılara kin saxlayam. Çünki hamısına müxtəlif vaxtlarda uduzmuşam. İddiaçıların Turnirindən sonra Rusiya və Gürcüstanda oldum. Hərdən müvəqqəti şahmatdan uzaqlaşmaq lazımdı”.
Maqnus Karlsen: “Bu yarışda əsas rəqib reytinqinə və yüksək formada olmasına görə Şəhriyardı. Ancaq burda çoxlu güclü şahmatçılar var ki, turnirin qalibi ola bilər. Sözsüz, Norveç səyyahı Tur Heyerdalı tanıyıram. Əslində şəxsən tanımıram. Çünki vəfat edib. Amma haqqında eşitmişəm. Onun norveçlilərlə azərbaycanlıların bağlılığı haqda dediklərindən də xəbərim var. Elə buna görə burdayam (gülür). Batumidə keçiriləcək Şahmat Olimpiadasında iştirak edib-etməyəcəyimi bilmirəm. Hələ buna qərar verməmişəm. Futbolda olduğu kimi, burda da əsas məqsəd maksimum xal qazanmaqdı. Azərbaycanda uğurlu çıxış edirəm. Bəlkə gələcəkdə də burdakı yarışlarda çıxış edəcəm”.
Radoslav Voytaşek: “Vladimir Kramnikin imtinasından sonra bu turnirdə iştirakla bağlı mənə təklif gəldi. Fikirləşib qərar vermək cəmi 2 dəqiqə çəkdi”.
Aniş Giri: “Artıq çox gənc yaşlarında uğur qazanan şahmatçılar var. İki-üç ildən sonra mən də veteranlardan sayılacam. Ümid edirəm ki, yaşlanana kimi heç olmasa, bir-iki yarışda qalib gələcəm”.
Sergey Karyakin: “İddiaçıların Turnirində Levonun Fabianoya məğlubiyyəti məni məyus etmişdi. Ancaq Aronyanın Karuanaya bilərəkdən uduzduğunu qətiyyən düşünmürəm”.
Veselin Topalov: “Gələn təkliflərə əsasən yarışlarda iştirak edib-etməməyə qərar verirəm. Şahmatçı kimi yaxşı formada deyiləm. Ancaq futbol oynamaq üçün hazıram” (gülür).
Rauf Məmmədov: “Yarışın rəsmi saytına müsahibəmdə Şəmkirdə fərqli Rauf görəcəyinizi demişdim. Çəkilən şəkillərdən də hiss olunur. Fərqli düşürəm”.
David Navara: “Elit turnirlərdə çox iştirak etmirəm. Ümid edirəm ki, oyunlar zamanı göründüyüm kimi belə utancaq olmayacam. Mümkün qədər yaxşı oynamağa çalışacam”.
SƏRXAN, Şəmkir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 Həftənin idman proqramı Bu gün, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də Bu gün, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq Bu gün, 14:12 Yığma şotlandlardan "2 aldı" Bu gün, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! Bu gün, 13:47 "Qarabağ" fərqi minimuma endirdi Bu gün, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi Bu gün, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! Bu gün, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu Bu gün, 13:40 Murad Moldovada baxışdadı Bu gün, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? Bu gün, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi Bu gün, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış Bütün xəbərlər
Ən çox oxunanlar