05 apr 22:38idman

Legionerlə bol yığma Dünya Kubokunda yarışacaq

Legionerlə bol yığma Dünya Kubokunda yarışacaq
Toğrul Əsgərov Avropa çempionatında iştirak edə bilər
Aprelin 7-də ABŞ-ın Ayova şəhərində start götürəcək sərbəst güləş üzrə Dünya Kuboku üçün millimizin heyəti açıqlanıb. İki gün davam edəcək yarışda 13 pəhləvan mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) xidmətindən yararlanacaq. Göründüyü kimi, heyətin yarıdan çoxu gəlmələrdi. Daha öncə dəfələrlə ölkəmizdə ənənələri zəngin olan sərbəst güləşdə “milliləşdirmənin” ifrat hal aldığını qeyd etmişik. Ancaq nə qədər federasiyanın bu addımını tənqid etsək də, heç bir dəyişiklik yoxdu. Əvvəllər ağır çəkilərdə legionerlərin xidmətindən istifadə olunurdu. Bu da belə izah olunurdu ki, bu kateqoriyalarda rəqabətədavamlı güləşçilərimiz yoxdu. İndi isə əcnəbilərə yüngül çəkilərdə də rast gəlirik. Federasiya bu addımı bütün çəkilərdə rəqabəti gücləndirmək məqsədiylə əsaslandırmağa çalışır. Ancaq maraqlıdı ki, yunan-Roma güləşində analoji halı müşahidə etmirik. Bunun da əsas səbəbi vitse-prezident Elçin Cəfərovun “milliləşdirməyə” qarşı olmasıdı. Düzdü, bir müddət güləşin bu növündə durğunluq yaşanmışdı. Ancaq yerli pəhləvanlara olan inam davam etdi və “klassiklər” yarışdan-yarışa təcrübəsini artırdı. İndi yalnız ən ağır çəkidə legioner güləşçi var.
Əslində bu gün yığmada ən azı Edişeraşvili olmaya bilərdi. Çünki Mahir Əmiraslanov onu bir dəfə ölkə çempionatının finalında üstələyib. Ancaq əldə etdiyimiz məlumata görə, Mahir intizamsızlığa yol verdiyindən yığmadan uzaqlaşdırılıb…
Aprelin 3-də Güləş Mərkəzində Dünya Kubokuna yollanacaq millinin açıq məşqi baş tutdu. Firdovsi Umudov ayaqüstü bir neçə sualımızı cavabladı.
- Dünya Kubokunda İran və Rusiya yığmaları iştirak etməyəcək. Bu, yığmamızın şanslarını artıracaq?
- İran Güləş Federasiyasının prezidenti daxili problemlər üzündən istefa verib. Rusiya yığmasında isə viza problemləri ortaya çıxıb. Bu üzdən hər iki komanda Dünya Kubokuna qatılmayacaq. Bütün iştirakçılara hörmətlə yanaşmaq lazımdı. Çünki hamısı güclüdü. Qrupdakı rəqiblərimizə nəzər salsaq, Kuba güləş məktəbi dünyada sözünü deyib. Qazaxıstan da həmçinin. İran və Rusiyanın əvəzinə Hindistanla Monqolustana dəvət göndərilib. Asiya ölkələri komandalarının gəlişi baş tutsa, ikisindən biri qrupumuza düşəcək. Hədəfimiz isə finala yüksəlməkdi.
- Bəzi çəkilərdə bir, bəzilərində isə iki güləşçiyə şans verəcəksiz. Zədə ehtimalını nəzərə alaraq, bütün çəkilərdə iki pəhləvana güvənmək mümkün deyildi?
- 57, 65 və 97 kq-da iki güləşçini yoxlamaq fikrimiz var. Bütün çəkilərdə iki güləşçi ilə təmsil olunmağa ehtiyac görmədik.
- Heyətdə sürpriz ad - Coşqun Əzimov var. Onun perspektivi haqda nə deyə bilərsiz?
- Biz onu müxtəlif turnirlərdə yoxladıq. Nəticələr verdiyi üçün daha səviyyəli yarışlarda sınaqdan çıxarmağın zamanının yetişdiyi qənaətinə gəldik. Qarşıdan Avropa çempionatı gəlir. İki güləşçimiz - Şərif Şərifovla Murtuz Müslümov zədələrini bərpa edə bilməsələr, Əzimovu qitə birinciliyinə apara bilərik. Digər tərəfdən, cəzası bitmək üzrə olan Toğrul Əsgərov da AÇ-yə qatıla bilər.
- Olimpiya çempionu bundan sonra hansı çəkidə çıxış edəcək?
- Hələlik onu 70 kq-da yoxlayacağıq. Hələ AÇ-də çıxış edəcəyi tam dəqiq deyil. Çünki Toğrulu yoxlamalıyıq. Hazırda formada deyil. Çempionata qədər baxacağıq. Coşqunu Dünya Kubokunda yoxlamağımızın məqsədi Murtuzanın da zədəli olması ilə bağlıdı. Əzimov yaxşı çıxış etməsə, AÇ-yə olimpiya çempionumuzu göndərə bilərik. Amma yenə də hazırlıq səviyyəsinə baxacağıq.
- Ölkə çempionatının finalında mübarizə aparmış Murad Süleymanova Cəbrayıl Həsənovun əvəzləyicisi gözü ilə baxılırdı. Ancaq onu məşqlərdə görmürük. Bu, intizam problemi ilə bağlıdı?
- Hər zaman demişəm, intizama əməl etməyən güləşçi yığmada yer almamalıdı. Özünün mübarizə aparmaq istəyi yoxdusa, onu məcbur edə bilmərik. Digər tərəfdən, bu yaxınlarda ailə qurduğundan, hələ tam formada deyil. 79 kq-da güləşməsi də sual altındadı. Artıq 85-86 kq çəkisi var. Yəqin ki, 23 yaşadək güləşçilər arasında Avropa və dünya çempionatlarında 86 kq-da qüvvəsini sınayacaq.
- Demək olarmı ki, Dünya Kubokunda əsas hədəf birinci yeri tutmaqdı?
- Bəli, qarşımıza bu məqsədi qoymuşuq. Lakin bu güləşdi, mübarizədi. Qazaxıstan, Kuba kimi yığmalar yetərincə güclü komandalardı. Zəif rəqib yoxdu. Rəqibi yetərincə qiymətləndirməsən, məğlubiyyətlə üzləşə bilərsən. Dünya Kubokunda nəticə verməliyik. 2016-da analoji yarışda olarkən, aprel döyüşləri baş verdi. Bu dəfə də bütün qələbələrimizi şəhidlərimizə, veteranlarımıza, qazilərimizə həsr etmək üçün vuruşacağıq. Ən pis halda ilk “3-lük”də yer tutub, Amerikada bayrağımızı qaldıraraq, uğurlu nəticə ilə vətənə qayıtmalıyıq.
- Cəmi 4 həftə sonra Avropa çempionatı keçiriləcək. Dünya Kubokunda çıxış etmək qitəmiqyaslı yarışda müsbət nəticələr göstərməyinizə necə təsir edə bilər?
- Bərpa prosesinə yetərincə vaxtımız olacaq. 2009-da İranda Dünya Kubokunun qalibi olduqdan iki həftə sonra Avropa çempionatında uğurla çıxış etmişdik. Yəni yetərincə vaxt var. Heç vaxt döyüşdən qorxmaq lazım deyil. Bir həftə-on gün vaxt olsaydı, bu haqda fikirləşmək olardı. Digər tərəfdən, 3 çəkidə 2 güləşçi çıxış edəcəyindən, dincəlmək imkanı da olacaq. Bərpa prosesini isə Bakıya qayıtdıqdan sonra 5-6 gün ərzində keçəcəyik.
- Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi güləşçilərin çəkilərinin dəyişməsi gözlənilir?
- Aslanbek Alborova çəkisini dəyişməyi mən məsləhət görmüşəm. Burdan ABŞ-a gediriksə, uğurlu nəticə ilə qayıtmalıyıq. Digər qrupdakı ABŞ, Yaponiya və Gürcüstan yığmaları dünyada yetərincə tanınmış komandalardı, güclü güləş məktəbləri var. Bir çəkidə uğursuzluq bütün görüşün taleyini həll edə bilər. Hətta hesab 5:5 olduqda, qələbələrin hansı hesabla əldə olunduğuna baxılacaq. Dünya Kubokuna güclü heyətlə gedirik. AÇ-yə qədər Şərifovun zədəsi sağalmasa, Alborovu yoxlayacağıq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar