31 mar 00:28idman

Mütəxəssislər Şəhriyarın “artırdığını” və bəxtsiliklə üzləşdiyini düşünür

Mütəxəssislər Şəhriyarın “artırdığını” və bəxtsiliklə üzləşdiyini düşünür
Anar Allahverdiyev: “Əvvəllər daha çılğın oynayır və yerli-yersiz riskə əl atırdı”
Berlində keçirilən İddiaçıların Turnirini mümkün olduğu qədər ətraflı işıqlandırmağa çalışdıq. Ötən sayımızda yarışın yekunu ilə bağlı yazı qələmə almışdıq. Təbii ki, burda bizim təhlilimiz ön plana çıxmışdı. Ancaq mütəxəssis fikrini öyrənmək də lazımdı. Bu üzdən mövzunun davamı kimi təcrübəli şahmat məşqçilərinə söz verdik. Onlar Şəhriyar Məmmədyarovun məsul yarışda çıxışını dəyərləndirməklə yanaşı, Levon Aronyanın bilərəkdən Fabiano Karuanaya uduzması məsələsinə də münasibət bildirdi.
Fərid Abbasov: “İddiaçıların Turnirinin bütün iştirakçıları Maqnus Karlsenlə qarşılaşa biləcək səviyyədə idi. Yarışdan əvvəl kimin qalib gələcəyi bəlli deyildi. Burda bəxt, hazırlıq və psixoloji vəziyyətdən çox şey asılı idi. Şəhriyar turnirə çox hazır idi və qələbə qazana bilərdi. İkinci yeri tutmasını da uğur sayıram. İlk turda Sergey Karyakinə endşpildə qalib gəldi. Bu oyununun bir çox dərsliklərə düşəcəyinə şübhə etmirəm. Dinq Lirenə isə ağ fiqurlarla uduzdu. Halbuki çoxdan idi “ağlar”la heç kimə məğlub olmurdu. Bu nəticə gözlənilməz oldu. Burda şansdan çox şey asılıdı. Aleksandr Qrişuk üzərində qələbəsini də qeyd etmək lazımdı. Adətən, belə vəziyyətlərdə tərəflər heç-heçəyə razılaşır. Ancaq Şəhriyar sonadək mübarizə apardı və qələbə qazandı. Rusiya şahmatçısı sıradan qrossmeysterlərdən deyil. Saşanın reytinqi iki dəfə 2800-ü keçib. Uzun illərdi Rusiya yığmasının üzvüdü. Fabiano Karuananın bir qədər bəxtinin gətirdiyini düşünürəm. Məmmədyarov reytinq favorit olduğu yarışda 1-ci yeri tutmadan əmsalını artırırsa, bu turnirin səviyyəsindən xəbər verir. Şəhriyar Lirenlə oyunda həddən çox udmaq istəyirdi. Bu üzdən çox riskli gedişlərə əl atdı. Bu da əks təsir göstərdi. Qrişukla ilk dövrədəki qarşılaşmada böyük vaxt üstünlüyü olsa da, qalib gəlmək çətin idi. Çünki Aleksandr, adətən, seytnotda özünü daha yaxşı göstərir. Çox fikirləşən şahmatçıdı və seytnota girməyə alışıb. Bu üzdən həmin görüşdə mübarizəni davam etdirmək yersiz risk olardı. 6-cı dünya çempionu Mixail Botvinnik deyirdi ki, özüm üçün statistika aparmışam və adətən, yarışlarda son 3-4 turda uduzuram. Bunun da səbəbini ilk turlarda qələbə üçün həddən artıq güc sərf etməsi və nəticədə sona doğru yorulmasıyla izah edirdi. Burda da belə vəziyyət yarana bilərdi. Elit şahmatçıyla görüşdə mikroskopik üstünlüyü qələbəyə çevirmək həddən çox güc aparır. 14 tur yaxşı mübarizə aparmaq üçün gücü qorumaq lazımdı. Belə yarışlarda fiziki və psixoloji hazırlığı güclü olanlar uğur qazanır. Bu hər oğulun işi deyil… Hansısa şahmatçının əlində sübut varsa, onu ortaya qoymalıdı. Əks halda bunlar hamısı söz-söhbətdən başqa bir şey deyil. Böyük şahmatçılar arasında bilərəkdən uduzmaq söhbəti ola bilməz. Çünki hər biri böyük şəxsiyyətdi. Hətta gözümlə görsəm belə, Aronyanın Karuanaya bilərəkdən uduzduğuna inanmaram. Bu, tam başqa səviyyədi. 33 ildi bu idman növündəyəm və heç vaxt elit şahmatçılar arasında belə söhbətlərin getdiyini görməmişəm. Mənə elə gəlir ki, hər şey obyektiv oldu. Sadəcə, bir az Şəhriyarın bəxti gətirmədi. Məmmədyarovu uşaqlıqdan tanıyıram. Riskli oynamağı sevən şahmatçı kimi tanınır. Amma indi əsas strategiyaya hesablanmış taktikaya əsasən oynayır. Ona görə də indi əmsalı 2800-ü keçib… Qarşıdan Vüqar Həşimovun Memorialı gəlir. Şəmkirdə keçiriləcək yarış dünyanın ən güclü turnirlərindən biridi. İki dəfə Karlsen, iki dəfə də Məmmədyarov qalib gəlib. Ancaq Şəhriyar ilk iki yarışdakı şahmatçı deyil. İndi çox “artırıb”. Bu yarışda da hər şahmatçı titula iddia edə bilər. Bizi çox gərgin mübarizə gözləyir”.
Anar Allahverdiyev: “İştirakçıların gücü bərabər olanda idman bəxti amili əsas rol oynayır. Şəhriyar normal çıxış etdi. Superturniri +2 ilə başa vurmaq yaxşı nəticədi. Sadəcə, Karuana daha çox qələbə qazandı və taca iddiasını davam etdirdi. Son turda hər şey ola bilərdi. Berlində 1-ci yeri tutmasa da, Məmmədyarov əmsalını artırdı. İndi daha keyfiyyətli və maraqlı oyun sərgiləyir. Əvvəllər daha çılğın oynayır və hər zaman mövqeyi kəskinləşdirməyə çalışırdı. Yerli-yersiz riskə əl atırdı. Vəziyyəti daha dərindən qiymətləndirmirdi. Sabitlik çatışmırdı. İndi isə Şəhriyarın nəticələri sabitləşib və daha peşəkarlığa doğru addım atıb. Elə yarışdan əvvəl Karuananın ona əsas rəqib olacağı gözlənilirdi. Fabiano son 5 ildə elit səviyyədə çıxış edir və bütün superturnirlərə dəvət alır. 20 yaşından ən yaxşılar sırasındadı. Karuananın oyun keyfiyyəti çox yüksəkdi. Elə Maqnus Karlsen də İddiaçıların Turnirinin qalibinin italyan şahmatçı olacağını proqnozlaşdırmışdı. Yəni Fabianonun 1-ci yeri tutması gözlənilməz deyil. Şəhriyarın heç-heçə etdiyi oyunlardan hansınısa qələbə ilə başa vura biləcəyini söyləmək çətindi. Çünki o mümkün olduğu qədər sıxırdı. Artıq resurslar qurtaranda heç-heçəyə razılaşırdı. Yalnız Lirenlə görüşdə psixoloji məqamlar önə çıxdı: bilmədi heç-heçə etsin, ya qələbəyə oynasın. İki yol arasında qalmışdı. Həmin oyundan sonra “ağlar”la bir görüşü qalmışdı. Bəlkə də bu üzdən Dinqlə qarşılaşmada riskə getdi. Digər tərəfdən, mövqe bərabər idi və qələbəyə oynamaq şansı yox idi. Vəziyyəti kəskinləşdirməyə çalışdı və əsəblər dözmədi. Ancaq ertəsi gün Qrişukla çox sadə və təmkinli oynadı. Nəticədə qələbə qazandı. Bəlkə də çinli şahmatçıya uduzmasaydı və son tura Karuanayla eyni xalla getsəydi, Fabiano fərqli oynaya bilərdi. Başa düşəcəkdi ki, heç-heçə ona sərf etmir. Çünki xalların bərabərliyi fonunda əlavə göstəricilərə görə Şəhriyar öndə idi. Belədə son oyunda qələbə üçün irəli atıla və səhvlərə yol verə bilərdi. Ancaq indi ehtimallar əsasında danışmaq mənasızdı… Aronyan Karuanaya bilərəkdən uduzub? Həyatda hər şey ola bilər. Heç kimin yerinə zəmanət verə bilmərəm. Amma adətən, belə səviyyəli şahmatçılar arasında bu tip hallar yaşanmır. Onlar özlərinə hörmət edir. Rəqibə xal vermək və ya ondan xal istəmək elit şahmatçılara xas deyil. Bu söhbətə inanmıram”.
SƏRXAN
cialis side effects bloodshot eyes
cialis generic
equivalent doses of cialis and viagra
<a href="http://cialisgrudj.com/">buy generic cialis</a>
cialis professional 20 mg pills
http://cialisgrudj.com/
cost of generic cialis 5 mg at walmart

side effects of prolonged use of viagra
buy viagra
kamagra oral jelly vs viagra
<a href="http://viagrapipls.com/">buy generic viagra</a>
viagra and cialis dosage and cost comparisons
http://viagrapipls.com/
viagra for women 2017

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar