07 apr 00:24idman

İdman siyasiləşəndə...

“İdman siyasətdən uzaqdı” ifadəsini çox eşitmişik. Əslində bunun belə olmadığını yaxşı bilirik. Dəfələrlə ölkələri siyasi problemlər yaşayan idmançıların qarşılaşmalarının gərgin mübarizə şəraitində keçdiyini görmüşük. İstər-istəməz “siyasi oyunlar” idman oyunlarına təsir göstərir. Bundan qaçmaq mümkün deyil.
Amma totalitar rejimin əsarətində olan məmləkətlərdə bu durum ifrat həddədi. İdman iqtidarın “vuran əli” rolunu oynayır və bundan bir çox hallarda təbliğat vasitəsi kimi istifadə olunur. İqtisadi-sosial həyatdakı problemləri idman uğurlarıyla unutdurmağa çalışırlar. Bu məqsədlə idmana böyük maliyyə yatırımı edilir. Dövlət məmurları bu sahəyə cəlb olunur, idman vasitəsiylə çirkli pullar yuyulur.
Bu dediklərim yəqin ki, sizə yad gəlmədi. Çünki bizdə də eynilə belədi. Nəticədə ölkədə ciddi sosial ədalətsizlik hökm sürür. Bir Olimpiadada uğur qazanan idmançı müəllimin, həkimin həyatında yığa bilməyəcəyi qədər pulu cibinə qatlayır. Bu mükafatların əndazədən çıxdığını dəfələrlə qeyd etmişik. Dəfələrlə bunun idmana xeyirdən çox zərər vurduğunu demişik. Ancaq elə bil daşa-divara deyirik. Hər 4 ildən bir eyni mükafat, eyni sistem...
Əslində eyni şeyləri xatırlatmaq fikrim yox idi. Sadəcə, əsas məsələyə bir az uzaqdan gəldim. Sözümün canı başqadı. Son vaxtlar idman qurumlarının, federasiyaların prezident seçkisində İlham Əliyevə dəstək kampaniyası geniş vüsət alıb. “Qonşudan qalma dala” prinsipiylə hərəkət edirlər. Sanki bu məsələdə bir-biriylə yarışa çıxıblar. Bunun təməlini Milli Paralimpiya Komitəsi qoydu. Ardındana Güləş Federasiyası daha “kreativ” addım atdı. Mövzuyla bağlı babat videoçarx hazırlandı və 1-ci vitse-prezident Firdovsi Umudovun dirijorluğu altında güləşçilər hazırkı prezidentə dəstək şüarı səsləndirdi. Ardınca Kikboksinq Federasiyası mövqeyini açıqladı. Millət vəkili Adil Əliyevin başında durduğu qurum da bu idman camiəsinin referendumda İlham Əliyevə səs verəcəyini açıqladı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi iki federasiya isə bunun üçün iclas keçirməyi məqsədəuyğun saydı. Əvvəlcə Taekvondo Federasiyası, bir gün sonra isə Boks Federasiyası iqtidarın yanında olduğunu bəlli etdi.
İndi mən sizə sual verirəm? Bunun harası demokratik dəyərlərlə uzlaşır? Siz heç Almaniyada, İngiltərədə, ABŞ-da idman qurumlarının seçki ərəfəsində kimin yanında olduğunu açıqladığını eşitmisiz? İcazə verin, sizin yerinizə mən cavab verim: yox! Çünki sivil ölkələrdə bu addımı ancaq kinayəli gülüşlə qarşılayarlar. Axı, necə ola bilər ki, bir federasiyanın tabeliyindəki idman ictimaiyyətinin hamısının siyasi baxışı eyni olsun? Biz insanıq, robot, zombi deyilik. Hamımız eyni təfəkkürdə deyilik. Hər birimizin də dünyagörüşü, siyasi düşüncəsi fərqlənə bilər. Hətta ideala yaxın idarəçilik olan ölkələrdə belə bütün xalq yekdilliklə iqtidarı dəstəkləmir. Deməli, bütün boksçular, güləşçilər və ya taekvondoçular eyni düşüncədə ola bilməz. Belədə onların adından danışmaq və onları bu “oyunlar”a alət etmək yolverilməzdi. Bu addım demokratik dəyərlərə tüpürməkdən başqa bir şey deyil. Sanki SSRİ dövründə yaşayırıq. “Ölkə pambıqçıları, fəhlələri, neftçiləri filankəsə dəstək verir” tipli qəzet başlıqlarını xatırladır adama. Bu qədər də olmaz. Yetər!
Onsuz da “karusel” sisteminə görə bu ölkədə şərəfli müəllim peşəsinin imici ləkələnib. Bir də idmançıları siyasətə qoşaraq gözdən salmayın. Vallah-billah, idman siyasiləşəndə çirkinləşir, olan-qalan saflığını itirir. Onsuz da seçkinin taleyi bunsuz da həll olunacaq. Elə isə idmana toxunmağa nə lüzum?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar