01 apr 15:19idman

Ceyhun Əliyev Şəhriyarın bir də belə fürsət yaxalayacağına inanmır

Ceyhun Əliyev Şəhriyarın bir də belə fürsət yaxalayacağına inanmır
Aslan İsmayılov isə yetərli diqqətin olmadığını düşünür
Şəhriyar Məmmədyarovun İddiaçıların Turnirindəki çıxışını gen-bol təhlil etdik. Həm öz fikrimizi ortaya qoyduq, həm də mütəxəssislərin rəyini öyrəndik. Bu yarış cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları özünə cəlb etmişdi. Onlardan biri də tanınmış vəkil Aslan İsmayılovdu. Hüquqşünas şahmatçımızın çıxışı haqda “feysbuk” səhifəsində bunları yazıb: “Almaniyanın paytaxtı Berlində İddiaçıların Turnirində ikinci yeri tutan Şəhriyar Məmmədyarova dövlət, vətən üçün atdığı böyük uğura görə təşəkkür edib, ona cansağlığı və gələcəkdə daha böyük qələbələr arzulayıram. Rəhmətlik Vüqar Həşimovdan sonra ən çox hörmət bəslədiyim Şəhriyarın uğuruna doğma balamın uğuru kimi sevindim. Çox məyus olduğum o oldu ki, bu uğuru nə vətəndaşlarımız, nə də dövlətimiz layiqincə işıqlandırdı. Ona layiqli dəyərini vermədilər. Almaniyadakı səfirliyimizin və Diaspor Komitəsinin işini isə bu yöndə tam yarıtmaz sayıram. Hesab edirəm ki, Şəhriyar bu qələbəsinə görə ən yüksək alqışa və mükafatlara layiqdi”.
Aslan bəyin fikirləri ilə birmənalı razılaşmaq mümkün deyil. Bəlkə də dövlət, Almaniyadakı səfirliyimiz və Diaspor Komitəsi haqda dediklərində həqiqət var. Ancaq mətbuatın Şəhriyara biganə qaldığını söyləmək olmaz. İdman mediasının böyük əksəriyyəti Məmmədyarovun çıxışını başdan sona kimi işıqlandırdı. O başqa məsələ ki, Şahmat Federasiyası (AŞF) qrossmeysterin vətənə qayıtmasından sonra mətbuat konfransı keçirməli, jurnalistlərlə şahmatçı arasında körpü rolunu oynamalıdı. Belədə zəka sahibi də onun çıxışını ictimaiyyətin necə diqqətlə izlədiyini anlayar.
Yeri gəlmişkən, dünən mövzunun yekunu olaraq sözü həmkarlarımıza verdik. Şahmata xüsusi rəğbəti, bu idman növü ilə bağlılığı olan jurnalistlər yığmamızın liderinin Berlindəki çıxışını dəyərləndirdi.
Ceyhun Əliyev (sport24.az): “İlk turlar Fabiano Karuananın “musiqi sədaları” altında keçdi. Levon Aronyan, Sergey Karyakin kimi qrossmeysterlərin startda büdrəmələrinin fərqli səbəbləri var idi. Erməninin beynində problem var və bu fəsad özünü zaman-zaman göstərir. Onun son illərdə reytinqinin kəskin şəkildə enib-qalxması da məhz səhhətindəki problemdən qaynaqlanır. Karyakinə gəlincə, rusiyalı şahmatçı psixoloji səddi aşa bilməmişdi. Gərginliyə hazır olmadığından ilk turlarda xeyli xal itkisinə yol verdi. Sonra özü də inandı ki, “qatar gedib” və bu məqam onun fantastik sprutuna kömək etdi: son 9 turda 6,5 xal toplaması psixoloji gərginlik altında olmamasının göstəricisi idi. Vladimir Kramnik ilk turlarda olduqca inamlı təsir bağışlasa da, yaş öz işini gördü. Turnirin 2-ci dövrəsində iddiaçılar arasında ən yaşlı iştirakçı statist roluyla barışmalı oldu. Dinq Liren isə mənə Teymur Rəcəbovun ən parlaq dövrünü xatırlatdı: heç-heçəyə oynamaq və rəqiblərin avantürist qərarlarına ümid etmək. Bu, Lirendə cəmi bir dəfə alındı, o da həmyerlimizlə partiyada. Aleksandr Qrişuk sabit oyun nümayiş etdirsə də, onun da azərbaycanlı şahmatsevərlər üçün naməlum problemi var: spirtli içkilərə həddən artıq meyillidi. Bu da ağır, uzun partiyalar zamanı beynin sonadək yorulmasının qarşısını alır. Fabiano Karuana bir neçə səbəbə görə turnirin qalibi ola bildi. İtaliyaəsilli qrossmeyster aqressivliyini ilk turlardan ortaya qoydu. Yaşı (25) da əksər partiyalarda 5-6 saat oynamağa imkan verirdi. Bax, Şəhriyar Məmmədyarovu qabaqlamasının başlıca səbəbi də yaşla bağlı oldu. Həmyerlimiz 14 partiyanın, demək olar, yarısında gücünə qənaət edir, erkən, mübarizəsiz heç-heçələrlə barışmalı olduğu halda, ABŞ təmsilçisi hətta qalib gələ bilmədiyi görüşlərdə üstün tərəf kimi xalların yarı bölünməsinə razılaşır, rəqiblərini sonadək gərginlikdə saxlayırdı. Bir bədbin proqnoz da verim. Bu, Şəhriyar Məmmədyarovun dünya çempionu olmaq üçün son şans idi. Karyerasının zirvə mövsümünü yaşayan 33 yaşlı həmyerlimizin bir də bu səviyyəyə yüksələcəyini gözləmirəm”.
Sənan Şəfizadə (ATV): “Şəhriyar Məmmədyarovun İddiaçıların Turnirindəki çıxışını əla qiymətləndirirəm. Bu yarışı futbolla müqayisə etsək, dünya çempionatı kimi qəbul edirəm. Şəhriyar yarımfinalda dayandı. Oyun baxımdan nümayiş etdirdiyi perfomans yüksək səviyyədə idi. Sanki oyunu daha da müdrikləşib. Artıq əminliklə demək olar ki, Şəhriyar planetin lider şahmatçılarından biridi. Son aylar ancaq bu turnirlə bağlı danışırdı. Bütün fikri Berlindəki yarışda idi. Ona görə ciddi hazırlaşdığını bilirəm. Hazırlaşdığı komanda işinin öhdəsindən gəldi. Müstəqil Azərbaycan tarixində heç vaxt uğura bu qədər yaxın olmamışdıq. Fikrimcə, ona, sadəcə, bəxt çatmadı. İdmanda azacıq da olsa, bəxt lazımdı. Dinq Lirenə uduzmamalıydı. Partiyada məğlubiyyət görünmürdü. Udmaq istədi, risk elədi və rəqib səhvə yol vermədi. Karuanayla partiyada üstünlük qazanmaq üçün gedişlər var idi, sadəcə, alınmadı. Bəxti gətirsəydi, bu gün şahmat tacı uğrunda görüşə hazırlaşırdıq. Karuana - Aronyan partiyasında erməni şahmatçının üstünlüyü görünürdü, amma sonda Fabiano qələbə qazandı. Belə amillər bəxt amilinin şahmatçımızın tərəfində olmadığını göstərdi. Şəhriyarı yaxşı tanıdığım üçün əminəm, turnirdə ikinci yer onu həvəsdən salmayacaq. Əksinə, üzərində daha çox işləyəcək. Bu turnir göstərdi ki, Şəhriyar şahmat tacını ölkəmizə gətirə bilər. Onun oyunu bizi şahmat ətrafında birləşdirdi. Öyrəşmişik ki, futbol oyunlarında hamı idmançılarımıza dəstək olur. Bu dəfə Şəhriyar bizi şahmat taxtası ətrafında birləşdirdi”.
Kamran Hacı (allsport.az): "Bu yarışda favoritim həmyerlimiz idi. Buna səbəb onun son 1 ildə üzərində çalışaraq artırması, 2800 əmsalını aşan ilk türk olması və son dövrdə parlaq çıxışı, özəlliklə ilin əvvəlində Hollandiyada təşkil edilən Veyk an Zee superturnirində fərqlənməsidi... "Şah" yüksəlişini bir səbəblə - spirtli içkini tərgitməsi ilə izah edib. Məncə, Şəhriyar pis vərdişlərinə həmin andan daha 6 ay öncə qalib gəlsəydi, bu gün onun Maqnus Karlsenlə mübarizəyə yollanacağını bayram edəcəkdik. Berlində lövhəarxası oyunlar da getdi və bu da qrossmeysterimizin xeyrinə olmadı. Nəzərdən qaçırmayaq ki, İddiaçıların Turnirində 8 şahmatçıdan 4-ü rus idi. Butun bunlara baxmayaraq, Aronyan Karaunaya görüşləri verməsəydi və Şəhriyar elə də yaxşı tanımadığı çinli rəqibə gözlənilmədən uduzmasaydı, haqq etdiyi yeri qazanacaqdı. Hər sınaq düşünməyə əsas verir. İnanıram ki, həmyerlimiz babalarının şücaətlə fəth etdiyi Berlin səddini aşa bilməməsindən məyus olmayacaq, üzərində çalışmağa davam edərək və səhvlərdən nəticə çıxarıb, hamımızın arzuladığı tacı 2-ci dəfə Azərbaycana gətirəcək”.
SƏRXAN
generic cialis is it safe
<a href="http://cialisgrudj.com/">generic cialis online</a>
cost of cialis 20 mg at walgreens
buy generic cialis
how long cialis side effects last
http://cialisgrudj.com/
cialis 5 mg tablet

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar