13 apr 23:35idman

Yığmanın sabiq kapitanı Şəhriyarla əməkdaşlığı davam etdirmək istəyir

Yığmanın sabiq kapitanı Şəhriyarla əməkdaşlığı davam etdirmək istəyir
“Mümkündü ki, üçüncü cəhddə hər şey alınsın”
2016-cı ildə ölkəmizdə keçirilən Şahmat Olimpiadasında yığmamıza kapitan kimi uğur qazandıra bilməyən Aleksey Dreyevin Şəhriyar Məmmədyarovun məşqçilərindən biri olduğunu bilirsiz. Rusiyalı mütəxəssis millimizin liderini İddiaçıların Turnirinə hazırlaşdırmışdı. Dreyev həmyerlimizin Berlindəki çıxışı haqda bunları deyib: “Şəhriyar, demək olar ki, turnirə hazır idi. Amma hardasa finişdə o da bir damcı boşluq verdi. Dinq Lirenlə uğursuz qarşılaşma həm Şəhriyarın özü, həm də turnir üçün tipik deyil. Ümumilikdə, demək olar ki, Məmmədyarov yarışa hazır idi və sonda gücü çatmadı. Bunu belə də, fərqli də izah etmək olar. Çünki heç vaxt 100 faizlik heç nə demək mümkün deyil. İstənilən halda, turnirə maksimum hazırlıqlı olmalısan. Amma bu o demək deyil ki, yarış vaxtı vəziyyət dəyişməyəcək. Təbii ki, müxbir səndən soruşanda “yarışa hazıram” deyirsən. Ona toplanış keçdim. Mənəvi, fiziki və digər baxımdan hazırlaşdıq. Lakin bu hələ uğur qazanmaq deyil. Yarışlar, xüsusilə də uzun turnirlər vaxtı durumun dəyişə bilər. Çünki şahmatçının vəziyyəti təkcə fiziki yox, həm də psixoloji amillərdən asılıdı. İdmançının əhval-ruhiyyəsi pisləşə, ailə problemləri çıxa və ya oyunun sonluğu xoşuna gəlməyə bilər. Bu üzdən turniröncəsi olan forma bütün yarışboyu qala bilməz. Hər xırdalıq əhval-ruhiyyəyə də təsir edir. Çünki şahmat emosional sahədi. Şəhriyarla bundan sonra da əməkdaşlıq etməyə hazıram. Onun bu işbirliyindən razı olub-olmadığını deyə bilmərəm. Amma düşünürəm ki, o da razıdı. Əlbəttə, biz birinci yer üçün mübarizə aparırdıq. Amma belə turnirdə ikinci yer də faciə sayılmamalıdı. Ümumilikdə o kifayət qədər yaxşı oynadı, reytinqini qaldırdı. İddiaçıların Turniri həm Şəhriyarın, həm mənim, həm də ona kömək edən başqalarının hesabına yazılmalıdı. Düzdü, daha artığını da edə bilərdik. Amma nə etmək olar? Ulduzlar bu dəfə Fabiano Karuanaya tərəf baxdı. Ola bilər ki, gələn dəfə Şəhriyara tərəf baxsın. Həyat davam edir, iki il sonra növbəti İddiaçıların Turniri olacaq. Belə başa düşürəm ki, Şəhriyar reytinqinə görə həmin yarışa da qatılacaq. Bir sözlə, onun daha bir cəhdi olacaq. Mümkündü ki, üçüncü cəhddə hər şey alınsın. Niyə də yox?! Bu, tam mümkündü. Ümid etmək və işləmək üçün hər cür əsasımız var”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:35 “Klassiklər”in heyətində legioner yoxdu Bu gün, 00:33 “Formula-1” ulduzları Bakıdadı Dünən, 23:42 PFL öz rahatlığı üçün “Qəbələ”ni Bakıya dartmaq istəyir Dünən, 23:41 “Beerbaşa” “İdman Azərbaycan”ın çempionluğunu şübhə altına aldı Dünən, 23:39 “Beşiktaş”la oyunun vaxtı açıqlansa da... Dünən, 23:38 “Zirə” “Qarabağ”a “zəfər dəhlizi” açmayacaq Dünən, 23:37 Avroliqaya iddialılar sual dənizində üzür Dünən, 23:35 Ceyhun Sultanov Niassenin dalınca gedib? Dünən, 23:34 Muxtar Babayev “Sumqayıt”ın Müşahidə Şurasında qalacaq Dünən, 23:19 Maksimova 4 oyun cəza, Abasova xəbərdarlıq Dünən, 23:18 “Xəzər” elitaya çıxsa, Qubanı təmsil edəcək Dünən, 23:16 Yığma uduzdu, Azər Məmmədov təcrübəsizliyi qabartdı Dünən, 23:15 Məsafə qısalır, şanslar dəyişir Dünən, 23:13 “Şüvəlan” autsayderin qonağıdı Dünən, 23:12 Akif Əliyev 60-ı qeyd etdi Dünən, 22:38 AÇ-də rəqiblər müəyyənləşdi Dünən, 22:37 "Futbol+" əzmkar qələbə ilə yarımfinalda! Dünən, 22:36 “Kəpəz”lilər “Xəmsə”nin rəhbərinə baş çəkdi Dünən, 22:34 Karlsen 6 qol vurdu, komandası çempion oldu Dünən, 22:32 Avrokubokun finalı hakimlərimizə tapşırıldı Dünən, 22:31 Rəşad Sadıqov “Qarabağ”ın seriyasını davam etdirə bilmədi Dünən, 22:29 Kubok sürprizlə başladı Dünən, 22:27 “Ələt” mövsümü üç kubokla bitirdi Dünən, 22:26 İnfantino “Qarabağ”ı təbrik etdi Dünən, 22:24 İkisi də finalda Dünən, 22:23 Kramarenkonun qızı Bakıda Rusiya üçün “qızıl” qazandı Dünən, 01:22 Mircavadovdan Qurban Qurbanovun ona çatmasına reaksiya Dünən, 01:20 “Qarabağ” Avropada tək deyil Dünən, 01:19 PFL medalçıları bir gündə mükafatlandıracaq Dünən, 01:18 “Qəbələ” Qəbələdə “qonaq olacaq” Dünən, 01:16 Azərbaycan “Qran-pri”sində anşlaq gözlənilir Dünən, 01:14 NTD: ardıcıl ikinci dəfə Dünən, 01:13 İki boksçumuz yarımfinalda Dünən, 01:12 Liderdən ağır məğlubiyyət Dünən, 01:11 Natalya finalda çökdü Dünən, 01:10 Şahmatçılarımız fasiləyə qələbəsiz yollandı Dünən, 01:08 “Neftçi” Mahmudova görə apellyasiya şikayəti verdi Dünən, 01:07 “Füzuli” və “Alyans” növbəti mərhələyə yüksəldi Dünən, 01:06 “Qarabağ”ın çempionluqlarını incələyərkən… Dünən, 01:04 “Zirə”nin legioneri Duayt Yorkla tanışlığından danışdı Dünən, 01:00 Elçin Rəhmanov “Qarabağ”ın maraqlandığı futbolçuları izləyib Dünən, 00:18 Turun statistikası Dünən, 00:15 Turun məşqçisi Dünən, 00:13 Hakimlərin mühakiməsi Dünən, 00:12 Turun oyunçusu Dünən, 00:10 Turun sitatı Dünən, 00:09 Turdan məqamlar Dünən, 00:06 Debütant zirvəni fəth etdi Dünən, 00:04 “Xəzər” bu həftə zirvəyə yüksələ bilər Dünən, 00:02 Rüfət yoxdusa, qələbə də yoxdu Dünən, 00:01 “Sülh”lə başladılar 25-04-2018, 23:59 “Qəbələ” ilk titulunu qazandı 25-04-2018, 13:18 “Lokomotiv” məğlubiyyətsiz çempion oldu 25-04-2018, 13:16 “Kobra”dan növbəti qələbə 25-04-2018, 13:10 Dmitri Nazarov səkkiz aydan sonra qol vurdu 25-04-2018, 13:09 Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsizdi 25-04-2018, 13:07 Fikrət Orman sentyabrda “Beşiktaş”ı ölkəmizə gətirəcək Bütün xəbərlər
Ən çox oxunanlar