08 fev 19:27idman, manset

Bakıya gənc futbolçulardan ibarət komandalar gələcək

Bakıya gənc futbolçulardan ibarət komandalar gələcək
“Onlara yalnız qida ilə bağlı məbləğdə güzəşt edəcəyik”

Dünən “Fairmont” otelində BP şirkəti ilə 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalandı. Müqaviləni gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzaladı. Tədbirin əvvəlində Bakı-2017-dən bəhs edən videoçarx nümayiş olundu. Daha sonra tərəflər həm müqaviləylə bağlı fikirlərini açıqladı, həm də jurnalistlərin suallarını cavabladı.
Azad Rəhimov: “Bu gün ilk sponsorluq müqaviləsini bağladıq. Sevindirici haldı ki, bu mənada ilk əməkdaşlığı BP ilə edirik. Bu şirkət London və Rio Olimpiadalarında da idmançılarımıza dəstək vermişdi. İlham Zəkiyevin iştirakıyla çəkilən videoçarxı 1 milyondan artıq adamın izləməsi bizi çox sevindirir. Ölkə başçısı 2017-ni İslam Həmrəyliyi Oyunları ili elan edib. Çalışmalıyıq ki, bu yarışı ən yüksək səviyyədə keçirək. Bakıda İslam dövlətləri arasında həmrəylik yaratmalıyıq. Bu oyunlar 2017-də bizim üçün ən önəmli yarışdı. İslam dəyərlərini və dostluğunu bütün dünyaya nümayiş etdirəcəyik... Yarışa gələcək komandalar nəqliyyat xərclərini özləri ödəyəcək. Nümayəndə heyətləri idmançıların qidalanmasına görə hər atlet üçün 50 dollar ödəyir. Ancaq nisbətən zəif inkişaf etmiş ölkələrdən olan idmançıların yol xərci İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən ödəniləcək. Biz isə onlara yalnız qida ilə bağlı məbləğdə güzəşt edəcəyik. Başqa heç bir yardımdan söhbət gedə bilməz... Açılış mərasiminin detallarını açıqlaya bilmərəm. Bu, böyük tamaşa, şou olacaq. Avropa Oyunlarından fərqli, İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində hansısa yerli və ya əcnəbi müğənni iştirak etməyəcək. Proqramın quruluşu fərqlidi. Bu tam fərqli səpkidə hazırlanmış şou olacaq. Bağlanış mərasimində isə yerli müğənnilərin iştirakı planlaşdırılır. O ki qaldı Ledi Qaqa məsələsinə, mən heç bir yerdə ona 1 milyon dollar verdiyimizi deməmişəm. Dünya üzrə top-10 müğənnilərin müqavilələrində qeyd olunur ki, anlaşmanın maliyyə tərəfi ictimaiyyətə açıqlanmamalıdı. Bu, normal prosedurdu. Ulduzlar müxtəlif qiymətlərə oxuyur. Adətən, top-müğənnilər konsertlərdə 1 milyona oxuyur. Ledi Qaqaya nə qədər pul ödədiyimizi isə açıqlaya bilmərəm... Futbol komandaları 23 yaşadək oyunçulardan qurulacaq. Hər komanda 3 daha yaşlı futbolçunun xidmətindən yararlana bilər. 8 iştirakçı tam müəyyənləşən kimi bu haqda sizə məlumat verəcəyik... Bu yaxınlarda yeni yaranan Azərbaycan Antidopinq Agentliyinin mətbuat konfransı olacaq, fəaliyyət planı ictimaiyyətə açıqlanacaq. Bu agentlik WADA-nın kodekslərinə uyğun qurulub. İnanırıq ki, agentliyimiz dünyada ən fəal və öncüllərdən olacaq. Ancaq ölkəmizdə anti-dopinq laboratoriyası açmağı planlaşdırmırıq. Buna zərurət görmürük... Nazirliyin balansında olan mini-meydançalarda futbol oynamaq pulsuzdu. Tofiq Bəhramov adına Respublika stadionunda və Bakı Olimpiya Stadionunda da 50 manata futbol oynamaq olar. 80 manatlıq məbləğ isə kommersiya şirkətlərinin meydançaları üçün qoyula bilər. Buna biz qarışmırıq”.
Qordon Birrell: “Bu il İslam ölkələri üçün önəmlidi. Bu il həm də bizim üçün əlamətdardı. 25 ildi BP Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində neft və qaz sənayesində böyük fəaliyyət göstərmişik. Eyni zamanda Azərbaycan incəsənəti, mədəniyyəti və idman tədbirlərini dəstəkləmişik. Belə mühüm ildə İslam Həmrəyliyi Oyunlarının sponsoru olmaqdan məmnunuq. London və Rioda Azərbaycan olimpiyaçılarına dəstəyimizi əsirgəməmişik. İndi isə bu yarışda iştirak edəcək yerli atletlərə dəstək verəcəyik. Azərbaycanın qonaqpərvərliyini ən yüksək səviyyədə nümayiş etdirməsinə təkan verməyə hazırıq. BP davamlı olaraq 7 milli idman elçisini dəstəkləyəcək. Onların bir çoxu hazırda burdadı. Könüllülərdən də dəstəyimizi əsirgəməyəcəyik. Son 25 ildə Azərbaycan təhsilinin inkişafına da dəstək olmuşuq. Bu oyunların tərəfdaşı olduğumuza görə fəxr edirik... BP neftin qiymətini öyrənmək və bunu proqnozlaşdırmaq ilə məşğul olmur. 2014-cü ildən neftin qiyməti aşağı düşüb. Buna baxmayaraq, BP davamlı şəkildə Xəzərdə neft və qaz layihələrinə investisiya yatırıb. Neftin qiymətinin aşağı düşməsi şirkətimizin Azərbaycandakı fəaliyyətinə təsir göstərməyib. Bu dövr ərzində idmana və mədəni fəaliyyətə dəstək göstərməyə davam etmişik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar