18 apr 20:16idman

Yığma sabah toplanışa başlayır

Yığma sabah toplanışa başlayır
Famil Ağayev: “Federasiya komandaların sayını 6-7-yə çatdırmaq istəyir”
Beləliklə, qadın voleybolçular arasında daha bir ölkə çempionatına yekun vurduq. 2017/18 mövsümü istər kəmiyyət, istərsə də keyfiyyət sarıdan son 10 ilin ən zəif birinciliyi oldu. Cəmi 4 komandanın mübarizə apardığı yarışda “Azərreyl” deyə-gülə çempionluq sevinci yaşadı. Titulunu çox rahat qoruyan Famil Ağayevin komandası yalnız son turda məğlubiyyətin nə olduğunu bildi. “Azəryol”un xələfi olan “Abşeron” əsasən çimərlik voleybolundan gələn oyunçuların liderliyi fonunda gümüş medal qazandı. Əslində AVF hər iki komandaya ciddi müqavimət göstərə bilərdi. Ancaq Ayşən Abduləzimovanın mövsüm ərəfəsində zədələnməsi planları pozdu. Bu azmış kimi, yığmanın əsas toppaylayıcısı Kristina Yaqubova da sıradan çıxdı. Belədə Adnan Kistakın komandası bürünc medalla kifayətləndi. Heyətinə görə ən gənc kollektiv olan “Lokomotiv” isə fiaskoyla üzləşdi. Vüqar Əliyevin yetirmələrinin təsəllisi son turda AVF üzərində qələbə oldu.
Mövsümün son oyunundan (“Abşeron” – “Azərreyl”) əvvəl Famil Ağayevdən müsahibə götürdük. Həm çempionu çalışdıran, həm də yığmada məşqçilik edən gənc mütəxəssislə qadın voleybolunun bugünkü durumu və gələcək planlar ətrafında danışdıq.
- Mövsüm ərəfəsində çempionatın belə asan keçəcəyini gözləyirdinmi?
- Açığı, yox. Çünki “Abşeron”a 4 legioner gəlmişdi. Anastasiya Bessonova kimi güclü oyunçuları var idi. Təəssüf ki, onlar gec yığışdı. Bu da bizim işimizə yaradı. Bütün oyunları rahat oynadıq. “Abşeron” da pis çıxış etmədi. Amma bu komandanın müəyyən gücü var. “Azərreyl” bu il bir addım öndə idi. Düzdü, bizdə də güclü legionerlər yox idi. Biz də təlim-məşq toplanışına gec başlamışdıq. “Çağırış” kubokunda ilk oyunda buna görə uduzduq. Gecikmə yığmanın Avropa çempionatında çıxış etməsiylə bağlıydı. Onsuz da milli olan yerdə klub mənim üçün həmişə arxa planda olur. Mənim üçün əsas yığmadı. Çox gecikdik. Əvvəlcə cəmi 7 oyunçu var idi. Avrokubok oyunları üçün başqa klublardan voleybolçuları müvəqqəti icarəyə götürdük. “Ştiinta” ilə oyunda bəxtimiz gətirmədi. Rəqibə qalib gələ bilərdik. Çempionatı 4 komanda ilə başa vurduq. Buna da şükür etmək lazımdı. İnşallah, növbəti mövsümlə bağlı planlar böyükdü. Federasiya komandaların sayını 6-7-yə çatdırmaq istəyir. Millinin uğur qazanması üçün voleybolçular mövsümboyu oynamalıdı. Bunun üçün də çempionatın səviyyəsi yüksək olmalıdı. Növbəti mövsümdən avrokuboklarda iki klubumuzun çıxış etməsini istəyirik. Hər şey yolunda getsə, inşallah, gələcəkdə yaxşı olacaq. Bu il pis-yaxşı çempion olduq. Titul qazanmağı hamı istəyir. Bu nəticəyə görə sevinirəm. Daha çox komandanın iştirak etdiyi turnirdə və gərgin oyunlarda qalib gələndə daha çox sevinirsən. Daha çəkişməli oyunlar olmasını istərdim.
- Mövsüm ərəfəsində ən yaxşı yerli oyunçuların “Lokomotiv”də olduğunu söyləmişdiz. Ancaq bu komanda autsayder oldu…
- Nəzərə alaq ki, heyəti gənclərdən qurulub. Onlardan dərhal uğur gözləmək doğru olmaz. Yaxşı mübarizə apardılar. 5-6 oyun gərgin keçdi. 15-16 yaşlı qızların indi nəticə verməsi mümkün deyil. Növbəti mövsümdən bu voleybolçulardan müxtəlif klublara oyunçular gedəcək. Hazırda “Lokomotiv”in missiyası oyunçu yetişdirməkdi. Amma Vüqar Əliyevdən çox şey asılıdı. Bəlkə növbəti mövsüm heyəti qorumağı fikirləşib, heç kimə oyunçu vermədi. Hər şey ola bilər.
- Növbəti mövsüm “Azərreyl”də heyət sıfırdan yığılacaq?
- 7-8 ildi bu klubda işləyirəm. Hər il belə olub. Heyət əsaslı şəkildə dəyişir. Ötən mövsüm 8, bu mövsüm isə 10 yerli oyunçumuz vardı. 3 il əvvəl “Azərreyl”də ən yaxşı halda iki-üç yerli voleybolçu oynayırdı. Polina Rəhimova və Odina Bayramova kimi oyunçular da indi legioner həyatı yaşayır. Məcbur olub gənc oyunçulardan heyət qurduq. Yerliləri növbəti mövsüm üçün kollektivdə saxlamaq istəyirəm. Bəzi zonalarda boşluqları doldurmaq üçün isə legioner almağa məcburuq.
- Builki legionerlərdən nə dərəcədə razı qaldız?
- Düzdü, heç biri ulduz deyil. Ancaq Svetlana Dorsmanla Anna Dovqopolyukdan çox razı qaldım. Təkcə oyunla iş bitmir. İntizam da nəzərə alınır. Bütün bunlara kompleks yanaşsaq, ümidlərimi doğrultdular. Onlarla işləmək rahatdı. Onlardan nə istədiyimi başa düşürlər.
- Mövsümün kəşfi kimi hansı voleybolçunun adını çəkə bilərsiz?
- “Abşeron”da çıxış edən ukraynalı blokçu Yekaterina Kalçenko çox xoşuma gəldi. Yerlilərdən Anastasiya Bessonovanı gələcəkdə “Azərreyl”də görmək istərdim. 4-cü zona hücumçusu gənc və perspektivli voleybolçudu. Amma hər şey mənim istədiyim kimi olmur. Növbəti mövsümdə klubların sayı artsa, bütün güclü yerli oyunçuları “Azərreyl”ə cəlb edə bilmərəm. Çünki bildiyiniz kimi, ölkə çempionatında limit var. Oyun zamanı meydanda üç yerli voleybolçu olmalıdı. Belədə yerlilər bu il olduğu kimi komandalara balanslı paylanmalıdı.
- Yekaterina Jidkova son illər ölkə daxilində parlayan voleybolçulardandı. Ancaq hələ də yığmada nadir hallarda meydana çıxır. Bu mövsüm necə təsir bağışladı?
- İkinci mövsümdü rəhbərliyim altında oynayır. Onun potensialı böyükdü. Solaxay hücumçudu. Millidə Polina Rəhimova daim oynayır. Bəzən Katyanı çox kölgədə qoyur. Bu da Jidkovaya pis təsir edir. Həmişə Polinanın oynaması onu sındırır. Onunla bu haqda dəfələrlə danışmışam. Bütün oyunçulara demişəm ki, siz bu gün yox, sabah üçün oynayın. “Azərreyl”də özünü göstərib, növbəti mövsüm ölkə xaricindən təkliflər ala bilərsən. Belədə güclü çempionatlarda çıxış etmək imkanı yaranacaq.
- İndi isə keçək yığmaya. Valeriya Məmmədova mövsüm bitəndən sonra karyerasını başa vuracağını demişdi. Onun ən azı dünya çempionatında oynamaq imkanı var?
- Onun komandada olması böyük güvəndi. O, meydana çıxanda bilirik ki, topun qəbulunda, müdafiədə ciddi problem olmayacaq. Onun varlığı komanda üçün böyük dəstəkdi. Mundialda çox güclü qrupa düşmüşük. Hətta deyərdim ki, “ölüm qrupu”du. Çox istərdim ki, Valeriya DÇ-də oynasın. Elə hamı bunu istəyir. Düşünürəm ki, Məmmədova komandanı tək qoymaz. Qarşımızda böyük hədəf var. Bu hədəfə çatmaq üçün onun köməyi bizə çox lazımdı.
- Bu mövsüm əksər yığma üzvləri legioner həyatı yaşadı. Hansı voleybolçularımız üçün 2017/18 “voleybol ili”ni uğurlu saymaq olar?
- Demək olar ki, milli üzvlərinin bütün oyunlarını izləmişəm. Hər görüşdən sonra da statistik göstəricilərinə nəzər salmışam. Bu il ən çox Yana Kulanın çıxışı xoşuma gəldi. “Bəylikdüzü”nün heyətində olduqca məhsuldar çıxış etdi. Düzdü, Polinanın da göstəriciləri yaxşı olub. Ancaq Rəhimovanın heyətində yer aldığı “Fənərbaxça” Çempionlar Liqasında uğurlu çıxış etmədi. Polina enişli-yoxuşlu qrafik cızdı. Odina pis başladı. Komandaya uyğunlaşdıqdan sonra yüksəlişə keçdi. Alyona Həsənova və Anastasiya Qurbanovanın Fransa çempionatındakı göstəriciləri yaxşıdı. Mənə çatmayan Yelizaveta Səmədovanın İtaliyada oynamaması oldu. Düzdü, məşqçinin işinə qarışmaq olmaz. Çox istərdim ki, A seriyasında oyun təcrübəsi qazansın.
- Mövsümü boşa verməsi DÇ-dəki çıxışına mənfi təsir göstərə bilər?
- Əlbəttə. Belə güclü çempionatda oynaması ona böyük təcrübə qazandıracaqdı. Ancaq Liza mövsümboyu ehtiyatda qaldı. Ona görə çox pis oldum. Bəlkə də bir az zəif komandaya gedib, daim oynamağa üstünlük verməliydi. Bu, onun üçün daha yaxşı olardı. Çünki 10 məşqdənsə, 1 oyun daha üstündü.
- Alyonanın “artırması” üçün Fransa çempionatı nə dərəcədə münasib birincilikdi?
- Əsas odu ki, Həsənova daim oynayır. Alyona “Fənərbaxça”, İtaliyanın istənilən nəhəng klublarında oynaya biləcək potensiala sahibdi. Hücumlarını deyə bilmərəm, ancaq hazırda dünyanın ən yaxşı 4-5 blokçusundan biridi. Bəlkə növbəti mövsümdən daha iddialı komandada çıxış edəcək.
- Bu yay yığmamız Qızıl Avropa Liqasında çıxış edəcək. Faiq Qarayev optimal heyətə şans verəcək, yoxsa gənclərlə təcrübəlilərin sintezini quracaq?
- Aprelin 18-də millinin təlim-məşq toplanışı başlayacaq. Hələ heyətlə bağlı məsələ sual altındadı. Zədəli voleybolçularımız var. Onların müalicə olunub, sırf dünya çempionatına yetişdirilməsi mümkündü. Bəziləri isə Avroliqada oynaya bilər.
- Hazırda kimlərin zədəsi davam edir?
- Ayşən Abduləzimova, Kristina Yaqubova və Oksana Kiselyova zədəlidi. Üçünün də durumu eynidi. Avroliqanı, çox güman, buraxacaqlar. Ancaq onları mundiala kimi hazır vəziyyətə çatdırmaq olar.
- Yaqubovanın yoxluğunda əsas toppaylayıcımız Şəfaqət Həbibova olacaq. Bu voleybolçu nə dərəcədə “artırıb”?
- İnkişaf var. Sadəcə, sabit oynamır. Onunla həmişə danışıram. Özü də bunun fərqindədi. Əlavə məşqlər də edir. Hələ sabitliyi qoruya bilmir. Bunsuz isə mümkün deyil. Kristina çatdırmasa, Şəfaqət DÇ-də əsas heyət üzvü olacaq. Elə məhz buna görə mövsümboyu onu oynatdım ki, daha da “artırsın”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar