Yazarlar
Amal
Təşəkkürlər, RaufHəbib
46 yaşınız mübarək!
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya

Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub

“Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri?

“Qəbələ” radikal islahatlara hazırlaşır

Samir Abasovu “Sumqayıt”dan qoparmaq istəyirlər

Bürokratiya qurbanı olan AFFA və yığma üzvləri

“...Həmişə Şəhriyara kömək etmişəm, edirəm və edəcəm də”

Mehman Allahverdiyev ilyarımlıq susqunluğu pozdu

Butragenyo Romada Asif Əsgərovla zarafat edib

PFL divizionla bağlı inqilabi dəyişikliklərə hazırlaşır

Elvin Yunuszadənin dayısı Qurban Qurbanova haqq qazandırdı

Amil Yunanov bombardir olmaq istəyir

Rauf Əliyev “Qəbələ”də!

İrəli, Şah, Azərbaycan uğrunda...
17 apr 15:15idman
“Azərreyl” yenilgisiz bitirə bilmədi

Dünən qadın voleybolçular arasında ölkə çempionatına yekun vuruldu. Dərnəgül Voleybol Mərkəzində keçirilən sonuncu - 12-ci tur sürpriz nəticələrlə yadda qaldı. Legionerləri vaxtından tez yola salan AVF autsayderə boyun əydi. Bu, Vüqar Əliyevin yetirmələrinin cari mövsümdə ilk və son qələbəsi oldu. Son görüşə Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovla 1-ci vitse-prezidenti Faiq Qarayev də özünü yetirdi. Ancaq onlar fərqli yerlərdən “Abşeron” – “Azərreyl” görüşünü izlədi. Bir neçə tur öncə çempionluğu rəsmiləşdirən Famil Ağayevin komandası arxayınlığın qurbanı oldu. Belə ki, “Azərreyl” ilk seti çox rahat qazansa da, sonrakı setləri əldən verərək, mövsümü məğlubiyyətsiz bitirmək imkanını qaçırdı. Bu qarşılaşmadan dərhal sonra mükafatlandırma mərasimi baş tutdu. Daha öncədən məlum olduğu kimi, “Azərreyl” qızıl, “Abşeron” gümüş, AVF bürünc medala sahib çıxdı. Dövlət himninin səsləndirilməsiylə mövsümə yekun vuruldu.
AVF - Lokomotiv 1:3 (18:25, 23:25, 25:14, 21:25), Abşeron – Azərreyl 3:1 (12:25, 25:22, 25:21, 25:15)
1. Azərreyl 12 11 1 34-6 33
2. Abşeron 12 8 4 28-14 25
3. AVF 12 4 8 15-26 11
4. Lokomotiv 12 1 11 3-34 3
Reaksiyalar
Vəsilə Abulova, “Azərreyl”in vitse-prezidenti: “Bu çempionluğu gözləyirdik. Çünki biz “Azərreyl” olaraq, hər zaman iddialıyıq. Flaqman olduğumuzdan ölkənin ən yaxşı yerli oyunçuları, o cümlədən legionerlər bizdə çıxış edir. Son vaxtlar bəzi problemlərlə üzləşdik. Prezidentimiz dəyişdi. Sağ olsun, federasiya prezidenti Cavid Qurbanov. O, bütün komandalara dəstək olur. Bizə də həmçinin. Gələcəkdə bizi daha yaxşı nəticələr gözləyir. Növbəti mövsümdə də yığma üzvlərini saxlayacağıq. Yəqin ki, komandaya yeni legionerlər cəlb olunacaq”.
Eldar Yusubov, “Abşeron”un baş məşqçisi: “Bu oyunadək “Azərreyl” çempionluğu təmin etmişdi. Bəlkə də bunun rahatlığı ilə meydana çıxmışdılar. Neçə gündü voleybolçularıma deyirdim ki, bu mövsüm “Azərreyl”ə qalib gələ bilməmişik. Əlimizdən gələni edib, son oyunda rəqibi məğlub etməliyik. Gümüş medalı mövcud vəziyyətdə yaxşı nəticə sayıram. Rəqiblərdə 4 legioner var idi. Bizim komandada isə cəmi 2 ukraynalı voleybolçu çıxış edirdi. Qalanları yerli oyunçular idi. Mövsümün ortasında onlardan biri zədələnərək sıradan çıxdı. Cəmi 1 legionerin xidmətindən istifadə edə bildim. Son oyunlarda iki libero ilə oynayırdıq. Bu da bizə çətinlik yaradırdı. “Azərreyl”də yığmanın təcrübəli simaları yer alıb. Ayrı-ayrılıqda oyunçuları götürsək, onlar bizdən çox üstündü. Bu gün qalib gəldiyimiz üçün sevinirəm. Gənclərdən kiminsə ulduz olacağını söyləmək çətindi. Bunu zaman göstərər”.
Adnan Kistak, AVF-nin çalışdırıcısı: “Məşqlərə gec başladıq. Üstəlik, Ayşən Abduləzimova və Kristina Yaqubova kimi güclü oyunçularımız zədələndiyindən komandaya kömək edə bilmədi. Legionerlərlə bağlı problemlər yarandığından gənclərə üstünlük verdik. Bütün oyunlarda yaxşı çıxış etdiyimizi düşünürəm. Bu mövsüm gənclərə özlərini göstərmək üçün əla fürsət oldu. İnşallah, növbəti mövsümdə daha çox klubun yer aldığı çempionat izləyərik. Artıq voleybolçuların sayı artıb. Bu da önəmli göstəricidi. Komandaların sayını 6-8-ə çatdırmaq olar. Burda dillə bağlı problem yaşamıram. Çünki bir az rusca bilirəm. Həm də voleybolun dili birdi. Qısaboy voleybolçular çoxluq təşkil edirsə, Tayland və Yaponiya üslubundan – müdafiəyəmeyilli və sürətli oyun anlayışından yararlanmaq olar. 1970-ci ildə Türkiyədə məşqçiliyə başlayanda 170 sm boyunda bir oyunçum var idi. Qalanları bəstəboy idi. 90-cı illərdə isə artıq qızların boyu xeyli yüksəlmişdi. Zamanla Azərbaycanda da voleybolçuların boyu yüksələcək. Bir ildən çoxdu ki, gənclərdən ibarət komandanı çalışdırıram. Məqsədim güclü ulduz oyunçular yetişdirmək yox, komanda oyununu qurmaq, hamısını eyni səviyyədə inkişaf etdirməkdi. Aprelin 20-dən toplanışa başlayacağıq. Azərbaycanın bütün bölgələrinə səslənirəm. İstedadlı qızları sınaqdan keçirməyə hazıram”.
Şərh yaz