17 apr 15:38idman

Kramnik şahmatçımızın kumirinə çevrilib

Kramnik şahmatçımızın kumirinə çevrilib
“Bu dəfə Şəmkirdə fərqli Rauf olacaq”
Bildiyiniz kimi, aprelin 19-da Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinə start veriləcək. Bundan bir gün əvvəl Heydər Əliyev adına Mədəniyyət Evində açılış mərasimi keçiriləcək. Hər il olduğu kimi, bu dəfə də oyunlar yarışın rəsmi saytı (www.shamkirchess.com) vasitəsilə canlı yayınlanacaq. Partiyaları ana dilimizdə əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcəksə, ingiliscə qrossmeysterlər Lyubomir Lyuboyeviçlə (Serbiya) İqor Henkin (Almaniya) incələyəcək. Onlayn rejimdə şahmatçıların mətbuat konfransları da göstəriləcək.
Bu arada iştirakçılar arasında olacaq Rauf Məmmədov superturnirin saytına müsahibə verib. Yığma üzvü Şəmkirdəki hədəfindən, rəqiblərdən, İddiaçıların Turnirindən və Vüqar Həşimovdan danışıb.
- Özünü bu heyətdə necə hiss edirsən?
- Dördüncü dəfə Şəmkirdəki turnirdə iştirak edəcəm. Belə güclü şahmatçılar arasında olmaq xoş hisslər yaradı. Şəmkirdə güclü rəqabətin olacağını düşünürəm. Fikrimcə, hər iştirakçı mümkün qədər yaxşı mübarizə nümayiş etdirməyə çalışacaq. Turnir çox maraqlı olacaq.
- Necə düşünürsən, əsas mübarizə FİDE reytinqində ilk iki pillədə qərarlaşan Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov arasında olacaq?
- Reytinq şahmatda vacibdi, amma hər şeyi həll etmir. Sözsüz, dünya çempionunun Şəmkirdə iştirakı yarışa marağı artıracaq. Şəhriyar da favoritlərdən biridi. Bununla belə, başqa şahmatçıları da unutmaq olmaz. 9 turdan ibarət mübarizədə xal itkiləri olacaq. Dinq Liren, Sergey Karyakin və Aniş Giri də iddialıdı. Bu üzdən mübarizənin yalnız Karlsenlə Məmmədyarov arasında gedəcəyi fikriylə razı deyiləm. Vladimir Kramnikin bu yarışda iştirak etməyəcəyi ilə bağlı xəbər əhvalımı korladı.
- Sabiq dünya çempionunun Şəmkirdə olmaması rəqabəti azaldır?
- Rəqabət azalmayacaq. Şəmkirdə onsuz da əksər iştirakçılar FİDE reytinqində yüksək yerlərdə qərarlaşıb. Son illər Kramnikə böyük rəğbətim yaranıb. Vladimir Borisoviç kumirimə çevrilib. Onun nümayiş etdirdiyi partiyalar çox maraqlıdı. Gedişləri, çətin vəziyyətlərdən çıxış yolu tapması, eləcə də sona qədər mübarizə aparmasını qeyd etməliyəm. Kramniki Şəmkirdə görmək çox xoş olardı. Ona qarşı oynamaq hər zaman maraqlıdı.
- Berlində keçirilən İddiaçıların Turnirində Şəhriyar 8 xalla ikinci oldu. Həmin yarışda qalib olmaq üçün Məmmədyarova nə çatmadı?
- Şəhriyar Berlində çox yaxşı partiyalar oynadı. Lirenə uduzandan sonra sınmadı. Mübarizəni davam etdirdi. Fikrimcə, yorğunluq sözünü dedi. Əks halda o, Çin şahmatçısına qarşı belə oynamazdı.
- Şəmkirdə hansı şahmatçı Rauf üçün uğursuz rəqib hesab olunur?
- Bu turnirdə olmaq böyük hadisədi. Şəmkirdəki şahmatçılarla tez-tez oynamırıq. Bu üzdən fərqli mübarizə gözləyirəm. Hər rəqiblə şahmat taxtası arxasında mübarizə aparmaq xoşdu. Karlsen, Məmmədyarov, Liren, Karyakin və başqaları... Təşkilatçılar ən güclüləri dəvət edib. Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinə təşəkkür edirəm.
- Əsas hədəfin nə olacaq?
- Ötən il Şəmkirdə oynamamışam. İki il əvvəl iştirak edəndə reytinqim indi olduğu qədər deyildi. Bu il əmsalım 2700-dən çoxdu. Bu dəfə Şəmkirdə fərqli Rauf olacaq. Bütün oyunlara ciddi hazırlaşmağa çalışacam.
- Vüqarın adını daşıyan yarışda iştirak etmək səndə hansı hissləri yaradır?
- Vüqar həmişə ölkəmizdə belə turnirin keçirilməsini arzulayırdı. Özü də iştirak etmək istəyirdi. Həyat qəribəliklərlə zəngindi. İndi belə turnir var, amma Vüqar orda yoxdu. Yarış onun adını daşıyır. Vüqarın adı gələndə həmişə 2009-da Serbiyada keçirilən Avropa çempionatındakı qələbəni xatırlayıram. Vüqar adını şahmat tarixinə qızıl hərflərlə yazıb. Həmişə bizimlədi. Bu yarışın təşkili onun adınının əbədiləşdirilməsinə kömək olur.
Yeri gəlmişkən, yarışın daimi iştirakçılarından olan Sergey Karyakin Memorial haqda Rusiya mətbuatına danışıb: “Dəfələrlə demişəm ki, Vüqarla çox yaxşı və isti münasibətlərimiz olub. Biz onunla dostluq edirdik. Çox şadam ki, məni hər zaman Həşimovun xatirəsinə keçirilən turnirə dəvət edirlər. Bu, mənim üçün böyük şərəfdi. Yarış əla səviyyədədi. Heyət maraqlı, təşkilatçılığın səviyyəsi yüksəkdi. Azərbaycan prezidentiylə görüşümüz də planlaşdırılır. Bilirəm ki, İlham Əliyev şahmatı sevir və dəstək verir. Əhval-ruhiyyəm yüksəkdi. Ümid edirəm ki, məndə hər şey alınacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Bu gün, 01:20 “Qarabağ” Avropada tək deyil Bu gün, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Bu gün, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Bu gün, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Bu gün, 01:14 NTD: ardıcıl ikinci dəfə Bu gün, 01:13 İki boksçumuz yarımfinalda Bu gün, 01:12 Liderdən ağır məğlubiyyət Bu gün, 01:11 Natalya finalda çökdü Bu gün, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Bu gün, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Bu gün, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Bu gün, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Bu gün, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Bu gün, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Bu gün, 00:18 Turun statistikası Bu gün, 00:15 Turun məşqçisi Bu gün, 00:13 Hakimlərin mühakiməsi Bu gün, 00:12 Turun oyunçusu Bu gün, 00:10 Turun sitatı Bu gün, 00:09 Turdan məqamlar Bu gün, 00:06 Debütant zirvəni fəth etdi Bu gün, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Bu gün, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Bu gün, 00:01 “Sülh”lə başladılar Dünən, 23:59 “Qəbələ” ilk titulunu qazandı Dünən, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu Dünən, 13:16 “Kobra”dan növbəti qələbə Dünən, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu Dünən, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi Dünən, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Dünən, 13:05 “Nyonda Sumqayıtda qaçdığım qədər qaçmadım” Dünən, 13:00 Qurban Qurbanov: “Deməzdim ki, rəqabətsiz çempion olmuşuq” Dünən, 12:55 “Qarabağ” çempionluğu Sumqayıtda rəsmiləşdirdi Dünən, 12:51 Ölkə kubokunun püşkü atıldı Dünən, 12:49 “Neftçi” şansını artırdı, “Zirə” azaltdı Dünən, 12:40 Qriqorçuk yenə hakimlikdən gileyləndi Dünən, 12:37 Ruslan Abışov bu dəfə qəhrəman oldu Dünən, 12:33 “Zirə”ni Maksimovun əvəzetmələri yıxdı Dünən, 12:28 “Yasamal” “Neftçi”nin medal şansını çətinə saldı Dünən, 12:26 Şəhriyar qələbəni məğlubiyyətə çevirdi Dünən, 12:24 Təbrizlilər üçün “sülh” həftəsi Dünən, 12:22 “Səbail”ə sərf etməyən heç-heçə Dünən, 12:17 Mərkəzi oyunda 2 dəqiqəyə 6 qol vuruldu Dünən, 12:16 “Keşlə”dən 13-cü heç-heçə 23-04-2018, 21:45 “Şövkət Orduxanov”da yenidənqurmaya start verildi 23-04-2018, 21:43 Klublar Komitəsi apreldə bir araya gəlməyəcək 23-04-2018, 21:42 Tərlan Əhmədovun sələflərindən fərqi 23-04-2018, 21:40 Ukrayna mətbuatı həmyerlilərinin uğurundan yazdı 23-04-2018, 20:06 İlqar Qurbanov Qriqorçukun qərarına hörmətlə yanaşır 23-04-2018, 20:03 “Keşlə”lilər üçün finalın qarşılığı: 3 min manat 23-04-2018, 20:02 Əliyar Ağayev MS-nin futbolçusunu meydandan qovdu 23-04-2018, 20:01 Azər Məmmədovun komandası Türkiyəyə gedir 23-04-2018, 19:59 Debütantlar turu darmadağınla yekunlaşdırdı 23-04-2018, 19:57 Cavid İmamverdiyev hələ qərar verməyib 23-04-2018, 19:54 “Qəbələ” hegemonluğunu davam etdirir 23-04-2018, 19:53 Elxan Məmmədov UEFA-nın tədbirində Bütün xəbərlər
Ən çox oxunanlar