15 apr 12:48idman

“Qəbələ”nin “Kobra”sı Moskvada çeçenlə döyüşəcək

“Qəbələ”nin “Kobra”sı Moskvada çeçenlə döyüşəcək
“Nəfəsim və hücumlarımla rəqibi sındırmağı düşünürəm”
“Qəbələ”nin idmançısı Pərviz Abdullayev aprelin 20-də peşəkar rinqdə növbəti döyüşünü keçirəcək. “Kobra” Moskvada “ACB KB 15” turniri çərçivəsində yerli İslam Baybatırovla dünya kəməri uğrunda döyüşəcək. Dünən bununla bağlı Boks Mərkəzində mətbuat konfransı keçirildi. Əvvəlcə “Qəbələ”nin başqa idman növləri üzrə meneceri Səbuhi Qarayev bunları dedi: “Futbolla yanaşı, döyüş növlərinə də dəstəyimizi davam etdiririk. Qəbələdə də müxtəlif döyüş növləri üzrə bölmələrimiz fəaliyyət göstərir. Artıq 6-cı ildi idman klubu kimi çalışırıq. Bu növlərdən biri də kikboksinqdi. Pərviz Abdullayev “ACB KB 15” turnirində kəmər uğrunda İslam Baybatırovla döyüşəcək. Hamıya məlumdu ki, zəif idmançıları kəmər döyüşlərinə buraxmırlar. Gecənin əsas döyüşü bu görüş olacaq. ACB Rusiya təşkilatıdı. Çeçen iş adamları tərəfindən qurulub. Bu yaxınlarda Bakıda MMA üzrə “ACB-83” döyüşləri baş tutdu. Ancaq kikboksinqdə 15-ci seriyası olacaq. Bu yarış 2015-ci ildən keçirilir. Pərviz nüfuzlu “Glory” turnirində də qüvvəsini sınayıb. Alim Nəbiyev də bu yarışın iştirakçısı olub. Hər ikisi “Qəbələ” İK-nın üzvüdü. Nəbiyev “Glory”də 3 döyüşdə qələbə qazanıb və kəmər uğrunda mübarizə aparacaq. Pərvizin bu döyüşü Moskvada olacaq. Hamımız ondan qələbə gözləyirik”.
Pərvizin meneceri Faiq Abdullayevin fikirləri isə belə oldu: “Çox güman, Moskvadakı səfirliyimizin nümayəndələri də bu döyüşü izləməyə gələcək. Diaspordan da Pərvizə dəstək verməyə gələnlər olacaq. Pərviz indiyədək “ACB KB”də 4 döyüş keçirib və hamısında qalib gəlib. O, sonuncu dəfə ABŞ-ın Los Anceles şəhərində holland idmançıya nokautla qalib gələrək, kəmər uğrunda döyüşə vəsiqə qazanıb. İslamla qarşılaşma Rusiyanın “Boets” və “Bortsovskiy Klub” telekanallarından canlı yayınlanacaq. Mən Pərvizin həm əmisi oğluyam, həm də illərdi ona menecerlik edirəm. Promouterlərlə danışıqları mən aparıram və yekunda qərarı bir yerdə müzakirə edib veririk. 2012-də Kalmıkiyanın qubernatoru və məşhur idmançı olan Batu Xasikovdan dəvət gəlmişdi. Ruslan Hacıyev menecer kimi vasitəçilik etmişdi. Amma fikirləşdik ki, rəqiblər ora uduzmağa gedir. Çünki yerli idmançını yalnız nokautla üstələsən, qələbə sənindi. Belə güclü döyüşçünü isə nokauta salmaq asan deyil. Həm də Pərviz döyüşdən yeni çıxmışdı. Bu üzdən onların təklifiylə razılaşmadıq”.
Sözsüz, media nümayəndələrinin əsas diqqəti Abdullayevə yönəlmişdi. “Kobra” sualları ətraflı cavabladı:
- Kəmər döyüşünün Moskvada keçirilməsi təşkilatçıların istəyi idi? Bu, sənə hansı çətinlikləri yarada bilər?
- Açığı, bu döyüşün daha öncə Bakıda təşkil olunması nəzərdə tutulmuşdu. Ancaq bu aya həm prezident seçkisinin, həm də “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin düşməsi məkanın dəyişməsi ilə nəticələndi. Sonradan yarış Moskvaya salındı. Rusiya paytaxtında döyüşmək mənim üçün elə də çətin olmayacaq. Mən ölkə xaricində daha yaxşı döyüşürəm. Belədə özümü daha rahat hiss edirəm. Yeganə problem ondadı ki, rəqibə tam üstünlüklə qalib gəlməliyəm. Çünki təşkilatçılar Baybatırovun həmyerliləridi. Yerli idmançıya qalib gəlmək üçün birbaş üstün olmalısan. Hər biri 3 dəqiqədən ibarət olan 5 raundluq döyüş olacaq. Ümumiyyətlə, kəmək uğrunda keçirilən qarşılaşmalar 5 raund davam edir. Bu dəfə 77 kq-da rinqə çıxacam. Daha öncə 4 dəfə kəmər uğrunda döyüşmüşəm. 5 raundluq döyüş daha çətindi. Bu üzdən tam güclə bu görüşə hazırlaşmışam.
- Yarışa hazırlığın necə olub?
- Sentyabrdan ara vermədən məşq edirəm. Ötən ilin noyabrında “ACB KB 12”də döyüşmüşdüm. Yanvarın 18-də Türkiyədə İsmayıl Uzunərə qalib gəldim. Sırf bu döyüşə iki aydı hazırlaşıram. Boks üzrə əməkdar məşqçi Zaur Məmmədov, şəxsi məşqçim Mehman Umudov və hamımızın tanıdığı Füzuli Musayevin rəhbərliyi altında hazırlıq keçmişəm. Həm Bakıda, həm də Qəbələdə təlim-məşq toplanışında oldum. Bir ay əvvəl bu bölgədə fiziki hazırlıq keçdim, daha sonra 1 həftə də Qəbələdə hazırlaşdım. Məşqlərim yüksək səviyyədə keçib. Rəqibimdən fiziki cəhətdən qat-qat üstün olduğumu düşünürəm. Hücum üslubunda döyüşməyi sevirəm. Bu döyüşü də elə quracam. Rəqibin kimliyi mənim üçün fərq etmir. Yalnız və yalnız qələbəni düşünürəm.
- Çeçen idmançını təhlil etmisən? Güclü tərəfləri nədi?
- İslam gözləyərək döyüşməyi, rəqibini qarşılamağı xoşlayır. Çox ağır zərbələri var. Son 6 döyüşünü nokautla qazanıb. Amma mən başıma güvənirəm (gülür). Çox güclü rəqiblərlə döyüşmüşəm. Zərbələrə dözümlüyəm. Nəfəsim və hücumlarımla rəqibi sındırmağı düşünürəm.
- Bu kəmər başqa yarışlar üçün qapı açacaq, yoxsa sırf maddi gəlir gətirəcək?
- İndiyədək bir çox təşkilatların keçirdiyi yarışlarda döyüşmüşəm. “Glory” bunların başında gəlirsə, “ACB KB” ikinci yerdədi. Bu kəmərə sahib çıxsam, yenidən “Glory”də çıxış edəcəyimə inanıram. Daha öncə həmin yarışda 70 kq-da döyüşmüşdüm. Növbəti dəfə isə 77 kq-da mübarizə aparacam.
- Əvvəlki kateqoriyada çıxış edərkən xeyli çəki salmalı olurdun. İndi bu baxımdan vəziyyətin necədi?
- 77 kq-da döyüşmək mənim üçün çox rahatdı. Çünki maksimum 4-5 kq çəki salıram. Bu da mənə əziyyət vermir, rahatdı. Ancaq əvvəllər 10-12 kq atmalı olurdum. “Glory”də 70 kq-da qələbə qazandım. Daha sonra ordan dəvət gəlsə də, həmin çəkidə döyüşə bilmədim. Çünki həmin kateqoriyada çıxış etmək ağır idi. Bu çəkidə həm gücümü, həm nəfəsimi, həm də zərbələrimi hiss edirəm.
- Daha öncə məğlub olduğun idmançılardan kiminləsə yenidən qarşılaşmağı planlaşdırırsan?
- 2011-də kəmər döyüşündə Adəm Bozkurta məğlub olmuşdum. Döyüş Türkiyədə baş tutduğundan hakimlər qələbəni yerli idmançıya verdi. Bu yaxınlarda onunla döyüşmək təklif olundu. Mən də imtina etmədim. Aprelə nəzərdə tutulmuşdu. Ancaq bu ay İslamla döyüşüm olduğundan növbəti aylara salınmasını istədim. Başqa vaxt istənilən an onunla döyüşməyə hazıram.
- Bu il “Glory”də mübarizə aparmaq ehtimalın var?
- Baybatırovla qarşılaşmadan çox şey asılıdı. Burda qalib gəlsəm, yəqin ki, təklif gələcək.
- Hansı səhvlərindən nəticə çıxarmısan və İslamla döyüşdə onları etməməyə çalışacaqsan?
- Bir çox döyüşlərdə müdafiəni unuduram. Hücum edərkən müdafiəni unutmaq olmaz. Əlləri aşağı salmaq olmaz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar